Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Ağ yarasa”ların hücumu – ARAŞDIRMA

2021-11-22 12:50:20 129 baxış
Xəbər şəkil

Vətən Müharibəsindən əvvəl də kifayət qədər artacağı gözlənilən PUA bazarı postmüharibə dövründə bütün proqnozları aşaraq, dinamik templərlə inkişaf edir. Türkiyənin bu sahədə uğurları barədə dəfələrlə məlumat vermişik. Bu dəfə isə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuata sızdırdığı və “stels” xüsusiyyətlərinə malik perspektivli RQ-180 “White Bat” (Ağ yarasa) PUA-sı barədə açıq mənbələrdə olan materialları araşdırmışıq.

ABŞ Ordusunun Silahlanma üzrə İnkişaf Mərkəzi (PACE - Profession of Arms Center of Excellence) tərəfindən yayımlanan videoçarxda yeni PUA ilə əlaqədar “Hava şarları və biplan (iki qanadlı təyyarələr) dövrünü “Ağ Yarasa”lar əvəz edib” deyilir. PACE dünyaca məşhur RQ-4 “Global Hawk” PUA-sından sonra “RQ-180” ilə yenidən gündəmə gəldi. RQ-180 layihəsi 2000-ci illərin ikinci yarısından ABŞ-ın “Northrop Grumman” şirkəti tərəfindən həyata keçirilir. Açıq mənbələrdə PUA-nın rəsmi təqdimatı barədə məlumata rast gəlinmir. “Üçan qanad” konstruksiyasına malik PUA eyni şirkətin “B-21” strateji bombardmançısının bazasında hazırlanır.

Bombardmançı və onun bazasında PUA

B-21 “Raider”in ilk uçuşu 2022-ci ildə, istifadəyə verilməsi isə 2026-2027-ci illərdə gözlənilir. ABŞ Hərbi Hava Qüvvələri mövcud B-1 “Lancer” və B-2 “Spirit” strateji bombardmançılarını əvəz etmək üçün təxminən 150 ədəd yeni B-21 bombardmançısı almağı planlaşdırır. B-21 çox bahalı strateji təyyarə olacaq, onun hazırlanması proqramının dəyəri 40-50 milyard dollardır. Bombardmançının ABŞ Hərbi Hava Qüvvələrinə 550 milyon dollara satılacağı gözlənilir. Beləliklə, ABŞ mövcud strateji bombardmançılarının əvəz edilməsi üçün 80 milyard dollarından keçməli olacaq. B-21 təyyarəsinin 1 saat havada qalması 100 min dollar ətrafında vəsait tələb edə bilər.

“RQ-180” PUA-sının ABŞ-ın məşhur “Nortrop Grumman” şirkəti tərəfindən hazırlanan son nəsil perspektiv B-21 “Raider” bombardmançısının bazasında layihələndirildiyi ehtimal olunur, çünki PUA və bombardmançının xarici görünüşündə öxşarlıq kifayət qədərdir. PUA-nın adındakı “Raider” sözü reyd və ya hücum edən, 21 rəqəmi isə onun yaşadığımız əsrin təyyarəsi adına iddialı olması ilə əlaqədardır.

İstehsalçı şirkətin uzaqmənzilli zərbə bombardmançısı sınıfınə aid təyyarədə tətbiq etdiyi qabaqcıl texnologiyalardan PUA-nın hazırlanmasında da geniş istifadə edəcəyi gözlənilir. Təyyarənin böyük üçüş məsafəsinə, xələfi “B-2 Sprit”dən daha yüngül kütləyə, geniş miqyasda müxtəlif, o cümlədən, termonüvə sursatları daşımaq qabiliyyətinə, “stels” xüsusiyyətlərinə malik olacağı və bu xüsusiyyətlərin əksəriyyətinin PUA-ya inteqrasiya edilə biləcəyi də şübhə doğurmur. Bombardmançının dron sürüsünü idarə edən yeni RQ-180 PUA-ları üçün komanda məntəqəsi imkanına malik olacağı da iddia edilir.

“Ağ Yarasa”

“Ace Ventura 2” komediya filmindəki ağ yarasaya iqtibasla “Ağ yarasa” adlandırılan “RQ-180” pilotsuz aparatı ilk dəfə ABŞ Hərbi Hava Qüvvələrinin Nevada ştatında yerləşən məxfi bazasının yaxınlığında aşkarlanıb. Sonradan Fillipində və Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında uzaqdan görünən PUA-nın taktiki-texniki xüsusiyyətləri məxfi saxlanılır, ona görə də bu barədə nəsə yazmaq mümkün deyil.
Ehtimallara görə, RQ-180 ilk dəfə 2010-cu ildə havaya qalxıb, 2014-cü ildən etibarən isə qiymətləndirmə sınaqlarından keçir. Kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulan vasitənin ABŞ Silahlı Qüvvələrinin silahlanmasına nə vaxt təqdim ediləcəyi də hələlik məlum deyil.
PUA-nın B-21 “Raider” bombardmançı təyyarəsi və bu təyyarənin ətrafında inkişaf etdirilən sistemlə əlaqəli olması, RQ-180 PUA-ları üçün B-21 bombardmançısının “hava komanda məntəqəsi”nə çevriləcək.

Nəticə

Yeni təqdim edilən “Ağ yarasa” PUA-sının hələ istifadəyə verilməyən “B-21”in bazasında və onunla paralel hazırlanması, hər iki vasitənin ABŞ Hərbi Hava Qüvvələrində eyni zamanda və qarşılıqlı əlaqədə tətbiq ediləcəyi şübhə doğurmur. Yeni pilotsuz vasitənin “B-21” bazasında hazırlanması və dron sürüsünü idarə etmək qabiliyyətinə malik olduğunu nəzərə alsaq, yuxarıda irəli sürülən “qarşılıqlı əlaqədə tətbiq”ehtimalının doğruluq payını kifayət qədər yüksək qiymətləndirə bilərik.

Daha əvvəl Pentaqonun fəal şəkildə və xəbərdarlıq etmədən orbitdə ən son zərbə-döyüş silahlarını, o cümlədən 6 ədəd nüvə başlığı daşımağa qadir olan “X-37” pilotsuz vasitələrini sınaqdan keçirməsi ilə bombardmançının PUA ilə qarşılıqlı tətbiq konsepsiyasını bir yerdə dəyərləndirsək, o zaman 21-ci əsrin ortalarından sonra baş verə biləcək münaqişələrin mümkün ssenari və nəticələrinin nə qədər dəhşətli ola bilcəyini təsəvvür edə bilərik.

Başqa sözlə desək, ABŞ digər qitələrdə hava döyüşləri aparmaq üçün əməliyyatlar zonasına həm “B-21” strateji bombarmançıları, həm də “X-37” PUA-ları vasitəsilə nüvə silahları daşımağı planlaşdırır. ABŞ-ın nüvə triadasının ən vacib komponentinə çevriləcək “B-21” bombardmançıları həm nüvə silahı daşıyacaq, həm də “RQ-180” PUA-larının idarəetməsini həyata keçirəcək. “RQ-180”in isə öz növbəsində 180 ədədlik dron sürüsünü idarə edə biləcəyi ehtimal olunur.

ABŞ-ın 15 ildir istifadə etdiyi HALE tipli RQ-4 “Global Hawk” PUA-larının 10.4 ton kütlə ilə 20 km yüksəklikdə 36 saat fasiləsiz uça bilməsini nəzərə alsaq, RQ-180 PUA-ların yaxın gələcəkdə daha üstün xüsusiyyətlərə malik olacağını, o cümlədən, termonüvə silahlarını daşıya biləcəyini istisna etmək olmaz. Dünyanı daha təhlükəsiz bir vəziyyətə gətirməyə cavabdeh olan BMT TŞ-nın üzvlərinin yerdə, dənizdə və havada dayanmadan nüvə silahlarını yerləşdirməsi onsuz da sabit olmayan dünyamıza yaxşı heç nə vəd etmir.

Ədalət Verdiyev, hərbi ekspert

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03