“Azərbaycan tək deyil, tək olmayacaq“
Sülh yox, münaqişə istəyən Ermənistan uduzmağa məhkumdur.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Azərbaycan tək deyil, tək olmayacaq. Ermənilərin Azərbaycan-Ermənistan sərhədinə hücumu terror aktıdır”, – Çavuşoğlu bildirib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi bağlamağı təklif edib:
“Yəni müharibədə qalib gələn və daha güclü olan tərəf bunu etdi. Ermənistan isə atəşkəsdən dərhal sonra bəzi əsgərlərini sızdıraraq Azərbaycan əsgərlərinə hücum etdi. Bu yanaşmalar yanlışdır. Bölgənin sabitliyi və sülhü üçün birlikdə addımlar atacağıq. Ermənistan buna hazırdırsa, biz də varıq. Amma o, təxribatlarla uduzur”