Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Türkiyə ordusu təcili Azərbaycana gəlməli və Ermənistan sərhədi boyu yerləşdirilməlidir...”

2021-11-17 20:57:12 232 baxış
Xəbər şəkil

“Bir neçə gündür ki, faşist Ermənistan öz tarixi ənənələrinə söykənərək vəhşiliklərini ortaya qoymaqdadırlar. Bir neçə gün öncə sərhədlərimizə soxulmaq və Azərbaycan torpaqlarına yiyələnmək üçün Laçın istiqamətindən irəliləməyə çalışan erməni ordusunun tör-töküntü əsgərləri Azərbaycan postunu ələ keçirməyə çalışıb və Azərbaycan dövlətinin qəti mövqeyi ilə onlara bu istəklərini yerinə yetirməyə imkan verilməyib. Ordumuzun ermənilərə etdiyi güzəşt və onların sakit şəkildə postdan uzaqlaşdırılması görünür ki, Ermənistanı ruhlandırıb. Ona görə də ondan bir gün sonra Kəlbəcər və Laçın istiqamətində Azərbaycanın sərhəd boyu yerləşən hərbi qüvvələrinə müxtəlif çaplı silahlardan atəş açıb və irəliləməyə çalışıblar. Niyyətləri Azərbaycanın ərazisinə daxil olmaqla, onun strateji əhəmiyyət kəsb edən hərbi postlarını ələ keçirmək olub. Əslində isə bu daha ciddi məqsədlərə xidmət edir”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı son erməni təxribatı haqda danışarkən deyib. F.Ağamalının sözlərinə görə, Ermənistanın bu addımı 10 noyabr bəyanatına ziddir:   

“Qəhrəman silahlı qüvvələrimiz ermənilərin bu hücumuna qətiyyətlə cavab verib və döyüşlər nəticəsində təəssüflər olsun ki, şəhidlər verdik, yaralılarımız oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hələ də davam edən müharibədə torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçən igid əsgərlərimizə Allah rəhmət eləsin. Beləliklə, ordumuz qətiyyətli mövqeyini bir daha ortaya qoyub, hətta ermənilərin yerləşdiyi hərbi postlar da bizim əsgərlərin nəzarəti altına keçib. Kəlbəcərdə və Laçında gedən döyüşlər əslində terrordur. Bu 10 noyabr 2020-ci il bəyanatının bütün mahiyyəti və məqsədinə tamamilə ziddir. Ermənistan təslim olmaq istəmir, Azərbaycanla münasibətlərini normallaşdırmaq fikrində deyil. Ermənistan bunun üçün də ciddi əhəmiyyət kəsb edən regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Bütün mənalarda bu özünü ifadə etməkdədir. Ola bilsin ki, Paşinyan bu niyyəti ortalığa qoyur, lakin o, erməni olduğu üçün bir neçə istiqamətli oyunun içərisindədir. Dünya erməniliyi heç bir halda Azərbaycanın bu qələbəsini qəbul və həzm etmək istəmir və həzm edə də bilmir. Eyni zamanda da, dünya erməniliyinin təsiri altında olan erməni lobbisi ən müxtəlif vasitələrlə müharibənin yenidən qızışmasında maraqlı görünür”.

Fəzail Ağamalı Dağlıq Qarabağ məsələsində Fransa, ABŞ və Rusiyanın öz maraqlarının olduğunu bildirib: 

“ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusi olaraq Fransa və Amerika Birləşmiş Ştatları yenidən prosesin içərisinə qayıtmaq istəyir. Rusiyanın isə bölgədə xüsusi maraqları olduğuna görə onun fərqli oyunlarının şahidi oluruq. Əslində bir neçə gün bundan öncə Şuşa yaxınlığında erməni terrorçu tərəfindən postumuza atılan qumbara təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, sülhməramlı qüvvələrə, Putinə və onun imzalamış olduğu bəyanata atılmış qumbara idi. Rusiya həmin terrorçunu Azərbaycana təhvil vermək əvəzinə, onu qondarma qurumun ixtiyarına verir və az qala onun legitimliyini tanıyır. Dünən Rusiyadan verilən açıqlamaya görə, “Dağlıq Qarabağ problemi ümumi olaraq tərəflərin maraqları çərçivəsində həll olunmalıdır” kimi fikri artıq çox niyyətlərdən xəbər verir və görünən odur ki, Rusiya öz istədiyini açıq şəkildə ortaya qoyur və ermənilərin tör-töküntülərinə hansısa bir statusun verilməsində maraqlı görünür. Vəziyyət hər halda kifayət qədər mürəkkəbdir”. 

Fəzail Ağamalı ermənilərin təxribatlarının qarşısını almaq üçün qardaş Türkiyə hərbçilərinin də prosesə cəlb edilməsini təklif edib: 

“Azərbaycanın Silahlı Qüvvələri yüksək peşəkarlıqla istənilən terror hərəkətlərinin qarşısını almağa qadirdir. Müharibədən keçən zaman kəsiyində biz daha da güclənmişik. Bütün dünya ermənilərin yanında yer alan və almayan bütün dövlətlər Azərbaycanın 44 günlük müharibədə gücünü, qüdrətini, Ali Baş Komandanın yüksək sərkərdəlik bacarığını, mahir diplomat olduğunu bir daha gördü. Türkiyə də bu gün Azərbaycanın yanındadır. 15 iyun Şuşa bəyannaməsi Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlişi üçün geniş imkanlar açır. Mənə belə gəlir ki, bu mürəkkəb vəziyyətdən ölkə prezidenti, Ali Baş Komandan bir daha qalibiyyətlə çıxacaq. Ermənilərin bu hərəkətlərini qarşılamaq üçün ciddi tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin içərisində məncə, Türkiyənin təcili olaraq bütün növ silahlı qüvvələri Azərbaycana gəlməli və bütün sərhəd boyu yerləşdirilməlidir. Yəni Azərbaycanın əlbəttə, özünün kifayət qədər imkanları var, ancaq bununla bərabər hadisələrin içərisində təkcə Ermənistan görünmür. Artıq bütün istiqamətlərdə sərhəd boyu Ermənistan tərəfindən atəş səsləri eşdilir. Həm Tovuzda, Ağstafada, Gədəbəydə, Laçında və həm də Kəlbəcərdə baş verən hadisələr hər kəsə bəllidir. Ona görə də mənə belə gəlir ki, biz bütün sərhəd boyu Ermənistanda revanşistləri dəstəkləyən qüvvələrin qarşısını almaq üçün Türkiyənin imkanlarından yararlanmalıyıq. Ağstafadan başlamış Kəlbəcərə qədər Ermənistanla bütün sərhəd boyu qoşunlarımızın içərisində qəhrəman Məhmətciklərimiz də olmalıdır. Məncə, bu gedən proseslərə bizim maraqlarımız baxımından kifayət qədər müsbət təsir göstərər. Beləliklə, Ermənistan bu cür avantüraya, təxribatlara və terrora yol verməkdən imtina edər və onun arxasında olan qüvvələr də bu amildən özü üçün ciddi nəticə çıxara bilərlər”. 

Fəzail Ağamalı ordumuzun bu cür təxribatlara qarşı çox ağır cavab verməsini də təklif edib:

“Azərbaycan bu gün bir dövlət olaraq güclüdür, ordumuz, igid, qəhrəman silahlı qüvvələrimiz güclüdür. Azərbaycan cəmiyyəti birmənalı olaraq Ali Baş Komandanımızla, ordumuzla bərabərdir. Millətimizdə böyük həmrəylik əhval-ruhiyyəsi var. Ermənilərə və onların vandallığına qarşı kəskin münasibətdə zərrə qədər dəyişiklik yoxdur. Bundan sonra ermənilərin təxribatları baş verərsə, birbaşa Azərbaycan Ordusu heç nəyə baxmadan hardan ki, bizə hücum ediblərsə, o istiqamətdə içərilərə doğru getməli və ermənilərə ağır və ciddi zərbələr vurmalıdır. Bununla da Azərbaycan öz gücünü, imkanlarını, potensialını bir daha nümayiş etdirməlidir”. 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03