Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Tel-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib

2021-11-16 11:10:49 246 baxış
Xəbər şəkil
 
Tel-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İsrail Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi, İsrail İxrac İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər.

Biznes forumun açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, keçirilən yüksək səviyyəli tədbir Azərbaycanla İsrail arasında ümumi işgüzar maraqların və yüksək səviyyəli əlaqələrin inkişafından xəbər verir. Forum biznes sektoruna kənd təsərrüfatı sahəsində ən yaxşı təcrübələrini bölüşmək və mövcud tərəfdaşlığı daha da inkişaf etdirmək üçün mühüm imkanlar yaradır: “Hər iki ölkənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri əməkdaşlığı daha da inkişaf etdirmək üçün ikitərəfli görüşlər keçirmək şansından maksimum yararlanacaqlar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, aqrar sahədə əsas hədəflər ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, aqrar məhsul ixracının artımı və sosial məsuliyyəti balanslaşdıran davamlı kənd təsərrüfatı yaratmaqdır”.

Nazir İnam Kərimov 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb: “Qarşıdakı illər üçün əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanacaq. Bunu nəzərə alaraq, İsrail şirkətləri özlərinin ən yaxşı texnologiya və təcrübələrini Azərbaycan şirkətləri ilə bölüşə bilərlər”.

Biznes forumda çıxış edən İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer Azərbycanla əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini deyən nazir xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcud olduğunu bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycanla aqrar sahədə mütəxəssis hazırlığı, təcrübə mübadiləsi, müasir texnologiyaların transferi, aqrar tədqiqatlar sahəsində əməkdaşlıqda xüsusilə maraqlıdır: “Əməkdaşlığın inkişaf etdirilməsində ən böyük rollardan biri biznes qurumların üzərinə düşür və kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin əməkdaşlığı yekun nəticədə ölkələrin aqrar sahədə əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanla İsrail qarşılıqlı ticarət dövriyyəsini artırmağa çalışmalıdır. Bu sahədə əsas məsuliyyət həm də böyük şirkətlərin üzərinə düşür. Ümidvaram ki, biznes forum çərçivəsində İsrail və Azərbaycandan olan iş adamlarının keçirəcəyi təkbətək görüşlər, aparacaqları fikir mübadiləsi yekunda iki ölkə arasında əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək”.

Daha sonra biznes forumda Azərbaycan və İsrailin kənd təsərrüfatı potensialına həsr olunmuş təqdimatlar keçirilib. Forum Azərbaycan və İsrail iş adamlarının ikitərəfli görüşləri ilə davam edib. Azərbaycan şirkətlərinin nümayəndələri israilli həmkarları ilə aqrar sahənin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparıb, əməkdaşlığın inkişaf perspektivlərini dəyərləndiriblər. 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03