Zəfər Günü videosu yayılan əsalı şəxsin müharibədə yaralanmadığı məlum oldu – Video
Zəfər günü Dənizkarı Milli Parkda təşkil edən atəşfəşanlıq zamanı bayramı qeyd edən insanların içərisində əsa ilə gəzən və fişəng səslərinin ona pis təsir etdiyi görüntüsün yaradaraq özünü qazi kimi təqdim edən şəxslə bağlı araşdırma aparılıb.
Həmin görüntülərdə hərbi formada və əsa ilə gəzən şəxsin fişəng səslərindən narahat olduğu və başını tutaraq aşağı əyilib hərəkət etdiyi görünür.
Bu video sosial şəbəkələrdə geniş yayılıb və insanlarda qazilərlə bağlı nigaranlıq yaranıb. Lakin məlum olub ki, həmin şəxs Vətən müharibəsində iştirak etsə də, aktiv döyüşlərə qatılmayıb. Onun tanışları olan və müharibədən qazi kimi dönən şəxslər də video yayaraq həmin şəxsin atışmalarda iştirak etmədiyini, buna görə də hər hansı xəsarət almadığını bildiriblər