"Demokratiya sammiti"ndən ikili standart
“Ərəb baharı”nın iflasından on il sonra Vaşinqton “demokratiya ölkələri sammiti” adlanan yeni utopik ideya ilə çıxış edib. Ancaq son yüz ildə öz üzərində feodal cələbiyəsini, Nasirin hərbi könəyini, İŞİD zirehini və liberal kostyumunu sınaqdan keçirmiş beynəlmiləl Şərqin qalib demokratiyasının heç bir ölkəsi seçilmiş nümayəndələrin sammitinidə təmsil olunmayacaq. Şərq xalqlarının azadlığının ilhamvericiləri - Obama və Bayden duumviratı azad Qərb ölkələrində leqal bircinsli nikahların Romasayağı imperativinəqədər deqradasiya etmiş demokratiya uğrunda müasir mübarizəni məhz bu cür cücərdərək demokratiya ilə tiraniya arasında şərti sərhəd çəkirlər. Özünün hərbi-səhra restavrasiyası ilə Misir, parlamenti buraxılmış Tunis, od içindəki Suriya və digər bir çox “azad edilmiş” xalqlar “seçilmiş demokratiyalar”ın sammitindən kənarda qalıblar.

Obama və Bayden Şərqin azad edilməsi ilə məşğuldu
“Ərəb baharı”nın müjdəçisi, demokratik Türkiyə də orada olmayacaq. Əvəzində isə Vaşinqton İraq adlı nominal dövlətə - dünya imperializminin qurbanlıq quzusuna, Babilistanın varisinə, böyük yürüş naminə qana qərq edilən Şərq mirvarisinə yer ayıracaq. O İraqa ki, hərbi bazaların və proksi qrupların poliqonuna çevrilib, hökuməti ölkənin şimalına və cənubuna nəzarəti itirib. Ancaq demokratiya kahinlərinin dərin inamına görə, İraq liberal yönümlü ölkədir. Bu isə yekunda “Haşd əş-Şabab” kimi ksenofob və terrorçu təşkilatlara parlamentin yolunu açıb. Və hətta demokratiya onların qarşısında parlamenti və hökuməti ələ keçirmək üçün sədd qoyarsa, leqallaşan proksilər inadcıl baş nazirlərə ölüm hökmü çıxarır. Lap Livan adlanan “baş tutmayan ölkə”dəki kimi - yeri gəlmişkən, Livanı da “demokratik ölkələr”in masasında əyləşdirəcəklər. Əfqanıstandan isə gözlənilmədən tale üz çevirdi. Yoxsul və alçaldılmış ölkənin xəzinəsini də özü ilə götürərək Kabildən qaçan Qaninin hakimiyyəti bir neçə ay da dözüş gətirsəydi, Əfqanıstana da Oval kabinetdə demokratik laptopun monitorunda bir künc tapılardı.
Bu barədə Baku TV-yə siyasi analitik Turab Rzayev, siyais şərhçi Elçin Mirzəbəyli və politoloq İlyas Hüseynov açıqlama veriblər.