Erməni deputatı, Metaxe Akopyanı bu gün axşam saatlarında Laçın Dəhlizində saxlayıblar..
Qarabağdakı erməni separatçıların nümayəndəsi, qondarma” parlamentin” “deputat”ı Metaxe Akopyanı bu gün axşam saatlarında Laçın Dəhlizində saxlayıblar. Bu barədə Akopyan özünün səhifəsində məlumat yayıb.
O bildirib ki, 1 saatdan çoxdur Laçın Dəhlizinin girişində gözləyirlər. “Bir saatdır gözləyirəm ki, Qarabağa girə bilim”.
Daha sonra “Aysor” saytına açıqlama verən Akopyan bildirib ki, dəhlizdə 1 saat gözləmələrinə səbəb Azərbaycan Ordusunun növbə dəyişikliyi etməsi və hərbi maşın karvanının hərəkət etməsi olub. “Nəhayət, bir az əvvəl Qarabağa daxil ola bildik. Azərbaycan hərbçilərinin yerdəyişməsi ilə əlaqədar yol bağlanmışdı. Ona görə də, biz bir saat gözlədik”.
O deyib ki, dayanıb, gözlədilkləri yer Zabux qəsəbəsindəki Azərbaycan və rus hərbçilərinin postlarıdır. “Qarşı tərəfdəki insanlar Azərbaycanlı Zati-Alilərinin keçməsini gözləmək üçün dayandılar”.
Metaxe baş verənlərdən “narazılıq” da edib. “Birinci biz keçməli olduğumuz halda, onlar keçirlər”.