İstanbul və Ankara Bakıya Zəfər Günü təbriki yolladı - Bayraktar da paylaşdı - FOTO
44 günlük Vətən müharibəsinin sonunda Azərbaycanın parlaq qələbəsinin birinci ildönümündə - Zəfər Günündə dünyanın müxtəlif ölkələrindən təbriklər gəlməkdədir.
Qardaş Türkiyənin İstanbul şəhəri isə Zəfər Gününü xüsusi şəkildə təbrik edib. Belə ki, İstanbulun məşhur boğaz körpüsü Azərbaycan bayağının rənglərinə boyanıb.
Bundan başqa Ankara telegülləs də Azərbaycan bayrağı rənginə boyanıb. Binadan Azərbaycan və Türkiyə bayraqları asılıb.
Qeyd edək ki, bu maraqlı görüntünü parlaq qələbəmizdə mühüm rolu olan "Bayraktar TB2" PUA-sının yaradıcısı Səlcuk Bayraktar da sosial şəbəkə hesabında paylaşaraq belə yazıb:
"İstanbul, azadlığının birinci yıldönümünde Karabağ’a selam durdu…
Azerforum.com Boğaz Körpüsündən və Ankara teleqülləsindən maraqlı görüntüləri təqdim edir:



"