Milli Məclisin deputatı Fəzail Ağamalı Salyan rayonunda Qazi ilə görüşdü
07 Noyabr 2021 - ci ildə Milli Məclisin Deputatı Fəzail Ağamalı Vətən Müharibəsi zamanı igidlik göstərərək sağlamlığını itirən Salyan rayon Qarabağlı kənd sakini Əliqi Fərid Zeynal oğlunun evində oldu, problemləri ilə maraqlandı, onların həlli istiqamətində işlərin aparılması üçün köməkçisi Xidmət Orucova müəyyən tapşırıqlar verdi.
Qazi Fərid Əliqi Millət Vəkili Fəzail Ağamalının onunla maraqlanmasından məmnun olduğunu bildirdi. Fəzail Ağamalı Şəhid qazi ailələrinin ölkə başçımız Cənab İlham Əliyevin və I Vitse - Prezidentimiz Mehriban Xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarından, torpaqlarımızın işğaldan azad olunması uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsinin hər zaman anılacağından, qazilərimizin xidmətlərinin unudulmayacağından danışdı.



