Deputat Vətən müharibəsinin qazi və iştirakçıları ilə görüş keçirib.
Millət vəkili Fəzail Ağamalı Vətən müharibəsində iştirak edən gənclərlə görüş keçirib. Kanal4.az xəbər verir ki, bu barədə millt vəkili özü şəxsi "facebook" hesabında paylaşım edib,Kanal4.az həmin paylaşımı olduğu kimi təqdim edir.
Bu gün 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərib nəslimizin və milllətimizin başını uca edən igid övladlarımızla görüş keçirtdim, onların müharibə ilə bağlı xatirələrini böyük məmnuniyyətlə dinlədim.
Vətən Savaşında Şəhadətə ucalan, II Fəxri Xiyabanda uyuyan nəslimizin igid oğlu Rauf Əliyevin və yanında uyuyan Şəhidlərimizin məzarını Vətən Savaşında iştrak edib, Cənab Ali Baş Komandan İlham Əliyevin təltiflərinə layiq görülən Ağamalıyev Ruslan, Quliyev Elməddin, Məmmədov Elməddin, Ağamalıyev Elvin, Bağırov Nihadla birgə ziyarət edib, ruhuna dualar oxuduq.
Uca Yaradandan bütün Şəhidlərimizə rəhmət, Qazilərimizə, Vətən Müharibəsində iştrak edən əsgər və zabitlərimizə can sağlığı diləyirik.
Milli Məclisin Deputatı Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri.



