Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır

2021-10-20 22:43:23 197 baxış
Xəbər şəkil

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının 15 oktyabr 2021-ci il tarixində videokonfrans formatında növbəti icası keçrilmişdir. Keçirilən iclasda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət maraqlarını geniş şəkildə bir daha müdafiə etmiş, hər zamankı kimi, bu dəfə də qətiyyətli və məntiqli çıxışı ilə diqqəti cəlb etmişdir. Biz bilirik ki, bundan əvvəl də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə dəfə dialoq olub. Hər dəfə Paşinyan bu dialoqdan məğlub ayrılıb, irəli sürülən ittihamlara doğru-düzgün cavab verə bilməyib. Bu dəfə Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi çıxış etdi. Bölgədəki mövcud durumu MDB dövlət başçılarına, ümumilikdə isə bütün dünyaya çatdırdı. Prezident qeyd etdi ki, Qarabağ münaqişəsi arxada qalıb və bu konteksdə irəliyə baxmaq lazımdır. Təbii ki, kommunikasiya xətlərinin açılması, eyni zamanda, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası olduqca vacibdir. Delimitasiya Azərbaycanın və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağı halda əhəmiyyət kəsb edir. Bu, təbii ki, vacib nüanslardan biridir. Regionda müharibəyə qədərki dövrdə olduğu kimi, postmüharibə mərhələsində də bir çox dairələr sülhə, sabitliyə xələl gətirmək üçün əllərindən gələni edirlər. Prezident İlham Əliyev çıxışı zamanı həmin qüvvələrə də mesaj göndərmiş oldu.
Dövlətimizin başçısı MDB dövlətləri liderlərinə hazırda ölkəmizdə davam edən bərpa-quruculuq işləri ilə bağlı da məlumat verdi. Bildirdi ki, müharibə bitəndən, torpaqlarımız işğaldan azad ediləndən sonra bizim əsas məqsədimiz 30 il müddətində xüsusi amansızlıqla da¬ğıdılan, məhv edilən şəhər və kəndlərimizi yenidən dirçəltmək, bu yerlərə həyatı qay¬tarmaqdır. Lakin əlbəttə ki, qarşımızda du¬ran ən önəmli problem mina xəritələrinin bizə verilməməsidir. Bu da düşmənin növbəti insanlıq cinayətidir. Düşmən müharibədəki məğlubiyyətini qəbul edib, kapitulyasiya aktına imza atdıqdan sonra belə, yalvararaq bizdən aldığı möhləti yenə öz iyrənc əməllərinə xərcləyərək boşaltdığı ərazilərə pərakəndə şəkildə mina səpələməklə keçirmişdi. Ölkəmizin başçısı bu məsələni xüsusi qeyd edərək bildirdi ki, təkcə bu əməl belə Ermənistanın həqiqi xislətinin ortaya çıxmasına kifayət edir. 
Bundan əlavə, erməni vandallarının torpaqlarımızda törətdiyi insanlıqdan kənar vəhşilikləri xatırladan Prezident İlham Əliyev bildirdi ki, ermənilər heç vaxt bu torpaqlarda yaşamaq, yarat¬maq niyyətində olmayıblar. Çünki onlar özləri də yaxşı bilirdi ki, bu ərazilər Azərbaycana məxsusdur və tarixi ədalət öz yerini tapacaq. Sadəcə geci-tezi var idi. Prezident MDB dövlətləri liderlərinə xatırlatdı ki, işğaldan azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə, demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb: “Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxla¬yır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində bi¬nalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayo-nunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubad¬lı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb”. 
Düşmənin məqsədi sadəcə işğal müddətini uzatmaq, qurduqları “böyük Hayastan” xülyasının bataqlı¬ğında bir qədər də boğulmaq idi. Lakin Azərbaycan əsgərinin ayaq səsləri erməniləri dərin yuxudan oyandırmaq üçün kifayət etdi. Onlar hələ müharibənin ilk günlərindən Prezident İlham Əliyevin dediyi kimi “qapı-qapı gəzib bütün dünya liderlərinə yalvarır”, kömək istəyirdilər. Özləri də yaxşı bilirdilər ki, uzun müddət qurduqları miflər həqiqətin qarşısında acizdir. Həqiqət isə dövlətimizin baş-çısının sonradan qələbənin simvoluna çevrilən bu sözlərində idi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. 
Çıxışının sonunda münaqişənin artıq geridə qaldığını xatırladan Prezidentimiz Ermənistanın ona verilən şansı düzgün dəyərləndirəcəyinə ümidvar olduğumu¬zu qeyd edib: “Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danı¬şıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.

Aynur Əsgərova, 
Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03