Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ

Metyu Brayza: “Ermənistanın Azərbaycanın mülki ərazilərinə atəş açması qınanmalıdır” - MÜSAHİBƏ

2020-07-20 17:41:13 94 baxış
Xəbər şəkil

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanın müsahibəsi.

- Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət barədə fikirlərinizi bilmək istərdik...

- Bu, 1994-cü ildə atəşkəsin imzalanmasından sonra ehtimal ki, sərhəd xəttində yaranmış ən gərgin vəziyyətdir. Düzü bilmirəm, vəziyyətin ciddiliyini 2016-cı ilin aprel ayındakı qarşıdurmalarla necə dəqiqliklə müqayisə edə bilərəm. Amma bu, əminliklə deyə bilərəm ki, tamamilə fərqli bir vəziyyətdir. Ağır artilleriya istifadə edilib - tanklar, artilleriya, qumbaraatanlar, dron zərbələri və s. Mən düşünürəm ki, tərəflərdən heç biri genişmiqyaslı konfliktdə maraqlı deyil. Bilirsiniz, COVID-19 virusuna görə vəziyyət o qədər də yaxşı deyil. Azərbaycan hökumətinin virusla mübarizədə fəaliyyəti başlanğıcda çox yaxşı idi, lakin bilirsiniz bu insan təbiətidir, ABŞ-da da belə oldu. İnsanlar bir dəfə ehtiyatı əldən verirlər və virus daha kəskin şəkildə geri qayıdır. Ermənistanda da həmçinin - onlar da heç vaxt virusun önünə keçə bilmədilər. Çox narazılıq yaranıb. Mən düşünürəm ki, hazırda Baş nazir Paşinyanın siyasi vəziyyəti zəifdir. Hər iki tərəf sərhəddə zorakılığın başlanmasına görə bir-birini ittiham edə bilər. Mən əminliklə bilirəm ki, Azərbaycanda əsas fikir budur ki, Ermənistan təxribat törədib. Dəqiq cavabı bilmirəm, kəşfiyyat məlumatlarını əldə etmək imkanım yoxdur. Amma buna görə də çox vacibdir ki, Minsk Qrupu həmsədrləri çox aydın bəyanat səsləndirsinlər. İlk növbədə, araşdırsınlar, daha sonra isə konfliktə kimin başladığını açıqlasınlar. Bu vasitəçi kimi çətin bir işdir - öz təcrübəmdən bilirəm, lakin onlar vəziyyətin de-eskalasiyası üçün nə isə etməlidirlər.

- Bəzi ekspertlərin fikrincə, Ermənistan münaqişəyə üçüncü tərəfi də cəlb etmək istəyir. Sizcə, bu mümkündürmü?

- Məncə, mümkündür. Yeri gəlmişkən, mən həmsədr olduğum zaman heç vaxt belə bir təcrübə ilə üzləşməmişəm. Mənim həmsədr olduğum 3 il ərzində müzakirələr əsasən xoş niyyətlə aparılırdı. Danışıqlar açıq idi. Biz tərəflərdən birinə oyun oynadığı təqdirdə dərhal bildirirdik ki, yox, yox, yox! Sən bunu edə bilməzsən. Əgər bu güzəşti istəyirsənsə, əvəzində nə isə təklif etməlisən. Faktiki olaraq Rusiya olduqca konstruktiv idi. Mənim rusiyalı həmkarım Yuri Merzlyakovla, həmçinin Xarici İşlər naziri Sergey Lavrovla, həmçinin o vaxtki Prezident Medvedevlə bir çox görüşümüz olmuşdu. Onlar çox yaradıcı idilər, yardım edirdilər ki, gərginlik aşağı səviyyədə saxlanılsın. Ona görə də indiki vəziyyət mənim üçün bir az qeyri-adidir və görünür Baş nazir Paşinyan son bir neçə ayda öz kursunu dəyişib. O dedi ki, böyük əziyyət hesabına və Rusiyanın da Fransa və ABŞ-la birlikdə konstruktivlik nümayiş etdirdiyi bir dövrdə hazırlanmış Madrid sənədinə, bütün razılaşmalara baxmayaq, gəlin tamamilə yeni bir şey edək. Gəlin başdan başlayaq. Əgər belə edirsinizsə, sizin yanaşmanız Azərbaycanın sizə etdiyi və əvəzində alacağı güzəştləri kənara atırsınızsa, çox təhlükəli diplomatik oyun oynayırsınız. Ona görə də mən başa düşürəm ki, o, Azərbaycanın neqativ reaksiyasına mane olmaq üçün kənardan üçüncü tərəfin cəlb edilməsinə ehtiyac duya bilər.

- Xüsusilə də qarşıdurmanın Qarabağdan kənarda, Tovuz rayonu istiqamətində baş verməsindən sonra KTMT-nın bu münaqişədə tərəf kimi iştirak etməsi mümkündürmü?

- Düzünü desəm, buna şübhə edirəm. Rusiya öz nüfuzu üçün mübarizə aparan iki ölkənin arasında genişmiqyaslı hərbi qarşıdurmalarda maraqlı deyil. Mən əminəm ki, Azərbaycan da geniş miqyaslı müharibədə maraqlı deyil, çünki son 15 ildə əldə etdiyi iqtisadi böyüməni itirmək istəməz. Və mən çox əminəm ki, Ermənistan tərəfi də genişmiqyaslı müharibə istəmir, çünki Azərbaycan ordusunun daha güclü olduğunu bilir. Daha əvvəl də qeyd etdiyim kimi, Paşinyanın siyasi mövqeyi artıq çox zəifləyib və COVID-19 virusu Ermənistan üçün çox həqiqətən də böyük problemlər yaradır. Ona görə də bu, Baş nazir Paşinyan üçün diqqəti virus böhranından kənara yönəltmək üçün faydalı ola bilər. Amma münaqişənin KTMT-nın də iştirak edə biləcəyi səviyyəyə çata biləcəyinə şübhə edirəm. Mən düşünürəm ki, Rusiyanın ümumi yanaşması belədir - qazanın köpüklənməsini saxlayırsan, amma qaynayıb daşmaması üçün nəzarət edirsən.

- Ermənistan rəhbərliyi tərəfindən daha əvvəl belə bir söz işlədilmişdi ki, Ermənistan Azərbaycana münasibətdə yeni ərazilər ələ keçirə bilər. Sizcə sərhəddəki bu insident həmin ritorika ilə əlaqəli ola bilərmi?

- Ola bilər. Amma bu cür torpaqların ələ keçirilməsi çox mənasızdır. Onlar açıq-aşkar siyasi baxımdan simvolikdirlər. Əgər Tovuz istiqamətində bir neçə təpə ələ keçirdiklərini deyirlərsə, bu kimin vecinədir? Bu, münaqişənin həllində balansı heç cürə dəyişmir və təsiri yoxdur. Belə bir şeyə nail olmaq, sadəcə, siyasi jestdir və Paşinyanın daxili çətinliklərlə üzləşdiyi bir vaxtda onun gücləndirilməsi üçün edilir.

- Ola bilsin onlar aprel döyüşlərində strateji Lələtəpənin itirilməsini nə iləsə müqayisə etmək istəyirlər və belə bir görüntü yaratmaq istəyirlər ki, biz Lələtəpəni itirdik, amma yeni təpələr ələ keçiririk?

- Bəli, əminliklə. Ümumilikdə götürsən, 2016-cı ildə Azərbaycan ordusu çox yaxşı performans göstərdi, amma bunun münaqişənin həllinə təsiri olmadı. Dağlıq Qarabağ münaqişəsinin həlli və ətraf 7 rayonunun Azərbaycana qaytarılması danışıqlar masası arxasında baş verəcək. Müharibə siyasətin başqa vasitələrlə davam etməsidir. Mən insanların münaqişənin həllinin hərbi yolla həlli yoxdur demələrini sevmirəm. Mən bunu Dağlıq Qarabağ kontekstində dediyim üçün günahkaram. Siyasi münaqişələrin hər zaman siyasi həlli var, lakin hərbi əməliyyatlar diplomatiyanı kifayət qədər dramatik tərzə yönləndirə bilər. Amma mən Dağlıq Qarabağda diplomatiyanın yenidən formalaşdırılmasını tələb edəcək səviyyədə hərbi əməliyyatların hər hansı perspektivinin olduğunu düşünmürəm. Hazırkı mərhələdə bunun mümkün olduğunu düşünmürəm.

- Son gərginlik zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanın bir çox mülki infrastrukturunu top atəşinə tutdu və nəticədə Tovuzun Ağdam kəndindən olan Əziz Əzizov həlak oldu. Bunun ilk dəfə olmadığını bilirik, Ermənistanın bu yaxınlarda 2 yaşlı Zəhranı və nənəsini də qətlə yetirməsini yəqin ki, xatırlayırsınız. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu çox dəhşətlidir. Mən hər hansı hərbi əməliyyat zamanı mülki şəxsləri qətlə yetirən birini heç vaxt anlaya bilmərəm. Azərbaycanın mülki ərazilərinə atəş açılması sadəcə olaraq qınanmalıdır. Əlbəttə, Ermənistan tərəfi deyəcək ki, Azərbaycan tərəfi də eyni şeyi edir - mülki əhalinin hədəf alınması sadəcə olaraq qınanmalıdır.

- Cənab Brayza, sabiq həmsədr kimi, gərginliyin baş verdiyi bu dövrdə Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, vasitəçilər adekvat fəaliyyət göstərə bilirmi?

- Tərəflərdən biri 15 il boyunca aparılan bütün müzakirələri bir kənara atmaq istədiyi zaman Minsk Qrupunun inkişaf əldə etməsi mümkün deyil. Madrid prinsiplərinin, Madrid sənədinin müzakirəsi 2003-cü ildən başlanılmışdı, bu 17 illik müzakirələrin nəticəsi idi və 2009-cu ildə Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə prinsipcə razılaşdırılmışdı, amma tamamlanmamışdı. Onlar əsas konsepsiyanı razılaşdırdılar, amma bəzi vacib məqamların tamamlanmasına ehtiyac var idi. Ötən il prezident İlham Əliyevlə görüşü zaman Baş nazir Paşinyan prinsiplərin tamamlanması, xalqların sülhə hazırlanması ilə bağlı çox müsbət  sözlər deyirdi, lakin görünür ilin əvvəlində qəfil dəyişib. O dəyişib və əgər tərəflərdən biri deyirsə ki, mənim ölkəmin illərdir, razılaşdırdığı hər şeyi gəlin bir kənara ataq, bu vəziyyətdə vasitəçilərin edə biləcəyi bir şey yoxdur. Vasitəçi burada nəyi düzəldə bilər? Konsensus əldə etmək üçün münaqişənin hər iki tərəfinin də buna arzusu olmalıdır.

- Sizcə münaqişənin həllinə nail olmaq üçün indiki vəziyyətdə nə edilməlidir ?

- Əsas olaraq Minsk Qrupu nə baş verdiyini araşdırmalıdır. Əgər daha geniş səlahiyyətlərə ehtiyacı varsa - yaxşı. Bilirsiniz, Minsk Qrupu həmsədrləri istedadlı diplomatlardır, onlar bu barədə danışa bilərlər və provokasiyalara görə siyasi sanksiya tətbiq edə bilərlər. Bundan başqa, bu gərginlikdən, hər iki tərəfin geniş miqyaslı hərbi qarşıdurmadan qaçmaq arzusundan istifadə edilməlidir, bundan danışıqlar prosesinin üstünlüyü kimi və müzakirələrə yeni enerji vermək məqsədi ilə istifadə edə bilərsən.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02