Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

“Qış Parkı”nın vaxtsız “qışı” - FOTOREPORTAJ

2021-09-19 15:22:50 421 baxış
Xəbər şəkil

Bakının Füzuli və Mirzağa Əliyev küçələri arasında inşa edilən yeraltı avtomobil dayanacağı, yerüstü park, bağ, fəvvarələr kompleksi 2013-cü ildə istifadəyə verilib. Hamımızın "Qış parkı” kimi tanıdığımız bu kompleks şəhərimizin simasının daha da yenilənməsi, paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Təəssüf doğuran haldır ki, şəhərin mərkəzində yerləşən belə gözəl, müasir park kompleksi baxımsızlıqdan, aidiyyəti qurumların səhlənkarlığından göz önündə dağılıb gedir, aşınmalara məruz qalır. Park ərazisində əhalinin hərəkəti üçün nəzərdə tutulan yerlərə döşənən qranit plitələr torpaq sürüşməsindən, üzərinə düşən ağırlıqdan ya çöküb, ya da qabarıb. Nəticə etibarilə insanların sərbəst hərəkəti üçün nəzərdə tutulan ərazilərdə maneələr yaranıb. Hərəkət məhdudiyyəti olan şəxslərin yeraltı avtomobil dayanacağına sərbəst enib-qalxması üçün nəzərdə tutulan liftlərin işlək vəziyyətdə olmamağı bir yana, liftin düymələri sınıb, dağılıb.

“Kaspi” qəzetinin əməkdaşları sözügedən ərazidən geniş reportaj hazırlayıblar.

Yerüstü ərazidə liftin ətrafına vurulan üzlük daşlar da tökülüb. Ortaya heç də yaxşı olmayan mənzərə çıxıb. Liftlərin və yeraltı keçidlərdə eskalatorların işləməməsi, pandusların beynəlxalq standartlara uyğun şəkildə qurulmaması hərəkət məhdudiyyətli şəxslərin bu parka gediş-gəlişini çətinləşdirib. Bir vətəndaş kimi onların da bu parkda istirahət etmək hüququ əllərindən alınıb. Parkın bəzi ərazilərində yeraltı avtomobil dayanacağına enmək və yuxarı qalxmaq üçün nəzərdə tutulan keçidlər, pilləkənlər, sözün əsl mənasında zibilxanaya çevrilib. Kimin əlinə nə keçsə, bu "zibilxanaya” atır. Bəzi yerlərdə belə keçidlər ayaqyolu kimi istifadə olunduğundan üfunət iyi ətrafı bürüyüb. Bəzi keçidlər isə təyinatına görə deyil, park ərazisindəki iaşə obyektlərinin anbarı kimi istifadə olunur. Kafe sahibləri əllərinə keçən artıq əşyaları buraya yığır, saxlanc yeri kimi keçiddən yararlanırlar.

Parkın, demək olar ki, hər yerində, eləcə də keçidlərdə kamera nəzarəti olmasına baxmayaraq, belə natəmizliklər nədənsə nə mühafizə xidmətinin, nə də parkın ərazisindəki yaşıllıq zolaqlarına, səliqə-sahmana, təmizliyə məsul olan şəxslərin diqqətini çəkməyib. Biganəlik o yerə çatıb ki, yeraltı keçidlərdə işıqlandırma sistemlərinin sıradan çıxmasından, sındırılıb dağıdılmasından, qaranlıq guşələrə çevrilməsindən istifadə edən "bomjlar” buraları özlərinin yataq yerinə çeviriblər. Parkın üstündə olduğu kimi altındakı avtodayanacaqda da biganəlik hökm sürür. Avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş beton və ya asfalt örtüyün dağılması buna əyani misaldır. Nədənsə illərdir davam edən bu vəziyyət, "mənzərə” heç kimi narahat etmir.

"Qış parkı” ilə bağlı diqqət çəkən daha bir çatışmazlıq isə bu istirahət mərkəzinin onlayn təqdimatı üçün yaradılan resursların yenilənməməsidir. Belə ki, 2013-cü ilin may ayında istifadəyə verildikdən təxminən iki ay sonra "Qış parkı”nın "Facebook”da rəsmi səhifəsi yaradılıb. Bu səhifədə parkla bağlı ilk iki paylaşım 3 avqust 2013-cü il tarixində olub. Üçüncü paylaşım 11 may 2017-ci ilə təsadüf edib. Növbəti 4 paylaşım isə 5, 6, 7 və 10 dekabr 2020-ci il tarixlərində olub. Bununla da müasir parkın onlayn təqdimatı yekunlaşıb. 

Müşahidə etdiyimiz çatışmazlıqları həm aidiyyəti qurumların diqqətinə çatdırmaq, həm də münasibət öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə əlaqə saxladıq. Qeyd etdilər ki, onlar yalnız yaşıllıqlara qulluq edirlər. Mövcud problemlərlə bağlı BŞİH-ə müraciət etməyi tövsiyə elədilər. BŞİH-in Mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bizi dinləyib problemlə tanış olduqdan sonra bildirdi ki, təmsil etdiyi qurum "Qış parkı”na nəzarət etmir. O söylədi ki, parka, yaşıllığa nəzarət Yasamal Rayon İcra Hakimiyyətinin, oradakı piyada keçidlərinə, yeraltı dayanacaqlara və oraya giriş-çıxışa nəzarət isə Bakı Nəqliyyat Agentliyinə həvalə olunub. Məcbur olub Yasamal Rayon İcra Hakimiyyəti ilə də əlaqə yaratdıq. İcra Hakimiyyətindən Media və ictimaiyyətlə əlaqələrə məsul şəxsin Habil müəllim olduğunu bildirərək, onunla əlaqə saxlamağı tövsiyə etdilər. Amma (012) 533-08-00 nömrəli telefona dəfələrlə zəng vursaq da, dəstəyi götürən olmadı.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Məhəmməd Füzuli və Mirzağa Əliyev küçələri arasındakı yeraltı avtomobil dayanacağı təhvil alınarkən oradakı avadanlıqların texniki vəziyyəti, ümumiyyətlə, obyektin real durumunun qiymətləndirilməsi məqsədi ilə təhlillər aparılıb. Onun sözlərinə görə, bu zaman bir sıra qurğuların, o cümlədən də lift və eskalatorların işində müəyyən nöqsanların olduğu aşkar edilib: "Bu vəziyyətdə onların istismarı istifadəçilərin təhlükəsizliyi baxımından doğru olmazdı. Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməkdədir. İşlər mərhələli şəkildə aparılır. Artıq yeraltı avtomobil dayanacağının normal iş fəaliyyətinin təmini baxımından zəruri olan istiqamətlər - ödəmə sistemləri, kamera-nəzarət sistemləri saz vəziyyətə gətirilib. Lift və eskalatorların da işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür. Həmçinin dayanacağın döşəməsinin dəyişdirilməsi də nəzərdə tutulan tədbirlər sırasındadır”.

Yeraltı avtomobil dayanacağının bəzi giriş-çıxış hissələrinə tullantıların atılmasına gəlincə, BNA rəsmisi deyib ki, bu məsələ ciddi narahatlıq doğurur: "Demək olar, ay ərzində bir neçə dəfə həmin pilləkənlərdə təmizlik işləri aparılır. Amma buna baxmayaraq, yenə də insanlar tərəfindən həmin əraziyə məişət tullantıları atılır. Bu məsələdə vətəndaşlarımız da bir qədər diqqətli olmalıdır. Çünki heç bir halda ictimai məkanlarda bu cür davranışlara yol vermək doğru deyil”.

Sonda onu da xatırladaq ki, BNA rəsmisindən mövzuya dair açıqlama aldıqdan bir neçə saat sonra parkdan yeraltı avtomobil dayanacağına girişlərdəki tullantılar təmizləndi. Bəzi girişləri anbar kimi istifadə edən iaşə obyekti sahibləri də oradakı artıq əşyalarını ərazidən götürdülər.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01