Yolu bağlandı, düşmən azğınlaşıb Tovuza hücum etdi
İrandan gələn yolları bağlı qalan Ermənistan özünü itirib daha da azğınlaşdı. Hədəfdə Azərbaycanın strateji incisi olan bir şəhər var: yenə də Tovuz atəşə tutulub
Müdafiə Nazirliyi məlumat verir ki: Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
Siyasi Analitik Turab Rzayev bu məsələ ilə bağlı Azerforum.com-a öz münasibətini bildirib:" Bilirsiniz ki, Tovuz Azərbaycanın onlarla strateji xəttinin keçdiyi nəqliyyat dəhlizi, bizim Qərbə açılan pəncərəmizdir. Ona görə də azgın düşmən hər dəfə dalana dirənəndə məhz Tovuza hücum edir. Keçən il iyul döyüşləri, Qarabağ müharibəsi vaxtı Tovuzun vurulması buna sübutdur. İrandan gələn yolu bağlamaqla biz onların nəfəsini, qan damarını kəsmişik. Ona görə qudurub azğınlaşıblar, nə etdiklərini özləri də bilmirlər."