Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Əfqanıstanında gərginlik son həddə - qadınlara küçəyə çıxmaq yenə yasaqlandı

2021-08-26 08:53:09 204 baxış
Xəbər şəkil

​​​​​

Əfqanıstanın paytaxtı Kabildən 150 kilometr şimal-şərqdə yerləşən Pəncşir vadisi Taliban əleyhinə müqavimətin “son qalası” olaraq ayaqdadır. Pəncşir ərazisi son 20 ildə Əfqanıstanın ən təhlükəsiz bölgəsi olaraq qalmaqdadır.

Bəzi analitiklər vadinin Taliban hərəkatının genişmiqyaslı hücumuna tab gətirə bilməyəcəyini hesab edirlər. İsveçdə mənzillənən müstəqil tədqiqatçı Abdul Sayed Pəncşirin uzun müddət müqavimət göstərə bilməyəciyini deyir. “Taliban Pəncşiri hər tərəfdən əhatəyə alıb və Məsudun oğlunun bir-iki aydan artıq müqavimət göstərə biləcəyini düşünmürəm. Hazırda onun güclü dəstəyi yoxdur”.

Digər ərazilərdə isə Taliban hərəkatı hakimiyyətini möhkəmləndirməklə məşğuldur. Hərəkat üzvləri Kabili tutduqdan dərhal sonra qadınların işləməsinə və təhsil almasına “şəriət qaydaları daxilində” icazə veriləcəyini açıqlasa da, hazırda onlara evdən çölə çıxmağı məsləhət görmür. Çünki “Taliban” döyüşçüləri, hərəkatın sözçüsü Zabihullah Mücahidin bildirdiyi kimi, qadınlarla rəftar barədə xüsusi təlim keçməyiblər və onları küçədə tutub zorlaya bilərlər. “Taliban” nümayəndəsinin bu bəyanatı beynəlxalq mediada geniş rezonansa səbəb olub.  Zabihulla Mücahid bu barədə Kabildə keçirdiyi brifinqdə bildirib. “Qadınların evdə qalması lazımdır, ən azından hələlik. Niyə? Çünki döyüşçülərimizdən bəziləri hələlik qadınlara zərər verməmək məsələsində təlim görməyib. Bizə yeni qatılanların yetərli təlim almadıqları üçün qadınlarla pis davranmasından ehtiyat edirik. Allah göstərməsin, döyüşçülərimizin qadınlara zərər verib onları zorlamasından ehtiyat edirik”,-o deyib.

Taliban qüvvələri kimdir?

“Taliban” nümayəndəsi bildirib ki, “qadınlarla rəftar barədə yeni prosedur hazırlanana qədər” onlar evdə qalmalıdır. Və maaşları evlərində ödəniləcək. “Hələlik vəziyyət normallaşana qədər evlərində qalmalarını istəyirik. Hazırda hərbi vəziyyət hökm sürür”,-Mücahid bildirib. Taliban 1996-2001-ci illərdə Əfqanıstana qismən nəzarət edəndə qadınların evlərindən çölə çıxması, təhsil alması, işləməsi qadağan edilmişdi. Qadınlar ancaq yanlarında əri, qardaşı və ya yaxın qohumu (kişi cinsindən) olarsa evdən çölə çıxa bilərdi. Taliban ikinci dəfə hakimiyyətə gəldikdən sonra beynəlxalq ictimaiyyətin nəzərində mötədil görünməyə və qadınlara müəyyən hüquqlar veriləcəyinə inandırmağa çalışır. Lakin beynəlxalq insan haqları təşkilatları Əfqanıstanın müxtəlif yerlərində taliblərin qadınlara və keçmiş hakimiyyətin nümayəndələrinə divan tutduqları barədə həyəcanlı məlumatlar alırlar. Talibanın qorxunc əməllər törətdiyi barədə Əfqanıstanın keçmiş daxili işlər naziri Məsud Əndarabi də özünün Twitter səhifəsindən bildirib. O, taliblərin edamlar həyata keçirdiyini, qurbanlar arasında hətta uşaqların da olduğunu yazıb. Və Taliban tərəfindən öldürüldüyü iddia edilən insanların, o cümlədən bir azyaşlı uşağın qorxunc fotolarını paylaşıb. O bildirib ki, Taliban ölkədə qorxu mühiti formalaşdırır, azyaşlı uşaqları və yaşlıları belə öldürməklə insanları ona itaət etməyə məcbur etmək istəyir.

Əfqan qadınlar “Taliban”a qarşı üsyana qalxdı: Baku TV Kabildən görüntülər  yaydı - VİDEO

Bu arada Talibanın ölkəni tərk etmək yasağının bitməsinə də 4 gün qalır.

Yaranmış böhran Qərb liderlərini xarici qoşunların Kabil hava limanında müəyyən edilmiş 31 avqust tarixindən sonra da saxlanması məsələsini nəzərdən keçirməyə məcbur edib.  ABŞ prezidenti Co Bayden Britaniyanın baş naziri Boris Consonla Əfqanıstandan minlərlə insanın evakuasiyasının koordinasiya edilməsi planlarını müzakirə edib. Xarici qoşunların Əfqanıstandan çıxarılması üçün təyin edilmiş son müddət həmin gün bitir. Taliban bildirib ki, bu müddətdən sonra xarici qoşunların və adamların Əfqanıstandan çıxarılmasına imkan verməyəcək və bu, onun üçün “qırmızı xətdir”. Ağ Evin avqustun 23-də açıqlanmış bəyantında Bayden-Conson müzakirələri haqqında deyilir:

“Onlar diplomatik və hərbi heyətin vətəndaşların, yerli işçilərin və başqa çətinlikdə olan əfqanların evakuasiyası üçün davam edən səylərini müzakirə ediblər. Əfqanıstanda yaranmış situasiyanın idarə olunmasında və Əfqanıstana münasibətdə ümumi yanaşmanın formalaşdırılmasında partnyorlarla sıx koordinasiyasının mühümlüyünü vurğulayıblar”.

Əfqanıstandan təxliyə ilə bağlı yaranmış böhran Qərb liderlərini xarici qoşunların Kabil hava limanında müəyyən edilmiş 31 avqust tarixindən sonra da saxlanması məsələsini nəzərdən keçirməyə məcbur edib. Onlar deyirlər ki, çıxış müddətinin uzadılması xarici koalisiyaya xidmət etmiş minlərlə əfqanın və onların ailə üzvlərinin təhlükəsiz bir şəkildə evakuasiya edilməsi üçün mühüm ola bilər. Bu adamların əksəriyyəti Talibanın onlara divan tutacağından və qisas alacağından narahatdır. Bundan əvvəl, avqustun 23-də Taliban bildirmişdi ki, evakuasiyanın uzadılmasını “təxribat” hesab edəcək və bunun “nəticələri” olacaq.

Əfqan qadınlar "Taliban"la döyüşə hazırlaşır - VİDEO

ABŞ prezidenti Co Bayden isə xəbərdarlıq edib ki, “ABŞ qoşunları Talibanın hücumuna məruz qalarsa, ABŞ “öz insanlarını dağıdıcı qüvvə ilə müdafiə edəcək”. O deyib ki, bu müdafiə “sürətli və qətiyyətli” olacaq.

Taliban bütün xarici vətəndaşların 31 avqust tarixinə qədər evakuasiya edilməsini istəyir və əfqanlara ölkəni tərk etmək icazəsinin verilməsi “tərəfdarı deyil”.

Bunu Kabildə keçirilən mətbuat konfransında Talibanın sözçüsü Zabihullah Mücahid bildirib. Taliban sözçüsü əfqan vətəndaşlarını evə qayıtmağa çağırır və ABŞ-dan əfqanları ölkəni tərk etməyə təşviq etməməsini xahiş edir. Zabihullah Mücahid hesab edir ki, qadınların işə getməsinin qarşının alınması daimi olmayacaq və deyib ki, rəsmilər qadınların işə qayıtmasını mümkün edən bir prosedur hazırlamağa çalışır. O deyib ki, xarici səfirliklərə təhlükəsizlik təminatları verilib və onları bağlanmamağa və işi dayandırmamağa çağırıb. “Məktəblər, universitetlər və mədrəsələr, eləcə də xəstəxanalar, yerli özünüidarəetmə orqanları, televiziya və radiostansiyalar işlərini yenidən davam etdirir” – deyə, Taliban sözçüsü qeyd edib.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01