Sabirabadın İcra başçısı qazini təhqir edib, döydürdü - ŞOK İDDİA
Sabirabad rayon sakini Birinci Qarabağ müharibəsinin qazisi Məmmədova Gülnaz Fətulla qızı rayon İcra Hakimiyyətindən şikayətcidir.
Azadinfo.az-a müraciət edən qazi xanım, dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq, ona heç bir köməkliyin olunmadığını, hətta İH-nin başçısı Siraqəddin Cabbarov tərəfindən təhqir olunduğunu bildirib:
“Mən qazi Gülnaz Məmmədova Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Köməyə ehtiyacım olduğu üçün rayon icra hakimiyyətinə müraciət etdim. Lakin müraciətimə təhqirlə cavab verildi. İcra başçısı mənə qurşağdan aşağı söyüşlər söydü.
Mən dövlətimdən, prezidentimdən soruşuram, təyin etdiyiniz başçı belə edərsə, biz dərdimizi kimə deyək? Çox çətinlik içindəyəm, dolana bilmirəm. 2 mindən çox kirayə pulu yığılıb ödəyə də bilmirəm. Rayonda süpürgəçilik edirəm. Budur Qarabağ uğrunda döyüşməyimin mükafatı? İcra başçısı təhqir edərək məni mükafatlandırır? Mən ölkə başçıma müraciət edirəm, xahiş edirəm mənə kömək etsinlər. İcra başçısı Siraqəddin Cabbarov heç kimi saymır, rayonda insanlara zülm edir, problemlə maraqlanmır”.
Məsələ ilə bağlı Sabirabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaqda, zənglərimizə cavab verilmədi.
Xatırladaq ki, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı bu ilk şikayət deyil. Bundan əvvəl də Siraqəddin Cabbarovla bağlı mediada, sosial şəbəkələrdə şikayətlər yayılıb. Lakin bu günə qədər S. Cabbarovla bağlı heç bir tədbir görülməyib.
Daha ətraflı videodan izləyin: