Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Fəzail Ağamalı :"spikeri hədəf alanları ittiham etdi"

2021-08-13 01:35:21 311 baxış
Xəbər şəkil

“Bu, protokol qaydalarını bilməməkdən irəli gələn qərəzli münasibətdir”

Milli Məclisin sədri Sahibə Qafarovanın İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün cənub qonşumuza etdiyi səfər gündəmdən düşmür. Onun yeni dövlət başçısı ilə rəsmi görüşü zamanı yalnız İran bayrağının Rəisi tərəfdə olması diqqətlərdən yayınmayıb və ciddi qalmaqal yaradıb.

Bu məsələ ətrafında bir kampaniya başladılıb. S.Qafarovaya qarşı sanki hücum kampaniyasına start verilib. Çoxları hesab edir ki, xanım spiker buna sərt təpki verməli idi. Sosial şəbəkələrdə bu, daha çox cənub qonşumuz tərəfindən Azərbaycana olan hörmətsizlik kimi qələmə verilir. Protokol qaydasını önə çəkərək bunun əksini düşünənlər də az deyil.

İran tərəfindən məsələyə hələ ki aydınlıq gətirilməyib. Eləcə də rəsmi Bakıdan da rəsmi reaksiya yoxdur. İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamağa cəhd etsək də alınmadı.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarının müdafiəsinə qalxdı: “Mənə elə gəlir ki, bu xoşagəlməz rəy düşünülmüş şəkildə Azərbaycan dövlətçiliyinə qənim kəsilənlər tərəfindən gündəmə gətirilir. Əlbəttə, bunun içərisində İran rejiminə nifrət bəsləyən, Azərbaycana qarşı illər boyu onların xoşagəlməz münasibətlərinin təsirinə düşənlər də var. Əslində heç də Azərbaycan dövlətçiliyinə, bayrağına, onun atributlarına, Sahibə xanım Qafarovaya qarşı hər hansı bir hörmətsizlik olmayıb. Hər bir ölkənin xarici qonaqları qəbul etmək üçün müəyyənləşdirdiyi və hər bir dövlətə, onun nümayəndə heyətinə ranqından asılı olaraq qərarlaşdırdığı protokol qaydaları var. İranda rəsmi səfərdə olan qadınlar, hətta Avropa İttifaqının rəsmiləri belə baş örtüyündə olurlar. Bunun hər zaman şahidi olmaqdayıq. Təbii olaraq Sahibə xanım həmin protokol qaydalarına uyğun olaraq baş örtüyündə, bu geyimdə rəsmi görüşlərdə olub. Yeni seçilən prezidentlə, İran parlamentinin spikeri ilə görüşlərdə bu qiyafədə iştirak edib. Burada nəsə axtarmağın özü deyərdim ki, doğrudan da, yumşaq dildə desək, düşüncəsizlikdir, səviyyəsizlikdir. Bu, protokol qaydalarını bilməməkdən irəli gələn qərəzli münasibətdir. Digər tərəfdən, Sahibə xanım İran parlamenti ilə görüşəndə onun bir tərəfində iranlı həmkarının oturduğu stolun arxasında İran bayrağı, özünün əyləşdiyi yerdə isə Azərbaycan bayrağı var. O, Azərbaycan parlamentinin sədri kimi, eyni zamanda inauqurasiya mərasimində nümayəndə heyətimizin rəhbəri kimi təmsil olunub. Deyərdim ki, ciddi nümayəndə heyəti ilə orada təmsil olunduq. Sahibə xanımdan başqa baş nazir və xarici işlər nazirinin müavini də bu rəsmi tədbirin içərisində yer almışdılar. Onun keçirmiş olduğu hər iki görüş İran dövlətinin protokol qaydalarına uyğun şəkildə reallaşıb”.

Deputat görüşdə Azərbaycan bayrağının olmamasının səbəblərindən də söz açdı: “İbrahim Rəisi ilə görüşəndə Azərbaycan bayrağı ola bilməzdi. Çünki Sahibə xanım Milli Məclisin spikeri kimi orada təmsil olunurdu. Bayraqlar bir qayda olaraq parlamentli respublikalarda baş nazir səviyyəsində keçirilən görüşlərdə qoyulur. Protokol qaydaları ilə qarşılanma mərasimində həmin dövlətin himni səslənir. Çünki artıq o, dövlətin başçısıdır. Sahibə xanım isə dövlət başçısı deyil. İran prezidenti ilə görüşündə onun tərəfində Azərbaycan bayrağı olmalı deyildi. Bundan istifadə edib mənasız yerə fikirlər səsləndirmək doğru deyil. Milli Məclisin sədri seçiləndən Azərbaycan dövlətinə və parlamentinə ciddi töhfələr verən Sahibə xanımı hədəfə almağın özü çox böyük ədalətsizlikdir, haqsızlıqdır. 44 günlük müharibə dövründə bütün parlament üzvləri ilə bərabər bu döyüşlərin içərisində oldu. Öz səlahiyyətləri çərçivəsində mübarizənin önündə olan dövlət xadimlərindən biri idi. Ölkə Prezidentinin komandası içərisində öz işini uğurla yerinə yetirən parlament sədri kimi tövsiyələrini verirdi. 44 günlük müharibənin içərisində həqiqətən çox böyük və hörmətli qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, müzəffər bir parlament kimi öz iradəmizi ortalığa qoyduq. Bunun önündə Milli Məclisin sədri Sahibə xanım Qafarova dururdu. Eyni zamanda II Qarabağ savaşında Azərbaycanın yanında olan İtaliya, Macarıstan, Pakistan kimi ölkələrə müharibədən dərhal sonra  geniş heyətlə səfərlər etdi, orada ciddi görüşlər keçirdi, əhəmiyyətli bəyanatlar səsləndirdi, həmin ölkələrlə parlament səviyyəsində münasibətləri daha yüksək səviyyədə qurmaq və inkişaf etdirməklə bağlı fikirlər səsləndi. Xüsusi olaraq, hər birimizə böyük sevinc gətirən Azərbaycan-Türkiyə və Pakistanın parlament sədrlərinin imzası ilə Bakı Bəyannaməsi qəbul olundu. Bunun özü çox möhtəşəm bir sənəd idi. Artıq üç dövlətin parlamentləri eyni məsələlər ətrafında fikirlər səsləndirən, əlaqələrini möhkəmləndirən, bir-birilərini beynəlxalq aləmdə müdafiə edən bir platforma yaradıblar. Sahibə xanım İran parlamentinin sədri ilə görüşündə Xocalı soyqırımının bu ölkənin parlamentində qəbul olunması təklifi ilə çıxış etdi. Bu da onun kifayət qədər ciddi və cəsarətli addımı idi. Biz əmin olmaq istərdik ki, əgər doğrudan da İran Azərbaycana dost, müsəlman ölkəsi kimi isti münasibət ifadə edirsə, Sahibə xanımın Xocalı faciəsi ilə bağlı təklifinə baxmalı və qəbul etməlidir. Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycan-Türkiyə-Pakistan parlamentləri sədrlərinin imzaladığı Bakı Bəyannaməsinin təşəbbüskarı da Sahibə xanım Qafarovadır. Milli Məclis yarandığı gündən Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr verib, fəaliyyətini ciddi şəkildə qurub. Sahibə xanım bu ənənələrə söykənərək bu gün də Azərbaycan dövlətinə spiker kimi əhəmiyyətli töhfələr verməkdədir. Təbii ki, hər bir millət vəkilinin fəaliyyəti ilə bu gün Milli Məclis belə tənqidlərə, bu cür yanaşmalara layiq deyil. Parlament öz işini çox yüksək səviyyədə həyata keçirməkdədir”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01