Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Əmlak ekspertindən Təhsil Nazirinə AÇIQ MƏKTUB: “Tələbələrin kirayə evlərə maddi gücü çatmır”

2021-08-03 07:48:04 523 baxış
Xəbər şəkil

Əmlak eksperti Elnur Fərzəliyev Təhsil naziri Emin Əmrullayevə açıq məktubla müraciət edib.

Kanal4.az sözügedən açıq məktubu təqdim edir:

“Hörmətli cənab nazir, mən Fərzəliyev Elnur Sabir oğlu uzun illərdir daşınmaz əmlak sahəsində ekspert olaraq fəaliyyət göstərirəm və bu sahənin inkişafı ilə bağlı yüzlərlə müsahibələrin, təkliflərin müəllifiyəm. Demək olar ki, bu gün Azərbaycan əhalisinin hər biri orta təhsilli, çox böyük hissəsi isə ali təhsillidir. Bu, çox sevindirici haldır. Hətta iki və ya üç ali təhsilli vətəndaşlarımızın da sayı az deyil. Bu gün “Yetər ki, oxumaq istə” prinsipi ilə ali təhsil almaq arzusunda olan hər kəs ali təhsil ocaqlarına qəbul olub, oxuya bilər. Bunun üçün ölkəmizdə tam şəffaf və münbit şərait yaradılıb.

Təssüflər olsun ki, 90-cı illərdən başlayaraq mənfur düşmənin işğal siyasəti yüz minlərlə vətəndaşlarımızı öz yurd-yuvalarından didərgin saldı, torpaqlarımızın 20 faizi yağı düşmən tərəfindən işğal olundu. Məcburi köçkünlərimiz ölkənin müəyyən yerlərinə, həmçinin ali təhsil müəssisələrinin tələbə yataqxanalarına sığınaraq uzun illər orada yaşamaq məcburiyyətində qaldılar. Bu səbəbdən 28 ildən artıqdır ki, tələbələrimizin yataqxana problemi aktual olaraq qalmaqdadır. Bu gün bölgələrimizdən paytaxta təhsil almaq üçün gələn tələbələrin üzləşdiyi ən böyük problem evsizliklə bağlıdır. Məlumdur ki, paytaxtımızda mənzillərin kirayə qiyməti çox yüksəkdir və bu evləri kirayələmək hər bir tələbə üçün əlçatan deyil. Mərkəzə yaxın ərazilərdə 1 otaqlı mənzilin kirayə qiyməti 250 – 300 manat olduğu üçün bir otaqda iki tələbə deyil, məcburən dörd və ya beş tələbə yaşayır. Bu cür sıxlıq isə onların təhsilinə mənfi təsir göstərir. 2016-cı ildən başlayaraq davam edən pilot layihələr səbəbindən isə paytaxtdakı əksər köhnə tikili binalar sökülərək yeniləri ilə əvəzlənir və bu səbəbdən ucuz kirayə mənzillər artıq dövriyyədən çıxmış olur. Tələbələr məcburən şəhər kənarında evlər kirayələsələr də, bu, onların vaxtının çoxunun yollarda itirilməsinə səbəb olur.

Cənab Prezident İlham Əliyevin apardığı dayanıqlı və uzaqgörən siyasət nəticəsində məcburi köçkünlərimizin böyük əksəriyyəti yeni evlərlə təmin olunub və onlar artıq istismar müddətini bitirmiş,qəzalı vəziyyətdə olan yataqxanalarda deyil, tam şəraitli təmirli mənzillərdə yaşayırlar. Şükürlər olsun ki, cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev 28 ildən artıq düşmən işğalında olan torpaqları da Azərbaycan ordusunun və xalqının dəstəyi ilə düşməndən müharibə yolu ilə geri aldı və beləliklə, ərazi bütövlüyümüz təmin olunub. Artıq həmin ərazilərdə tikinti bərpa işləri davam edir və yaxın illərdə bütün məcburi kökünlərimizin öz yurd-yuvalarına köçmə prosesinə start veriləcək.

Cənab təhsil nazirimiz Emin Əmrullayev, ölkəmizdə, xüsusən də paytaxt Bakıda yeni tikili binalar və digər tikili obyektlərdə qiymətlərin baha olmasının ən başlıca səbəbi torpaq sahələrinin baha olmasıdır. Bu gün Sovet dövründən qalmış tələbə yataqxanaları artıq istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir. Tikintinin maya dəyərinə nəzər salsaq, 1 kv/metr yeni tikili binanın sadəcə tikinti xərci 300 – 350 manat arası dəyişir. Normal təmirin 1kv/metrinin dəyəri isə istifadə olunacaq materiallardan asılı olaraq, 200 – 250 manat arası dəyişir. Yəni, 1 kv/metr təmirli mənzilin maya dəyəri təxmini 550 – 600 manata başa gəlir. Bura torpaq sahəsinin qiyməti və digər xərclər daxil deyil. Bu gün tələbələr üçün yeni hündürmərtəbəli, tam təmirli yataqxanalar tikmək, şəhərciklər salmaq və onları tələbələrə minimal qiymətlə icarəyə vermək həm tələbələrin yataqxana problemini aradan qaldırmış olar, həm də onu tikdirən təhsil müəssisələrinə hər ay külli miqdarda gəlir gətirmiş olar.

Köhnə yataqxana normativlərinə nəzər salsaq, 12 kv/metrlik bir otaqda iki tələbə qalırdı. Bu günkü bazar dəyəri ilə hesablasaq, 12 kv/metrlik təmirli iki tələbəlik bir otaq təxmini 7200 manata başa gəlir. Hər ay tələbə 50 manat ödəməklə, hər otağa 100 manat kirayə pulu ödəmiş olur. Bu isə o deməkdir ki, həmin yataqxanaların tikintisinə yatırılmış sərmayə 6 ilə geri dönüş edir və uzun illər boyu onu tikdirən ali təhsil müəssiələri o yataqxanalardan gəlirlər əldə edirlər. Həmin gəlirlərlə həm yataqxanaların saxlanılma və işci xərclərini, həm də müəllimlərin maaşlarını artırmaq olar.
Unutmayaq ki, keçmişin tələbələri ölkəmizin bu günkü ziyalılarıdır. Bungünkü tələbələr də gələcəyimizin ziyalıları, idarəedici şəxsləri və ölkənin yükünü çiyinlərində daşıyan şəxsiyyətləri olacaq”.

Millitribuna.az

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01