Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

​Mən heç vaxt heç kimin qucağında olmamışam - Şeyxülislam

2021-07-25 15:02:35 317 baxış
Xəbər şəkil

Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və qardaş Türkiyədə birmənalı qarşılanmayıb.

Kanal4.az xəbər verir ki, Gununsesi.info-ya müsahibəsində Hacı Allahşükür Paşazadə ona ünvanlanan ittihamlara cavab verib.

– Doğurdanmı, siz hesab edirsiniz ki, torpaqlarımızın  işğaldan azad olunmasında Xameneinin fətvası rolu oldu?

– Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimu olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir. Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar?

Məni ittiham edənlər o çıxışıma tam baxsınlar.

– Yəqin ki, Ərdoğanın müşavirinin dediklərindən də xəbəriniz var…

– Bəli, mən bunu eşitdim. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Deyir ki, İran Ermənistana raket göndərir.  Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım.

Onun cümləsində belə bir fikir var idi ki, İran Erməsintana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi  Hikmət Hacıyevin çıxışında deyilib ki,   belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb.

– İrandan gedən yük maşınlarının görüntüsü də yayılmışdı…

– Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm,  bunu hardan götürmüsən.

– Şeyx həzrətləri, zaman-zaman adınızı İranın adamı kimi hallandırıblar. Bu idialara necə yanaşırsınız?

– Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam,  nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm , ömrümü  düzgün yaşamışam.  Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.

İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu. Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda olan dövlətdir.

İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır. İranın lap belə səhvi olsa belə onunla düşmənçilik etməməliyik.  Elə adamlar var, onlar  maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq.

– Türkiyənin bu müharibədəki xüsusi rolunu, bizə dəstəyini qəbul edirsinizmi?

– Əlbəttə, edirəm. Ona görə söhbətimizin əvvəlində dedim ki, çıxışımı tam dinləsinlər.

Mən orda əvvəlcə Türkiyə dövləti və onun başçısı Ərdoğan həzrətlərinə təşəkkürümü bildirdim. Başqa cür ola da bilməz. Yəni, mən bunu istəsəm də olmaz. Fətva söhbətini  sırf mənəvi baxımdan demişəm. Hamımız müsəlman kimi gündəlik həyatımızda ” Allah kömək olsun” “Duaçıyam” və sair kimi sözlərdən istifadə edirik.

Mən də din adamıyam,  siyasi adam deyiləm. Allahdan danışmışam. Paralel olaraq da  Hikmət Hacıyevin çıxışından heç bir addım da o tərəfə çıxmamışam. Xameneinin fətvası  ordumuza dəstək anlamında qəbul olunmalıdır. Bu sözlər Ermənistana   gözdağı idi.

Bir daha qeyd edim ki, bəzi qüvvələr istəyir ki, Türkiyə, İran və Azərbaycan arasında bir münaqişə salsın.  Mən elə bilirəm ki burda Ermənistanın barmağı var. Ermənistanın barmağı olmasa da ermənipərəstlərin barmağı var. Mən ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam, onlar məni  ağsaqqal kimi qəbul edirlər. Mənim gəlinim türkdür. Evimdə türklər yaşayır.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01