Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

"ABŞ, Fransa, Rusiya səfirliklərini boykot etməliyik”

2021-07-14 17:30:24 384 baxış
Xəbər şəkil

 

 

facebook sharing button

twitter sharing button

pinterest sharing button

email sharing button

sms sharing button

whatsapp sharing button

sharethis sharing button

“Şuşaya getmədilər, cəhənnəmə getsinlər, lənət olsun onlara!”

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin dəvəti ilə ölkədəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. Rusiya, Fransa və ABŞ səfirləri bu səfərə qatılmadılar. Niyə? Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin Şuşaya səfərdən imtinası siyasi və diplomatik demarş kimi qiymətləndirilməklə hansı adekvat reaksiyasını almalıdır? Nəzərə alsaq ki, hər üç dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləridir bu davranış həmin quruma qarşı hansı yanaşmanı ortaya qoyur?

 

Ölkə ictimaiyyəti və siyasi elitası hər üç dövlətin atdığı bu addımı birmənalı qarşılamayıb.

 

 

 

 

 

“Hələ də illüziyalara qapılırlar ki...”

 

Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamasında bildirib ki, Fransa, ABŞ, Rusiya səfirlərinin Şuşaya səfərdən imtina etməsi ilə bağlı sərgilədiyi ədalətsiz mövqeni birmənalı olara pisləyir.

 

Onun fikrincə, bu, Minsk Qrupu həmsədrlərinin Ermənistanın yanında olmasına söykənən ənənəvi siyasətinin bir epizodudur:

 

“Uzun illər boyu Minsk Qrupu Birləşmiş Millətlər Təşkilatından aldığı mandatı mahiyyəti üzrə reallaşdıra bilmədi. İşğal olunmuş torpaqlarımızın işğalda qalması üçün Ermənistana mümkün olan və olmayan köməkləri göstərdi. Artıq 44 günlük müharibədə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin Ermənistan üzərində qələbəsindən sonra situasiya tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və bu reallığı da yaradan Azərbaycan oldu. Biz əslində heç vaxt ATƏT-in Minsk Qrupunun üzvlərindən ədalət, obyektivlik gözləməmişik. Onlar ədalətə, beynəlxalq hüquqa hörmət etsəydilər, 30 il zaman kəsiyində Ermənistanı ciddi sanksiyalarla üz-üzə qoyardılar.  Ermənistanı torpaqları işğaldan azad etməyə məcbur edərdilər. Bunu ordumuz etdi. ATƏT-in Minsk Qrupu üzvləri öz ideyalarına sadiq qalaraq Ermənistanda revanşist qüvvələrin yanındadır. Paşinyanı sığallamaqda, onu stimullaşdırmaqda davam edirlər. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycan-Ermənistan sərhədində ermənilər yenə də atəşkəs rejimini pozmaqdadırlar. Məhz Amerikanın, Rusiyanın, Fransanın Ermənistanın yannda olması Ermənistanı ruhlandırır və elə güman edir ki, Azərbaycana qarşı öz məkirli planlarını yerinə yetirmək şansı qazanacaq. Hələ də illüziyalara qapılırlar ki, Azərbaycanın ərazilərində yaşayan ermənilərə status veriləcək və ermənilərin öz arzu etdikləri formada yaşayışlarını təmin edəcəklər. Amerikanın, Fransanın, Rusiyanın bu münasibəti kökündən yanlışdır. Bu ölkələrin səfirləri işğala məruz qalmış və xarabalığa çevrilmiş rayonlarımızda olmadılar. İndi Şuşaya da getmədilər. Lənət olsun onlara, cəhənnəmə getməsinlər!.. Onlar 1992-ci ildən 20-ci ilə qədər Azərbaycana nə xeyir verdilər, nə töhfə verdilər ki, heç nə”.

 

Bu gün Ameriaka ilə Rusiyanın qarşı-qarşıya dayanan ac canavarlar kimi bir-birini yeməyə hazır olduğunu deyən deputat, bu dövlətlərin regionda yürütdüyü məkirli siyasətə diqqət çəkib:

 

“ABŞ və Avropa İttifaqında olan Fransa Gürcüstanın ərazi bütövlüyünü tanıyır, Rusiyanın Abxaziya və Osetiyadan çıxmasını tələb eliyir, Moldovanın ərazi bütövlüyünü tanıyır, Kırımın ilhaq edilməsini qətiyyətlə pisləyir və ona görə Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Şərqi Rusiyanın Rusiyanın nəzarəti altına keçməsində çox hirsli görünür və bunu Rusiyaya bağışlamaq istəmir. Ancaq Azərbaycan bu gün BMT-nin, ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü öhdəliklələri yerinə yetirir, yenə də bunlar ədalətin, haqqın yanında deyillər. Bu məkirli, ikiüzlü, riyakar bir mövqedir”.

 

F.Ağamalı hesab edir ki, Azərbaycan Rusiya, Fransa və Amerikanın bu mövqeyinə öz tərəfindən adekvat cavamlar verməlidir. O, siyasi sferada bir çox həmkarlarımın çağırışlarına qoşularaq hesab edir ki, nə Rusiyanın, nə Amerikanın, nə də Fransanın Azərbaycanda keçirmiş olduqları tədbirlərə qatılmamalıyıq:

 

“Nə siyasətçilır, nə millət vəkilləri, nə jurnalistlər, nə vətəndaş cəmiyyətləri, nə də onların mayalandırdığı QHT adı altında gizlənən 5-ci, 6-cı, 10-cu kolonun adamları bu səfirliklərin tədbirlərinə qatılmamalıdır. Kimlər görüşə gedərsə, xalq olaraq, siayasətçilər olaraq, jurnalistlər olaraq, mətbuat olaraq onların üzərinə gedilməlidir. Biz iradəmizi ortaya qoymalıyıq. Dövlət yəqin ki, öz tədbirlərini görəcək. Ancaq biz də siyasətçilər, vətəndaş cəmiyyətləri olaraq öz iradəmizi ortaya qoyub onları ifşa etməliyik. Hətta ABŞ, Fransa, Rusiya mallarının alınmasını da boykot eləməliyik. Cəhənnəm olub gedib məhsullarını Ermənistanda satsınlar”.

 

 

 

 

 

 

“Bu səfirlər erməni lobbisindən çəkindikləri üçün Şuşaya səfər etmədilər”

 

Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında bildirib ki, səfirlərin Şuşaya səfərdən imtinası 30 ildir regionda heç bir irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiyə qədər apardığı siyasətin gözəl illüstrasiyasıdır:

 

“ATƏT Minsk Qrupu dövlətlərinin və digər beynəlxalq təşkilatların regionda görməli olduğu işləri Azərbaycan silahlı qüvvələri həyata keçirdi. Eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək torpaqları azad etdi və 100 minlərlə Azərbaycan vətəndaşının öz evlərinə qayıtmasına şərait yaratdı. Minsk Qrupu özünün acizliyini indiyə qədər nümayiş etdirib və bu, indi də davam edir. Əslində diplomatlar gedib Azərbaycanın mədəniyyət paytaxtını, eləcə də Qarabağın azad olunmuş bölgələrində vandalizmin işarələrini  görmək və həqiqətləri öz ölkələrinə, ictimaiyyətə ötürməkdən kənarda dayanıblar. Bu, həmin dövlətlərin indiyə kimi apardığı işlərin tam məntiqi davamıdır”.

 

A.Mollazadə eyni zamanda adıçəkilən üç ölkənin erməni diaspora və lobbisinin təsiri altında hərəkət etdiyini qeyd edib. Onun sözlərinə görə, bu üç ölkədə dünyanın ən böyük erməni icması və lobbi təşkilatları fəaliyyət göstərir:

 

“Çox güman ki, ABŞ, Rusiya, Fransa dövlətinin elçiləri ermənilərin təzyiqindən çəkinərək bu səfərdən imtina ediblər”.

 

Deputat bildirib ki, artıq münaqişə olmadığına görə, Minsk Qrupuna və onun fəaliyyətinə ehtiyac yoxdur:

 

“Münaqişə olmadığına görə də bu diplomatlar Şuşaya, Qarabağa səfər etməyi zəruri hesab etməyiblər. Məsələ ondan ibarətdir ki, hər bir ölkənin diplomatı elçi olduğu ölkə ilə bağlı öz dövlətini məlumatlandırmalıdır. Deməli, erməni vandallığı, cinayətləri ilə bağlı bu ölkələrin məlumatları daha az olacaq. Digər ölklərin nümayəndəri isə Azərbaycnın Qarabağa qayıdış planı ilə bağlı öz ölkələrini məlumatlandıracaqlar və onların Qarabağdakı fəaliyyəti daha aktiv olacaq. Səfirlərin bu imtinasına qarşı hansısa addımların atılmasına da ehtiyac görmürəm. Onsuz da özləri özlərini kənarlaşdırırlar”.

 

A.Mollazadə hər üç dövlətin Azərbaycandakı səfirlərinin qismində regiona səfər etməməsini Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın işğaldan azad olunmasına etiraz kimi dəyərləndirilməsini istisna edib. Onun sözlərinə görə, hər üç dövləti BMT TŞ da Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Sadəcə olaraq erməni lobbisinin təsiri ilə öz fəaliyyətlərini məhdudlaşdırıblar.

 

 

 

 

 

“Göstərmək istəyirlər ki, Şuşa gələcək statusda ermənilərin nəzarətinə verilməlidir”

 

 

Politoloq Məhəmməd Əsədullazədə şərhində bildirib ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin ölkəmizdəki səfirlərinin Şuşaya səfərdən imtina etməsi bu dövlətlərin heç də neytral qalması deyil.

 

Politoloq hesab edir ki, bu dövlətlər göstərmək istəyirlər ki, münaqişə davam edir və status məsələsi növbəti mərhələdə qaldırılmalı, danışıqlar davam etdirilməlidir:

 

“Bununla da həmsədr dövlətlər ermənilərlə eyni mövqedə olduqlarını göstərdilər. Halbu ki, onların bu mövqeyi ilk növbdə Ermənistan -Azərbaycan əlaqələrini daha da böhran vəziyyətinə çatdırmaq, həmçinin  Azərbaycan ərazisində erməni separatizminə stimul verməkdir. Bu dövlətlər göstərmək istəyirlər ki, Şuşa gələcək statusda ermənilərin nəzarətinə verilməlidir. Hesab edirəm ki, Azərbaycan konkret olaraq Minsk Qrupu vasitəçiliyindən imtina etməlidir. Minsk Qrupu dövlətlərin səfirlərinin bu səfərdən imtina etməsini artıq kliminasiya nöqtəsi kimi dəyərləndirmək olar. Azərbaycan tərəfinin atacağı ilk addım Minsk Qrupunun tərkibundın çıxmaqdır, onu da yaxın müddətdə  həll etməliyik”.

 

Politoloq bildirib ki, bu hadisə bir daha göstərdi ki, Azərbaycan xalqı Minsk Qrupunda olan dövlətlərə etibar etməməlidir. Çünki onların fəaliyyəti Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdiddir:

 

“Cəmiyyət, siyasi partiyalar bu məsələdə eyni mövqe sərgiləməlidir. Azərbaycan tərəfi bu üç dövlətdən izahat tələb etməlidir. Onların bu addımları erməni separatizminin müdafiəsinə yönəlir. Ermənilər bundan istifadə edib, Rusiyanın məsuliyyət zonasında olan ərazilərdə təxribatlara da gedə bilər. Azərbaycan üç həmsədr ölkə ilə konkret danışmalı, izahat tələb etməlidir. Azərbaycanın Minsk Qrupundan imtinası ölkəmizin əleyhinə olmayacaq. Çünki Azərbaycan Türkiyə, Pakistanla sırf siyasi, hərbi-texniki əməkdaşlığa malik ölkədir. Şuşa Bəyannaməsi də Azərbaycana qarşı hansısa təzyiqləri neytrallaşdırıb”.

 

 

 

 

 

 

"Erməni diasporunun hikkəsi ilə üzləşməmək üçün..."

 

Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Minsk Qrupunun həmsədr ölkələrinin səfirlik nümayəndələrinin Şuşaya səfərdən imtina etmələrinin müxtəlif səbəbləri ola bilər:

 

"44 günlük Vətən müharibəsinin gedişində və post-müharibə dövründə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə, o cümlədən hərbi cinayət törədilmiş şəhərlərə səfərləri təşkil edilib. Bu səfərlər diplomatların törədilmiş terror əməllərinin canlı şahidi olması üçün təşkil edilirdi. Etiraf etmək lazımdır ki, bu səfərlərin həqiqətən də müsbət rolu oldu və digər dövlətlərdə real fikir formalaşdırdı. Nəticədə, ermənilərin iç üzü müəyyən qədər də ortaya çıxdı. Bildiyimiz kimi, iyulun 9-da diplomatların peşə bayramı günündə ölkəmizdə olan səfirlər Şuşaya səfərə getdilər. Lakin təəssüflər olsun ki, biz bu səfərdə həmsədrlərin nümayəndələrini görə bilmədik. ATƏT-in Minsk Qrupu onsuz da uzun illər boyu missiyasını reallaşdıra bilmədi və yaxud da yerinə yetirmək istəmədi. Beləliklə, biz Azərbaycan torpaqlarından işğalçı Ermənistan ordusunun çıxarılmasına sülh yolu ilə nail ola bilmədik. Danışıqlar prosesi çox uzandı və s. Nəticədə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu beynəlxalq təşkilatların 28 il ərzində həll edə bilmədiyi problemin öhdəsindən gəldi. Şükürlər olsun ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edə bildi. Bu gün dövlət şəhid ailələri və qazilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində  tədbirlər həyata keçirir. Lakin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bu müddət ərzində ya bitərəf mövqe nümayiş etdirir, ya da məsələ ilə bağlı konkret addımlar atmaqdan sanki çəkinirdilər. Səfərdə iştirak etməmək üçün də müxtəlif səbəblər ola bilər. Misalçün, bu səfirliklərin nümayəndələri guya bitərəf qalmaq üçün və yaxud da erməni diasporunun hikkəsi ilə üzləşməmək üçün Şuşaya səfərdən imtina ediblər".

 

N.Həmzəyevin sözlərinə görə, istənilən halda, reallıq və faktdır ki, Azərbaycan Şuşanı azad edib və hazırda Qarabağa qayıdış prosesini təşkil edir:

 

 "Prezident İlham Əliyevin nəzarəti altında Qarabağın yenidən qurulması istiqamətində proqramlar həyata keçirilir. Şuşada reallaşdırılan çiçəklənməni görmək istəməyənlər gec, ya tez bunu görməyə məcbur olacaqlar. Nəzərə almaq lazımdır ki, xüsusən Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsindən sonra regionda geostrateji istiqamətdə çox ciddi dəyişikliklər baş verib. Azərbaycan regionda bir güc olaraq qəbul edilir. Biz Şuşa səfərində iştirak edən bütün səfirliklərin rəhbərlərinə dərin təşəkkürümüzü bildirir və ümid edirik ki, səfərdə iştirak etməyən səfirlik nümayəndələri də yaxın gələcəkdə Şuşanı görəcək və sevinəcəklər. Çünki dövlətimiz təkcə Qarabağı azad etmədi, eyni zamanda, regiona sülhü gətirdi və indi də sülhü qorumaq üçün töhfə verməyə davam edir". 





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01