Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

TOVUZ DÖYÜŞLƏRİNİN BİR İLİ: VƏTƏN MÜHARİBƏSİNƏ BU YOLLA GETDİK – RƏYLƏR

2021-07-13 11:25:17 398 baxış
Xəbər şəkil

Fəzail Ağamalı: “Bu döyüşlər 44 günlük müharibənin baş məşqi idi”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bunları dedi: “Bir il öncə Ermənistan himayəsində olduğu güc mərkəzlərinin xeyir-duası ilə Tovuz istiqamətində Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Bu, əslində təxribatlardan daha çox Azərbaycanın yeni ərazilərini işğal etmək, xüsusilə ölkəmizin Qərbə yönəlik enerjidaşıyıcılarının Tovuz istiqamətində olan boru xətlərini zədələmək, ən azından onu nəzarət altına götürmək məqsədi daşıyırdı. Təbii ki, Azərbaycanın silahlı qüvvələri Ermənistanla bütün cəbhə boyu hər zaman döyüşə yüksək səviyyədə hazırlıq şəklinə gətirilmişdi. Bu gün də belədir. Hər birimizə, cənab Prezidentə, silahlı qüvvələrimizə məlum idi ki, Ermənistan daim xain addımlar atar, Azərbaycanın yeni-yeni ərazilərini işğal etməyə cəhd edər. Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan yeni torpaqlar naminə yeni müharibə tezisi ilə çıxış etmişdi. Paşinyan sərsəm fikirlər səsləndirərək əsəblərimizlə oynamağa cəsarət tapmışdı. ”Qarabağ Ermənistandır" deyərək sərsəm fikrini ortaya qoymuşdu. Bütün bunların fonunda Ermənistandan hər zaman bu cür hərəkət gözlənilirdi və baş verdi. Ötən ilin iyul ayında Tovuz istiqamətindən ermənilərin hücumları başladı. 4 gün davam edən ciddi qarşıdurma Ermənistanın çirkin niyyətinin həyata keçirilməsini alt-üst etdi. Təəssüf ki, milli qəhrəmanımız Polad Həşimov kimi hərbçimizi, onun silahdaşlarını, zabitlərimizi itirdik, şəhidlər verdik. Bu bizi sarsıtmadı. Əksinə, Ermənistana qarşı daha ciddi şəkildə dərs vermək, onu darmadağın etmək məqsədini Ali Baş Komandan ordumuza əmr etdi. Həqiqətən Tovuz istiqamətində Ermənistan ciddi zərbələr aldı, ağır döyüşlərdə xeyli sayda itkilər verdi, öz istəyinə nail ola bilmədi. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin gücünün, 2016-cı ilin aprel döyüşlərindən sonra növbəti göstəricisi oldu. Ermənilər bundan kifayətlənmədiklərini hər zaman önə çəkirdilər. Tovuz istiqamətindəki məğlubiyyətlərinin əvəzini çıxmaq üçün bütün diqqəti işğal etdikləri torpaqlarımıza yönəldib, oradan hücum etmək cəsarəti göstərdilər. Nəticə aydındır. 44 gün müharibə ermənilərin belini sındırdı, dövlət kimi ona çox sarsıdıcı zərbələr vurdu. Tovuz döyüşləri 44 günlük müharibənin baş məşqi idi. Biz orada ermənilərin gücünü, imkanlarını sınamaq imkanı qazandıq. Eyni zamanda sentyabrda ermənilərə hansı istiqamətlərdən zərbə vurmaq lazımdırsa, onu da etdik. Tovuz döyüşləri 44 günlük müharibənin tam tərkib hissəsidir. Tovuz uğurlarını, orada hərbçilərimizin qəhrəmanlığını Vətən müharibəsinin tərkib hissəsi kimi qiymətləndirməliyik. Tarixə də bu cür düşməlidir. Bir sözlə, iyul ayından başlayan təxribatları zərgər dəqiqliyi ilə ölçüb-biçən Ali Baş Komandan, onun əmri ilə ordumuz onların növbəti təxribatlarının qarşısını elə aldı ki, tarix boyu bunu unutmayacaqlar. Azərbaycan 10 noyabrda Ermənistanın kapitulyasiyasına nail oldu. Beləliklə, müzəffər və xilaskar Ali Baş Komandanımız igid əsgər və zabitlərimizlə Azərbaycan tarixinə qızıl hərflərlə yeni səhifələr yazdı, reallığı dəyişdi. Bu müharibə təkcə işğal edilmiş ərazilərimizin azad olunması ilə yekunlaşmadı. 44 günlük zəfərimiz regionda geosiyasi, iqtisadi durumu tamamilə kökündən dəyişdi. İndi Azərbaycan qalib dövlət kimi özünün dövlət maraqlarını yüksək səviyyədə böyük qətiyyətlə diqtə etməkdədir. Biz artıq bunun konkret nəticələrini görməkdəyik".
Deputat dedi ki, çox qısa zamanda Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq: “Xankəndində, Əsgəranda, Xocalıda, Xocavəndə, keçmiş Ağdərədə-indiki Tərtər ərazisində yaşayan 25 minə yaxın ermənilər, ayağı tutan hər kəs Azərbaycan ərazilərindən çıxacaq. Buna tam əminəm. Ola bilsin ki, maksimum şəkildə 2-3 min erməni qalsın. Onlar da əldən-ayaqdan tutmuş insanlar olacaq. Normal şəkildə Azərbaycan vətəndaşlığını qəbul etsələr, qalan 5-10 illik ömürlərini rahat şəkildə yaşayacaqlar. Beləliklə, ərazilərimiz bu murdarlardan tamamilə təmizlənəcək”.

Kanal4.az
Emin Xuduyev.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01