Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

İşğaldan azad edilmiş ərazilər “Ağıllı kənd və şəhər” və “Yaşıl enerji zonası” konsepsiyaları əsasında yenidən qurulacaqdır

2021-07-08 14:22:21 401 baxış
Xəbər şəkil

 

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən Vətən Müharibəsi ölkəmizin hərbi-siyasi və diplomatik qələbəsi ilə yekunlaşdı.

Düşmənin “məğlubedilməz ordu” kimi illərlə formalaşdırdığı mif rəşadətli Azərbaycan ordusu önündə sabun köpüyü kimi dağıldı. Düşmən tapdağı altında inildəyən vətən torpaqları xilaskar Azərbaycan ordusuna qucaq açdı, həqiqi sahiblərinə qovuşdu.

Lakin uzun dövrü əhatə edən bu otuz illik işğal müddətində torpaqlarımız mənfur düşmən tərəfindən vəhşicəsinə talan edilmiş, şəhər və kəndlərimiz viran qoyulmuş, zəruri infrasturuktur sahələri tamamilə dağıdılmış, xalqımıza məxsus tarixi, mədəni və dini abidələrimiz yerlə-yeksan edilmişdir. Bölgənin iqtisadiyyatına və ekoloji mühitinə əhəmiyyətli dərəcədə ziyan dəymişdir.

Bu isə azad edilmiş ərazilərdə böyük qayıdışın və daimi məskulaşmanın həyata keçirilməsində xeyli çətinliklər yaradır. Bu mənada əvvəl mövcud olmuş zəruri infrasturuktur sahələrinin yenidən və daha müasir şəkildə qurulması ərazidə köklü və geniş bərpa və quruculuq işlərinin həyata keçirilməsini, yüksək məbləğdə maliyyə vəsaitinin cəlbini tələb edir. Lakin dövlətimizin bu istiqamətdə sərgilədiyi qəti siyasi iradə və ölkəmizin davamlı artan iqtisadi-maliyyə imkanları regionun dirçəliş prosesini daha sürətli şəkildə aparmağa və bütün tədbirlərin zamanında yekunlaşacağına böyük ümid və imkanlar yaradır.

Bunun göstəricisidir ki, bu gün artıq işğaldan azad edilmiş vətən torpaqlarında genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılmışdır. Bütün bu görülən işlər isə dövlət başçısının daim diqqət mərkəzindədir. Onun qətiyyətli qərarları, müdrik və uzaqgörən siyasəti nəticəsində regionda həyata keçirilməsi planlaşdırılan mühüm istiqamətlər müəyyənləşdirilir, regionun inkişafı naminə lazımi addımlar atılır.

Ölkə başçısı cənab İlham Əliyevin 2303 nömrəli, 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır.

Qərargah işğaldan azad edilmiş ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat və rabitə infrastrukturunun qurulması, müasir çağırışlarla uzlaşan yüksək texnologiyaların tətbiqi, o cümlədən həmin ərazilərdə nəqliyyatın bütün növlərindən rahat və təhlükəsiz istifadə olunması, tranzit nəqliyyat əlaqələrinin bərpası və bu sahədə regional əməkdaşlığın genişləndirilməsi, magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümum istifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında telefon, internet, radio-televiziya yayımı, poçt xidmətlərinin göstərilməsi, həmçinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi məsələlərinin təmin edilməsi üzərində çalışır.

Məqsəd ölkə başçısı tərəfindən verilən tapşırıqlar əsasında, işğaldan azad edilən ərazilərə kütləvi qayıdış və daimi məskunlaşma tədbirləri çərçivəsində görüləcək quruculuq, bərpa işləri və ərazilərin dayanıqlı inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirmək, gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla vəzifələri icra etməkdir.

Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi tərtib edilmişdir. Proqramın əsas məqsədi: bölgədə iqtisadi, sosial və ekoloji ünsürlərin harmonik inkişafını sürətləndirəcək ərazilərin davamlı və tarazlı tərəqqisinin təmin olunması, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, iqtisadi cəhətdən layiqli yaşayış şəraitinin yaradılması ilə konfliktsonrası reabilitasiyanın mühüm hissəsi olan əhalinin repatriasiyası, dövlət xərclərinin azaldılması məqsədilə bərpa prosesinə özəl sektorun investisiyaları cəlb edilməsi, habelə dövlət və özəl sektor tərəfdaşlığından geniş istifadə olunması, ərazilərin bərpası prosesinin yerli istehsala tələb yaratması və iqtisadi artımı stimullaşdırılması, işğaldan azad edilmiş ərazilərin təhlükəsizlik məsələləri, infrasturuktur təminatı və iqtisadi potensialı nəzərə alınmaqla yenidən qurulması və bərpası, yüksək standartlara cavab verən sosial rifahın əldə edilməsi, təbii resursların effektiv istifadəsi, ətraf mühitin etibarlı mühafizəsinə əsaslanan ekoloji təhlükəsizlik sisteminin formalaşdırılması üçün əlverişli mühitin yaradılması təşkil edir.

Dövlət proqramının 2021-2025-ci illər üzrə Tədbirlər planında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə aidiyyəti qurumlarla birlikdə görülməsi nəzərdə tutulan tədbirlər aşağıdakı kimi təsnifləşdirilir:

- Əhalinin enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən (günəş enerjisi, külək enerjisi, geotermal enerji, bioenerji, biokütlə və s.) istifadə perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi üzrə təkliflərin hazırlanması;

- Mövcud hidroenerji infrasturukturun bərpası və ya yenidən qurulması məqsədilə hidroenerji potensialın qiymətləndirilməsi üzrə təkliflərin verilməsi;

- İşğaldan azad edilmiş ərazilər üzrə elektrik enerjisinin istehsalı üçün günəş və külək elektrik stansiyalarının tikintisi;

- İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin mövcud potensialının ölçülməsi və ərazilərin enerji xəritələrinin tərtib edilməsi.

Dövlət Proqramı çərçivəsində yerinə yetiriləcək vəzifələrdən biri də “yaşıl enerji zonası” və “ağıllı” konsepsiyası əsasında yeni müasir şəhərlərin qurulmasıdır. Bu məqsədlə aidiyyəti qurumlarla birlikdə görülməsi nəzərdə tutulan tədbirlər aşağıdakı kimi təsnifləşdirilir:

- Müasir texnologiyalara əsaslanan infrasturuktur sisteminə malik “Ağıllı kənd” layihələrinin hazırlanması və tikinti üzrə tədbirlərin görülməsi;

- “Yaşıl məkan” konsepsiyasının reallaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi və “Yaşıl şəhər”lərin yaradılması;

- “Ağıllı şəhər” konsepsiyasının pilot olaraq tətbiqi və innovativ həll üsulları ilə keyfiyyətli xidmətlərin göstərilməsi.

Ölkə ərazisində inzibati rayonlara bölünmə ilə yanaşı, iqtisadi rayonlaşdırma da mövcuddur ki, bu da idarəetmənin səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Respublikası ərazisi on iqtisadi regiona bölünmüşdür ki, işğaldan azad edilmiş ərazilər bu iqtisadi regionların ikisində təmsil olunur. Yuxarı Qarabağ iqtisadi regionuna yeddi inzibati rayon – Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Füzuli və Cəbrayıl rayonları, habelə Xankəndi şəhəri daxildir. Kəlbəcər-Laçın iqtisadi regionuna isə dörd inzibati rayon – Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları daxildir.

Onu da nəzərə almaq lazımdır ki, ölkəmiz regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə dair 2004-2023-cü illəri əhatə edən ümumilikdə dörd Dövlət Proqramının hazırlanması və icrası üzrə böyük təcrübəyə malikdir. Bu mənada, bu Dövlət

Proqramlarının tərtibi və tətbiqi zamanı qazanılan uğurlu təcrübə yuxarıda qeyd olunan Dövlət Proqramının təkmil hazırlanmasına və onun tətbiqinə öz töhfəsini verəcəkdir. Bu isə nəticədə azad edilən ərazilərdə mövcud potensialdan səmərəli istifadə olunması, bu ərazilərdə ölkənin digər bölgələrində olduğu kimi innovasiyalara əsaslanan istehsalat və xidmət sahələrinin dəyər zəncirinin bütün həlqələrinin inkişaf etdirərək, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafının təmin edilməsi, yaşıl iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, ölkənin qeyri-neft sektorunun inkişafında azad edilmiş ərazilərin rolunun və əhəmiyyətinin artırılması və nəhayət məskunlaşma zamanı əhalinin məşğulluq və gəlir əldə etmə imkanları, sosial şəraitinin yaxşılaşdırılması təmin ediləcəkdir. Onu da qeyd etmək lazımdır ki, 2004-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxıl olan rayonlar dövlətin daim diqqət mərkəzində olmuşdur.

Ölkənin ərazi bütövlüyünün təmin edilməsinin mühüm şərtlərindən biri də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı iqtisadi quruculuq işlərinin aparılması və bu ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasını təmin etməkdən ibarətdir.Bu məqsədlə 29 dekabr 2020-ci il tarixli №233-VIQ nömrəli “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqında” Qanuna əsasən işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) üçün 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Həmçinin 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ə əsasən “İşğaldan azad edilən ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı konsepsiya” qəbul ediləcəkdir.

Konsepsiya çərçivəsində dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investisiyaların cəlb edilməsi ilə işğaldan azad edilən ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritet olacaqdır.

Göstərilənləri nəzərə alaraq, ortamüddətli dövrdə ölkəmizdə işğaldan azad edilən ərazilərin bərpası, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi siyasətinin aşağıdakı prioritet istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- işğaldan azad edilən ərazilərdə kommunal, iqtisadi və sosial infrastrukturun qurulması;

- işğaldan azad edilən inzibati rayon mərkəzlərində və kəndlərdə yaşayış binalarının və evlərin tikintisi və əhalinin məskunlaşmasının təmin edilməsi;

- həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi və s.

Həmçinin Prezident İlham Əliyev 04 yanvar 2021-ci il tarixdə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artımının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında 1243 nömrəli Fərman imzalamışdır.

Fərmana əsasən Fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Beləliklə, Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada və dövlət-özəl tərəfdaşlığı ilə görüləcək işlər nəticəsində ərazilər tamamilə yenidən qurulacaq, yeni infrastruktur sahələri yaradılacaq, müasir dövrün tələblərinə cavab verə biləcək şəkildə yaşıl kənd, qəsəbə və şəhərlər salınacaq, qaçqın və məcburi köçkünlər öz tarixi torpaqlarına qayıdacaq, bölgədə rahat və təhlükəsizlik həyat təmin ediləcəkdir. Dirçəliş prosesində yeni iş yerləri açılaraq məşğulluq təmin ediləcəkdir. Bütün bunlar ümumilikdə ölkənin sürətli inkişafına nail olunmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Ən başlıcası isə işğaldan azad edilmiş ərazilərin bərpası, eyni zamanda regionun sosial-iqtisadi vəziyyətinin dirçəldilməsi istiqamətində görülmüş bütün bu tədbirlər, ölkəmizin yüksək iqtisadi potensialının və qətiyyətli siyasi iradənin mövcudluğunun göstəricisidir.



Müəllif: Coşqun MƏMMƏDOV
AMEA Rəyasət Heyəti
Vitse-prezidentin xidmətində
Elmi katib

Azərbaycan Respublikasının Milli Məclisi
Deputat köməkçisi (i.ə.)





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01