Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək

2021-07-05 08:45:49 317 baxış
Xəbər şəkil

Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin əsas istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Xüsusilə texnoparkların və sənaye zonalarının yaradılması sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artmaqda davam edir.

Bunu Kanal4.az-a Açıqlamasında Milli Məclisin Deputatı Anar Məmmədov Bildirib.

Onu vurğulamaq lazımdır ki, əlverişli coğrafi mövqeyə və təbii iqlim şəraitinə, zəngin təbii sərvətlərə, kifayət qədər əmək resurslarına, inkişaf etmiş beynəlxalq əhəmiyyətli su, hava, dəmir yoluna, özünəməxsus istehsal potensialına malik Azərbaycan dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunur. Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Qloballaşmanın tələblərinə, pandemiyanın dünyada yaratdığı böyük  maliyyə çətinliklərinə, hazırkı beynəlxalq iqtisadi sistemin xüsusiyyətlərinə diqqət etdikdə aydın olur ki, heç bir ölkə dünya iqtisadi birliyindən kənarda uğurla inkişaf edə bilmir. Düzgün müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi nəticəsində Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsi, Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi respublikamızın Avrasiyanın regional mərkəzinə çevrilməsinə, qloballaşma prosesləri baxımından onun həm regional, həm də beynəlxalq layihələrdə rolunu və əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin iyulun 1-də təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək. Çünki Prezident İlham Əliyev də çıxışlarında azad iqtisadi zonaların ölkələrin ticarət dövriyyəsinə müsbət təsirindən söz açaraq bildirib ki, bu iqtisadi əlaqə ölkələri və xalqları daha da yaxınlaşdırır, dostluq münasibətləri yaradır və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. İndiyədək azad iqtisadi zonalar mövcud olduqları ölkələrdə iqtisadi inkişafa böyük töhfələr verib. Azərbaycanın da bu təcrübədən istifadə etməsi, şübhəsiz ki, ölkəmizə yeni uğurlar qazandıracaq. Ələt Azad İqtisadi Zonasının yüksək səviyyədə fəaliyyət göstərməsi üçün ölkəmizdə lazım olan bütün imkanlar mövcuddur. 

Ümumi sahəsi 850 hektarı əhatə edən zonanın 60 hektarında layihələndirmə işləri tamamlanıb və inşaat işlərinə başlanılıb. Burada investorların fəaliyyətə başlaması üçün lazım olan bütün zəruri infrastruktur yaradılacaq. Azərbaycanın dünya birliyində ən uğurlu gənc dövlət kimi qəbul olunması, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyə sahib olması dünya miqyasında çox böyük nailiyyətdir. Bütün bu şərtlər Ələt Azad İqtisadi Zonasının qısa zaman ərzində investorları qəbul etməyə hazır olduğunu göstərir. 

Ələt Azad İqtisadi Zonasının fəaliyyət başlaması ölkəmizdə iqtisadi inkişafa təkan verməklə yanaşı, sosial məsələlərin həllinə də geniş imkanlar açacaq. İlkin hesablamalara görə, bu iqtisadi zonada 10 min yeni iş yeri açılacaq. Belə hal insanların gəlir əldə etməsinə və öz güzəranlarını yaxşılaşdırmağa imkan verəcək. 

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ələt Azad İqtisadi Zonasının ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb”.

İndi əsas vəzifə təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir.

Kanal4.az

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01