Silahlı Qüvvələr günündə Salyanda Vətən müharibəsində şəhid olanların ailəsinə və müharibə iştirakçılarına orden və medallar təqdim olunub-FOTO
Vətən müharibəsi başlanan gündən ölkəmizin hər yerində olduğu kimi yüzlərlə, minlərlə salyanlı əlinə silah aldı. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azadlığı uğrunda cəng savaşına girdi. 44 günlük ölüm-dirim savaşında düşmən tapdağı altında inildəyən torpaqlarımız azad edildi. Tarixi Zəfər qələbəsi çalındı. Bu şanlı qələbədə şəhidlərimiz də oldu, qazilərimiz də. İlk dəfə olaraq rayonda Silahlı Qüvvələr günü salyanlılar da xalqımızın qalib övladları kimi qeyd etdilər. Öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımızın xatirəsi dərin ehtiramla yad edildi. Mərd, mətn oğullarımızın bu haqq, ədalət savaşında onların şücaətindən, düşmənin rüsvayçı məğlubiyyətində söz açdılar. Sonra ölkə başçısı, Ali baş komandanın sərəncamı ilə döyüşlərdə fərqlənən şəhid və müharibə iştirakçılarınınn orden və medalları təqdim olundu.
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsində Salyan rayonu 59 şəhid verib. 200 nəfərdən çox yaralısı olub. Silahlı Qüvvələr günündə orden və medallar 125 şəhid valideyinlərinə və müharibə iştirakçılarına təqdim olunub.






