Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir

2021-06-18 15:23:46 218 baxış
Xəbər şəkil

 Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 28 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bu tarix milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Dahi şəxsiyyətin xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Həyatın bütün sahələrində islahatlar keçirərək, həm daxili, həm də xarici siyasətdə mühüm layihələrə başlayaraq Ulu Öndər ölkəni parçalanmaq və siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir və bununla ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir.

Məlumdur ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına, dövlət müstəqilliyinə nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Məhz Ulu Öndər hakimiyyətə gələnədək hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün apardığı daxili intriqalar, siyasi hərc-mərclik, öz maraqlarını hətta dövlətin maraqlarından üstün tutaraq atdıqları addımlar nəticəsində ölkəmiz məhv olmaq təhlükəsi ilə üzbəüz qalmışdı. Onların satqınlıqlarından istifadə edən düşmənin məkrli planları və təcavüzü nəticəsində ərazimizin bir hissəsi işğal edilmiş, habelə daxildə parçalanmalar başlanmışdı. Təbii ki, istər zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr belə davam edə bilməz. Xalq ayağa qalxaraq öz xilaskarına- ulu öndər Heydər Əliyevə üz tutdu. Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Beləliklə, 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya gəldi, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. O gün həqiqətən də Azərbaycanın taleyində dönüş günü idi, böyük qurtuluşa doğru atılan mühüm addım idi. 28 il əvvəl, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Əgər Heydər Əliyev o məqamda Azərbaycan rəhbərliyinə gəlməsəydi, bu gün Azərbaycan adlı bir dövlətin dünya siyasi xəritəsində mövcudluğundan belə söhbət gedə bilməzdi. Ona görə də 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.

Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək önəm verdi. Bunun üçündə İctimai-siyasi sabitliyi pozan qeyri-leqal silahlı birləşmələr ləğv edildi və dərhal nizami ordu quruculuğu istiqamətində işlərə start verildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Ölkənin nəinki ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, eyni zamanda, beynəlxalq əlaqələrin genişlənməsində də əhəmiyyətli addımlar atıldı. Bu məqsədlə 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı ki, bu da yeni neft strategiyasının həyata keçirilməsi üçün başlanğıc oldu. Məhz daxildə ictimai-siyasi sabitliyin bərqərar edilməsinin nəticəsi idi ki, xarici investorlar ölkənin neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırmağa başladılar ki, bu da Azərbaycanın yenidən dirçəldilməsində əhəmiyyətli rol oynadı. İqtisadi sahədə islahatlar davam etdirilir, torpaqlar kəndlilərin mülkiyyətinə verilirdi. Beləliklə də, hər iki cinahda, daxili və xarici siyasətdə olduqca mahir siyasət yürüdən bu xalq adamı haqlı olaraq da Azərbaycanın xalqının ümummilli lideri, Ulu Öndəri titulunu tam haqlı olaraq əldə etdi.

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Fond Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Hazırda Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Beləliklə, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçiliyinə gəldikdən sonra xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub. Azərbaycanın bugünkü uğurları Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir.

Məhərrəmli Aytac Fərhad qızı.

YAP Səbail rayon təşkilatının məsləhətçisi.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01