Bu gün bir daha şərəfli tarixə şahidlik edirik.
Milli qurtuluşdan başlanan bu şərəfli yolda bu gün zaman bir daha unudulmaz anlara şahidlik edərək şərəfli səhifələrini tarixə həkk edəcək.
Azad olunan Qarabağımızda, azad olunan torpaqlarımızda bu gün qardaşılığın birliyi, qardaşlığın gücü, qardaşlığın sevgisi höküm sürəcək. Çün ki, Azərbaycan və Türkiyə prezidentləri Şuşadadır. İki qardaş vüqarlı bir dağ kimi yana-yana, çiyin-çiyinə zirvədə dayanıblar!
Bir millət - iki dövlət prinsipi Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini təmin edir. Və bu qardaşlıq hələ çox zəfərlərə imza atacaqdır. Bu sözləri qürur duyaraq yazmaqımın özü belə mənim üçün ən böyük fəxr hissdir. Bir daha fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bu tarixə şahidlik etdiyim üçün böyük sevinc hissi yaşayıram.. Yaşa Şanlı Azərbaycan, bütöv Azərbaycan ! Yaşa Qardaş Türkiyə!🇹🇷🇦🇿
Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə.
Kanal4.az
Emin Xuduyev
