Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Millət Vəkili FƏZAİL AĞAMALI: ŞUŞA DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN YARADILMASINI TƏKLİF ETDİ

2021-05-27 13:49:38 517 baxış
Xəbər şəkil

 

 

 

 

 

Bu gün Milli Məclisin (MM) növbəti iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyində 15 məsələ var və həmin məsələlər bunlardır:

1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 

2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 

4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 7. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 

10. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 12. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).14. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

MM-in növbəti iclası isə mayın 31-də olacaq və bununla da yaz sessiyasına yekun vurulacaq.

 

MM-in iclası başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

İclas cari məsələlərin müzakirəsi olmadan öz işini davam etdirir.

 

İclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin (ikinci oxunuş) müzakirəsinə başlanılıb.

Qanun layihəsi barədə MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın qısa məlumatı dinlənilib.

MM-in Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Şuşaya “Qəhrəman şəhər” adının verilməsini təklif erdib.

O, eyni zamanda, erməni vəhşiliklərinə məruz qalmış Şuşada “Hərbi Qənimətlər Parkı”nın bənzərinin, oxşarının yaradılması təklifini irəli sürüb.

Həmçinin, bildirib ki, erməni vəhşiliklərini dünyaya nümayiş etdirmək üçün Bülbülün ev muzeyinin bir hissəsinin təmiri dayandırılmalıdır.

“Qoy bütün dünya görsün ki, ermənilər hansı vəhşiliklər törədiblər”.

 

Millət vəkili Aydın Mirzəzadə Şuşanın ərazisinin genişləndirilməsinin vacib olduğunu bildirib.

Qeyd edib ki, görülən işlərin, nəzərdə tutulan tədbirlərin miqyası bunu zəruri edir.

Millət vəkili eyni zamanda, Şuşada Şuşa Dövlət Konservatoriyasının yaradılması təklifini irəli sürüb.

 

MM-in İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı təklif edib ki, Şuşada Dövlət Mədəniyyət və İncəsənət Universiteti yaradılsın və təşkil edilsin.

Millət vəkili həmçinin, Şuşada “Xatirə-memorial kompleksi”nin yaradılması təklifi ilə çıxış edib.

11:35

***

Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi başlanılıb.

Layihə haqqında MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

12:05

***

“Müharibə şəraiti, döyüşün maliyyələşdirilməsi, şəhid ailələri və qazilər üçün həssaslıq dövlət büdcəsi qarşısında vacib məsələlərdən biri olub”-deyən komitə sədri bildirib ki, bununla yanaşı, bir sıra xərclərin dövlət büdcəsində icrası 99,1 %-ə çatıb:

“Pandemiya səbəbindən iqtisadi aktivlik, əhalinin hərəkəti məhdudlaşdırılıb. Son 5 ildə sosalyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 5 dəfə artıb. Ölkədə koronavirus pandemiyası ilə mübarizədə 2 milyard manata yaxın vəsaitin icrası təmin edilib”.

Onun gözlərinə görə, 2020-ci il dövlət büdcəsinin icrası zamanı bəzi çatışmazlıqlar müəyyən edilib:

“Komitədə aparılan təhlillər o qənaətə gəlməyə imkan verir ki, “Büdcə sistemi haqqında qanun”un təkmilləşməsinə ehtiyac var. Yaxud bununla bağlı yeni qanunun qəbulu daha çevik qərarların qəbul edilməsin səbəb ola bilər. Dünyada son zamanlar böhranlı durumların baş verməsi bu sahədə yeniliklərin təkmilləşməsini tələb edir”.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin ən müasir döyüş taktikasının tətbiqi və rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 illik işğala son qoyulub, ölkəmizin və Qarabağın həyatında şanlı səhifə açılıb”.

Bunu isə Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bununla bərabər ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb:

“Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır. Qeyd olunan proseslər iqtisadiyyata mənfi təsir göstərib. Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.

Sonra “Ötən il Prezident İlham Əliyevin tapşırığı əsasında kompleks sosial tədbirlər proqramı hazırlanıb”-deyən nazir qeyd edib ki, yaranmış vəziyyətə uyğun yeni xərclər maliyyələşdirilib:

“Gəlirlərin azalması Dövlət Neft Fondundan transfertin məbləğinin artırılması ilə tənzimlənib. Hesabat ilində götürülmüş bütün sosial öhdəliklər tam yerinə yetirilib. Eyni zamanda, pandemiyadan zərərçəkən sahələrin dəstəklənməsi nəticəsində pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub. Pandemiyaya baxmayaraq, ordu quruculuğu, təhlükəsizlik xərcləri təmin olunub. Manatın məzənnəsinin sabitliyi qorunub.

Pandemiyanın dünya iqtisadiyyatına təsirlərini göstərdiyi ilk aylarda Azərbaycanın valyuta bazarında gərginlik yaşanırdı. Azərbaycan dövlətinin 2020-ci il ərzində pandemiya ilə mübarizə sahəsində atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən də izlənir. Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin bu sahədə gördüyü tədbirlərin mühüm rolunu vurğulayıb və hökumətin keçirdiyi tədbirləri çevik və adekvat qiymətləndirib”.

 

Etikxeber.az





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01