Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Rəşad Cəbraylov: “Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri vahid bayraq altında birləşib”

2021-05-17 08:09:47 800 baxış
Xəbər şəkil
 
“Otuz ilə yaxın müddət ərzində işğal altında olan bütün digər ərazilərimiz kimi, qədim Azərbaycan şəhəri olan Şuşa da dağıdılmış, talan edilmiş erməni vandalizminin əsiri olmuşdu. Lakin bu gün artıq tarixi ədalət bərpa olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əlıdə olunmuş tarixi Qələbə sayəsində işğal altında olan torpaqlar əsl sahibinə qayıdıb. Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Lakin bu bərpa işləri təkcə dağıdılmış bina və tikililərin, tarixi və mədəni abidələrin bərpasını nəzərdə tutmur. Artıq tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpası da böyük coşqu ilə həyata keçirilir. May ayının 12-13-də Şuşanın hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Cıdır düzündə Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı da bu ənənələrimizin bərpası istiqamətində atılmış ilk möhtəşəm addım oldu.” Bu sözləri mətbuata açıqlamasında YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbraylov deyib.

Hakim partiyanın təmsilçisi vurğulayıb ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması da Azərbaycana tarixi Qələbəni öz qanları bahasına qazandırmış qəhrəman Vətən övladlarının hər zaman xalqımızın qəlbində yaşayacaqlarını bir daha nümayiş etdirdi: “Keçən ilin sentyabr ayının 27-də Azərbaycan Ermənistanın ardı-arası kəsilməyən təxribatlarına birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm Qələbə qazandı, işğalçıları qədim torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda müqəddəs üçrəngli bayrağını ucaltdı. Hərbi əməliyyatların davam etdiyi 44 günün hər biri Azərbaycan xalqının, Azərbaycan Ordusunun qəhrəmanlıq dastanı oldu. Bu müddət ərzində 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi. Lakin Şuşanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Şanlı ordumuzun qəhrəman döyüşçüləri sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdilər. Baxmayaraq ki, işğalçılar hərbçilərimizə qarşı tanklardan, toplardan atəş açırdılar. Qəhrəman əsgərlərimizi öz qanları, canları bahasına Qələbəni təmin etdilər. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və bu aktın şətlərinə əsasən Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana geri qaytarıldı. Buna görə də Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi olaraq Zəfər bayramı günü elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə görə öz şəhidlərinə, qazilərinə və igid əsgərlərinə borcludur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan sonra Şuşada keçirilən ilk “Xarıbülbül” musiqi festivalının məhz şəhidlərimizin əziz xatirəsinə həsr olunması da bu qəhrəman Vətən övladlarının hər zaman xalqımızın qəlbində yaşayacaqlarının daha bir sübutudur.”

Daha sonra Rəşad Cəbrayılov qeyd edib ki, “Xarıbülbül” festivalı həm də Azərbaycanda tolerantlığın ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya möhtəşəm nümayişi idi. YAP Salyan rayon təşkilatının sədri bildirib ki, festivalın ikinci günü Azərbaycanda yaşayan müxtəlif millətlərin musiqisinin, mədəniyyət nümunələrinin məhz həmin millətlərin təmsilçiləri tərəfindən təqdim olunması ölkəmizdə multikultiralizmin əsl təntənəsi oldu: “Məlum olduğu kimi, Ermənistanın bütün təbliğat qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini və etnik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Lakin 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün millət və xalqların, etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək bir düşmənə qarşı çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da son dərəcə düzgün siyasət olmasını sübut etdi. Möhtərəm dövlət başçımız “Xarıbülbül” festivalının gedişində bir daha bütün dünyaya Şuşadan, qədim torpağımızdan önəmli mesaj verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.” Bəli, bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı Şuşaya qayıdıb və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.”

Kanal4.az

Emin Xuduyev

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01