Günay Ağamalı:Ali Baş Komandan Cənab İlham Əliyev hər bir Azərbaycanlının Milli Qəhrəmanıdır
Dəyərli, soydaşlarım!
44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində istər siyasi, istər beynəlxalq, istərsə də hərbi sahələrdə müstəsna xidmətləri olan Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyev xalqımıza verdiyi Zəfər sevinci, yaşatdığı qürur hissi ilə hər bir Azərbaycanlının yaddaşında və qəlbində əbədi kök salmışdır.
Xarıbülbül Musiqi Festivalını izləyib göz yaşlarına hakim olmaq mümkünsüzdür. 30 ilin həsrətini, diləyini gerçəyə çevirən Ali Baş Komandan Cənab İlham Əliyev hər bir Azərbaycanlının Milli Qəhrəmanıdır. O, Xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi. Ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin Xilaskarlıq missiyasını əbədiləşdirilmək və rəsmiləşdirilmək üçün sosial şəbəkə dostlarımı #XilaskarAliBaşKomandanİlhamƏliyev xəşteqinə (#) start verdiyim kampaniyada fəal iştiraka dəvət edirəm. Cənab Prezident, Ali Baş Komandanımıza Xilaskar adının verilməsi üçün səylərimizi birləşdirək və bunu ictimai rəydə həlledici motivə cevirək.
Günay Ağamalı,
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, Ana Vətən Partiyası Qadınlar Şurasının sədri.
13 May 2021 – ci il.