Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Heydər Əliyev ideyalarının Zəfəri

2021-05-09 21:16:03 279 baxış
Xəbər şəkil

Hadisələrə ən böyük dəyəri zaman özü verir. Bu il dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının 30 illiyi qeyd ediləcək. 30 il zaman baxımından qısa olsa da, uğurların zənginliyi baxımından sanki 100 ilə bərabər yol keçilib. Bu uğurların zirvəsində 30 ilin işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, ədalətin bərpası dayanır. Təbii ki, bu uğurumuz da öz növbəsində Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünə, gənclərimizin vətənpərvərlik hisslərinin, torpaq sevgisinin böyüklüyünə, texnoloji proseslərin inkişafına əsaslanır. 

Azərbaycanın bugünündən sabahına, müstəqilliyimizin ilk illərinə baxdıqca müstəqillik yolumuzun heç də hamar olmadığını görürük. Azərbaycanın XX əsrin əvvəllərində qazandığı müstəqilliyin ömrü obyektiv səbəblərdən qısa olsa da, bu, xalqımızın istəklərinə mane olmadı, əkəsinə, müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək, müstəqil dövlət kimi dünyaya özünü təqdim etmək arzuları daha da alovlandı və nəhayət, 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının imzalanması ilə dövlət müstəqilliyimiz yenidən bərpa edildi. Bu, xalqımız üçün böyük sevinc, xoşbəxtlik idi.

1992-ci ilin noyabr ayının da gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdığı səbəbsiz qeyd edilmir. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Həmin dövrdə xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətində dövrün reallıqları daha geniş şəkildə əksini tapmışdır. Belə çətin vəziyyətdə Azərbaycanı xilas edəcək yeganə şəxsin Heydər Əliyev olduğu bildirilirdi. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, belə bir partiya yarandığı təqdirdə Azərbaycanın demokratik inkişafına böyük töhfə verə biləcəyini, bu partiya yaranarsa ona rəhbərlik etməyə hazır olduğunu bildirmişdir. Beləliklə, 1992-ci il noyabrın 21-i Azərbaycanın tarixinə çox mühüm hadisə kimi yazıldı. 1992-ci il noyabr ayının 21 -də təsis konfransını müxtəlif regonlardan olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda milyonların partiyasına çevrildi. Hazırda sıralarında 760 mindən artıq üzvü birləşdirir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Artıq həm ölkəmizin, həm Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin əsası qoyuldu.

Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev yolu Azərbaynı bu bəlalardan xilas etdi. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin əsas rol oynadığını önə çəkən ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verdi. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişi imzalandı. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurları göz önündədir. Azərbaycan enerjl layihələrinin uğurlu icrası ilə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı.

Müharibə şəraitində yaşayan ölkə üçün diplomatik mübarizədə qələbə, eyni zamanda ordu quruculuğu xüsusi rol oynayır. Azərbaycan diplomatiyası uzun illərdir erməni yalanlarının ifşası istiqamətində ciddi addımlar atır və müsbət nəticələr əldə edilib. Baxmayaraq ki, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradılmışdır, bu sənədlər illərdir kağız üzərində saralır.

1993-2003-cü illəri tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazan Azərbaycan Heydər Əliyev yolunun işığında daha böyük uğurlara imza atır, zirvələri fəth edir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edilən Heydər Əliyev ideyaları yeni prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Əbəs yerə deyilmir ki, müasir müstəqil Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır. 

Xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verərək, cənab İlham Əliyevi Prezident seçdi. Dövlətimizin başçısı andiçmə mərasimində bir daha bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 17 ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. "Şuşasız bizim işimiz yarımçıq olar" söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi.

Qısa təhlil Heydər Əliyev siyasətinin uğurlarının miqyasının nə qədər geniş olduğunu nümayiş etdirir. Azərbaycan daim möhkəm təməl üzərində qurulan binaya bənzədilir. Binanın mərtəbələrinin sayı artdıqca möhtəşəmliyi daha aydın görünür. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və son 17 ili Azərbaycanın çoxəsrlik tarixinə qələbələr ili kimi yazıb.

Ağalar Vəliyev,

Milli Məclisin deputatı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01