Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

"Dövlət siyasətimiz, həyat tərzimiz tolerantlığa, multikulturalizmə əsaslanır" MƏQALƏ

2021-05-09 18:46:01 1290 baxış
Xəbər şəkil

"Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir".

İlham Əliyev

Azərbaycan multikulturalizmin, tolerantlığın məkanıdır. Biz bunu hələ tarixən Azərbaycanda yaşadıb qoruyaraq bu günümüzə qədər gətirib çıxarmışıq. Dünyanın özünü sivil, demokratik hesab edən bir sıra dövlətlərində hələ də irqçilik, başqa mədəniyyətlərə, başqa dinlərə dözümsüzlük göstərildiyi halda Azərbaycan dünyaya nümunə olan bir multikulturalist siyasət yürüdür. Bu Azərbaycanda tarixdən süzülüb gələn bir ənənə, dövlətin yürütdüyü və ciddi-cəhdlə qoruduğu siyasət, xalqın bir yaşam tərzidir. "Azərbaycan dünyada multikulturalizmin ən mühüm ünvanlarından birinə çevrilmişdir" deyən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətdə Azərbaycanda yaşayan hər bir xalq dəstəklənir və onlara məxsus mədəniyyətin qayğısına qalır.

Tarixən vətənimizdə müxtəlif etnik qruplar yaşamışdır. Bu gün də Azərbaycanda yəhudi, talış, ləzgi, avar, udi və başqaları yaşayır. Onları Azərbaycana bağlayan vətən anlayışıdır. Bura onların doğma vətəni, doğma yurdlarıdır. Azərbaycanlıların onlarla eyni eyni şəhərdə, bir kənddə, qonşuluqda əsrlərlə sülh şəraitində, mehribanlıqla yaşaması xalqımıza məxsus böyük bir multikulturalist mədəniyyətdən, tolerant düşüncədən xəbər verir. Bütün bu xalqları bir məkan, bir vətən bağlayır: o da Azərbaycandır!

Vətənimizdə yaşayan azsaylı xalqların Azərbaycan üçün fədakarlığı da unudulmazdır. Həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində bu xalqların nümayəndələri də qəhrəmanlıqla iştirak etdilər, torpaq nisgilimiz bitsin deyə doğma vətənimiz naminə şəhid də oldular. Çünki bu ölkədə hamı üçün bir vətən anlayışı var: o da Azərbaycandır!

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udi də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. "Azərbaycan" sözü həmişə bizi birləşdirib".

Azsaylı xalqların Azərbaycanda yaşaya bilmələrinin əsas səbəbi odur ki, onların özünəməxsus mədəniyyətləri, adət-ənənələri, dinləri heç vaxt təqib olunmayıb, dövlət və xalq tərəfindən qorunub, dəstəklənib. Xüsusilə də onların dini abidələri bərpa olunub, qorunub. Sinaqoqlar, kilsələr, məscidlər dini mənəviyyatımızın məbədləri kimi dövlət tərəfindən qorunur. Azərbaycanın paytaxtında ermənilərə məxsus kilsələrin saxlanılması, onun içində erməni dilindəki kitabların olması dövlətimizin tolerant dəyərinin ən yüksək şəkildə olmasını sübut edir. Bu nə dünya tarixində, nə də dünya mədəniyyətində görünməmişdir. Halbuki, biz öz mənəvi irsimizə qarşı, dini abidələrimizə qarşı düşmən tərəfindən daim zərbə və dağıntı görmüşük. Tolerantlığı ən bariz şəkildə Prezidentimiz belə vurğulayıb: "Rus provaslav kilsələləri, sinaqoqlar, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidləri mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş torpaqlarda dağıdılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Bizim mülki erməni xalqı ilə heç bir problemimiz yoxdur".

Həm möhtərəm Prezidentimiz İlham Əliyevin, həm də Ulu Öndər Heydər Əliyevin hakimiyyəti zamanı tolerant dəyərlərlə multikulturalizm siyasəti bir ənənə kimi qorunub və bir siyasət kimi layiqincə yürüdülmüşdür. "Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm bizim həyat tərzimizdir" deyən Prezidentimiz İlham Əliyev həmçinin özünün sadiq qaldığı İslami dəyərləri hər zaman üstün tutmuşdur. Həcc ziyarətindən gətirdiyi özünəməxsus Qurani Kərim kitabının Ağdam azad olunduqdan sonra ordakı məscidə bağışlaması, həmin müqəddəs məkanlara ailəsi ilə ayaqyalın girməsi, həmin abidələrin ermənilər tərəfindən dağıdılmasına daim hiddətlənən prezidentimiz İslami dəyərlərin yaşaması və möhkəmlənməsi üçün bir çox işlər görmüşdür. Dünyanın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin bərpası, möhtəşəm Heydər Məscidinin inşası və bir çox məscidlərin bərpası Prezidentimizin milli-mənəvi irsimizə sadiqliyinin bariz göstəricilərindəndir. "Dinimiz milli-mənəvi sərvətimizdir!" deyən Ulu Öndər Heydər Əliyevin ideya siyasi kursunu bu istiqamətdə də İlham Əliyev layiqli şəkildə davam etdirərək, daha da ali səviyyəyə gətirib çıxarmışdır.

Dünyanın ən qədim məscidlərindən birinə sahib olan, paytaxtında erməni kilsəsini qoruyub saxlayan, Qafqazın ən qədim kilsəsi olan Şəkinin Kiş kəndində yerləşən məbədi tam bərpa edib qoruyan Azərbaycan növbəti qədim abidəsi olan Kəlbəcərin Xudavəng monastırına qovuşması böyük bir sevinc idi. Bu 44 günlük Vətən Müharibəsinin mənəvi dəyərlərimizə bəxş etdiyi böyük tövhə idi. Bu böyük bir qələbə, tarixi ədalətin bərpası idi. İndi o abidə həqiqi sahiblərində - udilərin ixtiyarındadır. Azərbaycan tarixinin istənilən dövrü haqqında geniş biliyə sahib olan möhtərəm Prezidentimiz İlham Əliyev qeyd etmişdir ki, "Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim idi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını, həm də orda aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər".

Bütün saxtakarlığı öz siyasəti və Dəmir Yumruq gücünə aradan qaldıran möhtərəm Prezidentimiz artıq Qarabağda tolerant dəyərlərimizə əsaslanan işlərin aparılmasına, tarixi məbədlərin əvvəlki görünüşünə əsaslanan tam bərpa işlərinə başlanılmışdır. Prezidentimiz "Bizim dini abidələrimiz qorunur və qorunacaq" fikri əməldə yerinə yetirilir.

Dövlət siyasətimiz də, həyat tərzimiz də tolerantlığa, multikulturalizmə əsaslanır.

Şəhrəbanu Ağalarova

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01