Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilib

2021-05-05 15:00:17 191 baxış
Xəbər şəkil

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük sayğı göstərən ölkə başçısı cənab Prezident İlham Əliyev üç erməni hərbçisini ölkəsinə qaytarmaqla bir daha ölkəmizdə təşəkkül tapmış humanizm ənənələrinə həssaslıqla yanaşdığını nümayiş etdirdi.  Nəzərə alsaq ki, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilib, bu baxımdan Azərbaycan bir çox mülki ermənini və hərbçini öz ölkəsinə geri qaytarıb. 

Bunu Kanal4.az-a Açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Bunun əksinə olaraq erməni tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiyanı verməkdən boyun qaçırır. Xatırlatma üçün qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının 2019-cu il iyunun 11-də qəbul edilmiş 2474 saylı qətnaməsi silahlı münaqişələrin bütün tərəflərini onların beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə uyğun olaraq bu praktikaya son qoymağa dəvət edirdi. Həmçinin Təhlükəsizlik Şurası tərəfləri silahlı münaqişədə insanların itməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməyə, itkin düşənlər arasında uşaqların da olduğu hallara xüsusi diqqət yetirməyə, azadlıqdan məhrum edilmiş şəxslərin, o cümlədən hərbi əsirlərin fərdi məlumatlarını qeydiyyata almağa və bu məlumatları bildirməyə çağırırdı. Bunun müqabilində isə Ermənistan torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayaraq həmin minalı sahələrin xəritələrini Azərbaycana təhvil vermir. Məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır ki, bu da ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Eyni zamanda bu, dünyadakı terrorçu və dekonstruktiv qüvvələr üçün pis bir örnəkdir. Azərbaycan isə Ermənistandan fərqli olaraq bir daha humanistlik göstərərək Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan adlı erməni hərbçiləri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə öz ölkəsinə geri qaytarıb. Odur ki, ermənilər Azərbaycanın növbəti bu humanist addımını heç vaxt unutmamalıdırlar.  

44 günlük Vətən müharibəsi dövründə biz bütün dünyaya kimin kim olduğunu göstərdik. Vətən müharibəsində böyük qələbənin qazanılması ilə Azərbaycan tarixində həm də yeni inkişaf mərhələsinin təməli qoyuldu. 30 il düşmən tapdağı altında qalaraq dünyada “boz zona” kimi tanınan, narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş ərazilərimizdə bu gün quruculuq və bərpa işlərinə start verilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir. Lakin əfsuslar olsun ki, Ermənistan sülh, əməkdaşlıq mühitinə zərbə vurmaq istəyir. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın humanist addımları qarşılığında hələ də təcavüzkarlıq niyyətini nümayiş etdirir. 

İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Buna görə də qarşı tərəf ilk növbədə minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməli, daha sonra I Qarabağ müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız haqqında məlumat ötürməlidir. 

  Bu gün ölkə başçısının siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti təsdiq edir ki, tezliklə işğaldan azad edilmiş torpaqlarda həyat yenidən qaynayacaq, bu ərazilər çiçəklənəcək, Qarabağ təkcə ölkəmizin deyil, regionun ən inkişaf etmiş mərkəzlərindən birinə çevriləcək.

Kanal4.az 

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01