Düşmən gözləmədiyi yerdən hücuma məruz qaldı.
44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaət, taktika dünyanın ən öndə gedən hərbi araşdırma mərkəzləri və hərbi analiktiklər tərəfindən ətraflı öyrənilir. Zaman keçdikcə daha yeni məlumatlat və təhlillər ortaya çıxacaq. Döyüş trayektoriyası mütəxəssisləri çox təəcübləndirir. Çünki düşmən gözləmədiyi yerdən hücuma məruz qaldı. Bu vacib döyüşlərin biridə Hadrut döyüşü idi. Hadrut qəsəbənin işğaldan azad olunması Vətən Müharibəsində əldə olunan qələbədə böyük rol oynayıb. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi.
Hadrutun işğaldan azad edilməsini düşmən heç cürə həzm edə bilmirdi. Ordumuz Hadruta daxil olandan sonra düşmən dayandan dezinformasiya yayır, erməni xalqını inandırmağa çalışdırlar ki, Hadutru saxlaya biliblər.Yalan videolar çekir və paylaşırdılar. Çünki cənab Prezidentin Hadrut azad olunandan sonra “status kvo artıq yoxdu. Onu biz ləğv etdik” deməsi onlar üçün tarixi fiasko idi. Alınmaz hesab etdikləri hərbi istehkamlar darmadağın olmuşdu. Qələbənin təməlində duran uğurlu hərbi strategiya. Füzuli şəhəri oktyabrın 17-də Hadrutdan sonra azad edilmişdir. Ermənistan ordusu bizi digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.
Səmil Şahlaroğlu
