Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Valideynlərin səhvi və ya kaprizlərinə görə gələcəyimizi puç etməli deyilik - MÜSAHİBƏ

2021-03-31 20:14:45 118 baxış
Xəbər şəkil

 

Günay Ağamalı: Məişət zorakılığının ən ağır  fəsadlarından  biri  psixoloji travma alan uşaqlardır.

 

“İki sahil” in müsahibi "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalıdır.

İlk olaraq, qeyd edək ki, müsahibimiz Günay Fəzail qızı Ağamalı 1983-cü il fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Bakı şəhəri, N.Nərimanov rayonu, 36 saylı orta məktəbini, Qərb Universitetinin İngilis dili - Tərcümə ixtisası üzrə bakalavr pilləsini, Azərbaycan Dillər Universitetinin İngilis dili üzrə tərcümə ixtisasını magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetində Yenidənhazırlanma Təhsili üzrə praktik psixoloq ixtisasını alıb. İlk iş fəaliyyətimə 2006 - cı ildə Azərbaycan Dillər Universiteti  UNESCO kafedrasına mütəxəssis vəzifəsindən başlayıb,  2009-cu ildə həmin Universitetin Tərcümə Araşdırmalar Mərkəzinə baş mütəxəssis vəzifəsində çalışıb. 2011-ci ildən indiyədək "BUTA" körpələr evi - uşaq bağçasının rəhbərdir. 2014 - cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş və “Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji keyfiyyətləri” mövzusunda dissertasiyanı müdafiə şurasına təqdim edib. Hazırda müdafiə dönəmindədir. Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri mövzusunda  çoxsaylı elmi məqalələrin və tezislərin müəllifidir. 2014 - cü ildən Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvüdür. 2018 - ci ildə "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədridir. 2020 - ci ilin May ayından hal - hazıradək Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviridir. 21 noyabr 2020-ci ildə Ana Vətən Partiyasının VII Qurultayında Ana Vətən Partiyasınının Qadınlar Şurasının sədri seçilib.

- Fəaliyyətinizin əsas hissəsini uşaqlar və qadınlara qayğı  diqqət təşkil edir. İşinizin çətin və bir o qədər  maraqlı, müsbət tərəflərindən söz açardınız.

-Sevdiyim sahədə çalışdığımdan onun çətinlikləri məni  qorxutmur və yolumdan çəkindirmir, əksinə, yorulmadan fəaliyyət göstərdiyim sahəyə töhfə vermək üçün bütün bunlar mənə stimul verir. Uşaqların əhatəsində olmaq, onlarla çalışmaq insanı bütün neqativlərdən uzaqlaşdırır. Sanki, tam başqa bir dünyadasan. Fidanlar dünyanın bütün pisliklərindən uzaqdılar, hər biri ayrı dünyadır. Onlarla ünsiyyət, onlardan aldığın isti münasibət, verdikləri sevgi o qədər xoşdur ki, bunu sözlə ifadə etmək mümkün deyil.

Hər bir qadının daxilində özgüvəni, qüruru var. Təəssüf ki, cəmiyyətimizdə incidilmiş, aldanmış və aldadılmış xanımlarımız mövcuddur. Bu cür qadınları görəndə bütün varlığımla onlara dəstək olmağa çalışıram. Bu, məndə alındıqda həqiqətən çox sevinirəm, sevinirəm ki, həyatdan incimiş, taleyindən küsmüş xanımlarımızla bərabərəm.

-Uşaqlar  bizim gələcəyimizdir.  Gələcəyimizin işıqlı  olması üçün valideynlər uşaqlarına münasibətdə hansı qızıl qaydalara əməl etməlidir?

- İlk olaraq qeyd etməliyəm ki, valideyn övladı ilə dost, sirdaş münasibəti qurmalıdır. Bu halda övlad valideynləri ilə rahat ünsiyyətə girə bilir, onun üçün hər hansısa sirri bölüşmək baryeri olmur və beləliklə, valideynlərindən məsləhət almaqda kompleks yaşamır. Əgər, bu olmursa onun kənardan aldığı məsləhətlər bildiyimiz kimi, hər zaman yararlı olmur. Körpələrimizin şəxsiyyət kimi formalaşdırmaq tərbiyədə ən önəmli məqamlardandır. Onlarda özgüvən hissini inkişaf etdirmək, onları diqqətdən, qayğıdan kənarda saxlamamaq, digər uşaqlarla müqayisə etməmək, olduqları kimi sevmək, alçatmamaq, aşağılamamaq, başqalarına olan aqressiyanı onların üzərinə yönəltməmək kimi qaydalara riayət çox vacibdir. Biz gələcək üçün şəxsiyyət və həqiqi vətənsevər, dövlətsevər vətəndaş formalaşdırmalıyıq. Valideynin səhvi və ya kaprizləri hesabına gələcəyimizi puç etməli deyilik.

-Müsahibələrinizin birində qeyd etmisiniz ki, mənim üçün özgə uşağı yoxdur. Uşaqlar olan sevginiz nədən qaynaqlanır?

-Bu gün mənim uşaqların əhatəsində olmağımın və onlara sevgimin ən böyük səbəbi doğulduğum, böyüdüyüm, tərbiyə aldığım ailəm və ana olmağımdır. Ana olduqdan sonra təbii ki, istər-istəməz bütün anaları düşünməyə başlayırsan. Anaların hisslərini, onların çəkdiyi qayğıları bildiyim üçün məhz onların yanında olmaq istədim, onların öz uşaqlarına olan ana məhəbbətinin üzərinə mən də  öz məhəbbətimi ana, insanlıq və vətəndaşlıq məhəbbətimi əlavə etməyi vacib hesab etdim. Körpələrlə ünsiyyətdə olduqca, onların psixologiyasını öyrənməyə başladıqca ən xoş günləri yaşadım. Bir ana üçün təkcə öz körpələrinin psixologiyasını, qayğısını çəkməklə kifayətlənməyib mənsub olduğum millətin körpələrinin formalaşmasına verə biləcəyim töhfələrdən zövq almaq tamam başqa bir aləmdir.

- Xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqətdə saxlayırsınız. Fəaliyyətinizin əsas hissəsini həm də bu sahə təşkil edir. Bu nədən qaynaqlanır?

-Fiziki və psixoloji durmundan asılı olmayaraq bütün uşaqlarımız ölkəmizin layiqli vətəndaşları kimi formalaşdırılmalıdır. 2011 ci ildən fəaliyyət göstərən "BUTA" körpələr evi - uşaq bağçası xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil, təlim-tərbiyə prosesinə cəlb olunması istiqamətində işlər aparır. "BUTA" uşaq bağçasını son ümid yeri bilib gələn neçə-neçə ailələrə sevinc bəxş etdik və bu missiyamızı bundan sonra da davam etdirmək niyyətindəyik. Gələcəkdə fəal vətəndaşlıq mövqeyini ifadə edəcək sağlam uşaqlarımızın böyüməsi və hərtərəfli inkişafı üçün biz bütün səylərimizi səfərbərliyə almalıyıq. Uşaqlar arasında ayrı-seçkiliyə yol vermək olmaz. Onların hər biri bizim üçün əziz və sevimlidir.

-Bəzən elə "analar" olur  ki, körpələrini küçəyə atırlar, uşaqlarını ana qayğısından məhrum edirlər. Belə  qadınlara nə demək istərdiniz? 

-Qadın dedikdə ilk növbədə göz önünə ana gəlir. Ana övladını bütün mənfi və müsbət tərəfləri ilə qəbul edən yeganə varlıqdır. Ana kimsəylə müqayisə oluna bilməyəcək müqəddəs varlıqdır. Ana duyğusu və sevgisi heç nə ilə əvəz oluna bilməz. Amma nə yazıqlar ki, övladlarının varlığına naşükürlük edən bəzi "analar" da var. Onlar zaman gəldikdə övladlarına qarşı etdiklərinin əziyyətini çəkəndə artıq gec olur.

- Ana Vətən Partiyası Qadınlar Şurası qarşıdakı dövr üçün hansı  tədbirlər həyata keçirməyi planlaşdırır?

-Ana Vətən Partiyası bir qayda olaraq dövlətçilik mövqeyində dayanan və bu baxımdan fəaliyyətini ardıcıl şəkildə davam etdirən siyasi qurumdur. Heç şübhəsiz bundan sonra da bu ənənə davam etdiriləcək. Görülən işlər haqqında biz ardıcıl olaraq mətbuata məlumatları təqdim edəcəyik.

-Ana Vətən partiyası Qadınlar Şurası  sədri olaraq  şəhid analarını ziyarət edirsiniz.  Bu görüşlə haqqında  təəssüratlarınızı  bilmək istərdik...

-Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsini yad etmək, onların ailəsinə, doğmalarına diqqət və qayğı göstərmək, Vətənə qəhrəman oğullar yetişdirən fədəkar  anaların yanında olmaq, onların yaşadıqlarını duymaq vətəndaşlıq borcudur. Səmimi şəkildə etiraf edim ki, fədakar xanımlarımızla görüşdən ayrılmaq istəmirəm. Bu cür görüşlərimiz davamlı olacaq.

- Məişət zorakılığına məruz qalan qadınlar haqqında fikirləriniz necədir?

-Məişət zorakılığı ailələrdə müxtəlif formalarda özünü göstərir.  Ürək ağrısı ilə qeyd etmək istərdim ki, məişət zorakılığının ən ağır fəsadlarından biri psixoloji travma alan uşaqlardır. Psixoloji travmanın təsirindən uşaqlarda özünə qapanma, utancaqlıq, ünsiyyətdən çəkinmə, yuxu və qida rejiminin pozulması yaranır. Məişət zorakılğı ilə mübarizədə maarifləndirmə işlərinin aparılması çox önəmlidir. Qadınlar mütləq öz hüquqlarını bilməli və onun uğrunda mübarizə aparmağı bacarmalıdır. Bu, onların məişət zorakılığından özlərini qorumaları üçün olduqca vacibdir.

-Qadına göstərilən şiddətə qarşı hansı kampaniyalar həyata keçirirsiniz?

-Biz birmənalı şəkildə qadına şiddətin əleyhinəyik. Əslində bu analığa və qadına qarşı milli-mənəvi dəyərlərdən, əxlaqdan kənar davranış formasıdır. Azərbaycan xalqı, ata-babalarımız hər zaman analarımıza, xanımlarımıza çox böyük qayğı, diqqət və sevgi nümayiş etdiriblər. Biz çox arzulayardıq ki, bu ənənə bundan sonra da davam etsin və gələcək nəsillərə ötürülsün. Sizin söyləmiş olduğunuz suallla bağlı deyim ki, qadınlara münasibətdə tətbiq edilən şiddətə qarşı tədbirlərin görülməsi ilə bağlı çağırışlar əlbəttə bizim yazılarımızda, müsahibələrimizdə, açıqlamalarımızda öz əksini tapır.

-Qızlarımızın ali təhsil alması, elmə önəm verməsinin zərurətlərindən danışmağınızı istərdik.

- Qızlar məktəbinin əsasını qoyan Zeynəlabdin Tağıyevdən məktəbin yaranmasının səbəbini soruşduqda çox lakonik cavab verib: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə".

Bu həqiqətən də belədir. Uşaqların tərbiyəsi ilə məşğul olmaqda daha çox yük anaların üzərinə düşür. Təhsilli ananın tərbiyə etdiyi uşaqla təhsilsiz ananın tərbiyə etdiyi uşaq arasında çox böyük fərq var. Davranışlardan başlamış, digər mühüm sahələrədək. Yüksək təhsilə malik olan xanımlar cəmiyyətdə öz yerlərini tuta bilirlər. Bir qayda olaraq, kimsədən asılı olmadan öz ayaqları üzərində durmağı bacarırlar.

-Sonda, müsahibəmizi xanımlarımıza və uşaqlarımıza tövsiyələrinizlə, çağırışınızla yekunlaşdıraq…

-Azərbaycan xanımları dünyanın ən böyük əzmkar, fədakar, zəhmətkeş, gözəl, kübar xanımlarıdır. Bu keyfiyyətlər Azərbaycan xalqının günümüzədək qoruyub saxladığı sərvətlərdəndir. Bu sərvətləri göz bəbəyimiz kimi qorumalıyıq. Övladlarımızdan ana qayğısını, ana məhəbbətini əsirgəməməliyik. Övladlarımız da öz növbəsində ailə dəyərlərini üstün tutmalı, öz analarına sevgini ən ulu dəyər kimi qoruyub saxlamalı və ona əməl etməli, davranış və təhsilə böyük maraqları ilə valideynlərinin etimadını doğrultmalıdırlar.

Kanal4.az

 





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01