Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anım günü münasibətilə tədbir keçirilmişdir
17 mart 2021-ci il tarixində saat 10:00-da Salyan rayonunda ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları Milli qəhrəman Nazim Babayevin və yazıçı-publisist Əli bəy Hüseynza
dənin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və xatirələrini ehtiramla yad etmişlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların döyüş yoluna qiymət verərək deyirdi: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir
Kanal4.az
Emin Xuduyev.
