Tarixin təhrif olunması yolverilməzdir
Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə artıq qısa müddət ərzində qabaqcıl yerlərdə idi. Həmin dövrdə əgər iki respublika yüksək inkişaf yolunda idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. Belə ki istər iqtisadi,istər mədəni istərsə də siyasi cəhətdən SSRİ-də Azərbacanın yüksəlişi Ulu öndərin hakimiyyəti dövrünə təsadüf edir.
Sovet hakimiyyətinin Bakıda 20 Yanvarda törətdiyi cinayətlərə ilk dəfə etirazını bildirən Heydər Əliyev Moskvadan ayrılıb Naxçıvana gedir, Azərbaycanda baş verən hadisələri narahatlıqla izləyirdi. Nəticədə 1992-ci il noyabr ayının 21-də YAP-nı yaratdı. Bundan sonra xalqın çağırışı ilə 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə gəldi. Həmin dövrdə Ulu öndərin hakiniyyətə qayıdışı Vətənin və millətin qurtuluşu idi.
Ölkəni ağır iqtisadi,siyasi böhrandan çıxarmaq, müstəqilli qorumaq, erməni təcavüzünü dayandırmaq, ölkə daxilindəki vətəndaş müharibəsinin qarşısını almaq mümkün görünməsə də, dahi Lider bunları bacardı.1 994-cü ildə atəşkəs elan edildi.
1993-2003-cü ildə YAP-ın keçdiyi çətin və şərəfli yol ölkənin gələcək taleyində mühüm rol oynadı. Ölkədaxili sabitliyə, iqtisadi və sosial inkişafa, ordu quruculuğuna önəm verən Ulu Öndər bütün gələcək inkişafın bünövrəsini qoydu. Ölkəmizin regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artmağa başladı. Ölkənin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır.
Bu gün ölkənin Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanları artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır. Müstəqilliyin ilk illərinin bərbad mənzərəsini unutmaq olmaz. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bu idi o vaxt gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi. Torpaqlarımızın işğalı nəticəsində baş verənlər tariximizin unudulmaz səhifələridir.
Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın, Ağdam və digər rayonlar işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Ancaq həqiqət və mənəvi üstünlük Azərbaycanın tərəfində idi. Bu mənəvi amil son 44 günülük Vətən müharibəsində həlledici rol oynamışdır.
Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Həm də ona görə ki, bütün bu illər ərzində Azərbaycan xalqı bir amalla yaşayıb: ərazi bütövlüyümüzün bərpa edilməli, düşmənlərin torpaqlarımızdan qovulmalı. Bu amal nəticəsində tarixi ədalət bərpa olundu. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır.
Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə. Bu qələbə bizim şanlı Qələbəmiz qürur mənbəyimiz olaraq tarixin yaddaşına keçdi.
Tərtər rayon Gənc Mədəniyyət işcilərinin koordinasiya kreativ qrupunun rəhbəri .
İctimai Nəzarət Koalisiyasinin Tərtər rayon üzrə rəhbəri
Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı.
Nəcmiyə Zeynalzadə.