Millət Vəkili : “Monopolistlər və onların ətrafındakılar hər gün qiymətləri artırmağa başlayıb
Əli Məsimli: “Monopolistlər və onların ətrafındakılar hər gün qiymətləri artırmağa başlayıb”
Kanal4.az xəbər verirki Bunu Milli Məclisin bugünkü iclasında Əli Məsimli bildirib.Deputat Əli Məsimli Milli Məclisin bugünkü plenar iclasında çıxış edərək, Novruz Bayramı öncəsi müşahidə olunan bahalaşmaya diqqət çəkdi və narahatçılığını bildirdi. O bildirdi ki, “yanvarın 5-də benzinin qiyməti cəmi 10 qəpik artdı. Bunun müqabilində monopolistlər və onların ətrafındakılar bundan istifadə edərək demək olar ki,bütün mal və məhsulların, xususən də geniş xalq istehlakı mallarının qiymətinin buna adekvat olmayan dərəcədə xeyli qaldırdılar. Bu cür kəskin qiymət artımı əhalinin ciddi narazılığı ilə qarşılandığından, ondan sonra az qala hər gün qiymətlərdə 10-15 qəpiklik artım olur. Monopolistlər və onların ətrafındakılar bu artımı hiss etdirmədən, tədricən, amma demək olar ki, hər gün həyata keçirirlər. Bu, kiçik rəqəm kimi görünsə də, əsas mal və məhsullar üzrə üst-üstə yığılır və ailə büdcəsinə ciddi təsir göstərir. Əli Məsimli qiymət sahəsində gedən proseslərdən narahatlığını bölüşdü və bildirdi ki,” mən istərdim ki, Azərbaycan xalqının bütün təbəqələrinin Novruz bayramında süfrə açmaq imkanı olsun. Dünyada bayramlar zamanı qiymətlər kəskin şəkildə aşağı düşür. Ancaq bu zaman malsatanlar uduzmurlar, dövriyyədən udurlar, dövriyyəni dəfələrlə artırmaqla daha çox qazanırlar”.
Əli Məsimli əlavə etdi ki, qiymətlərin aşağı salmaqla bu üsulu bizdə də tətbiq etmək faydalı olar. Sonda deputat monopolistləri və onların ətrafındakı işbazları Novruz bayramında qiymətləri qaldırmamağa çağırırdı və bildirdi ki, ”heç olmasa bu bayramda qiymətləri qaldırmasınlar”.
Eyni zamanda əlavə etdi ki, “qiymətləri etibarlı şəkildə aşağı salmaqdan ötrü monopoliyaya qarşı mübarizə gücləndirilməli,inhisarçılıq meyllərinin qarşısı alınmalı və həm də iqtisadi azadlıqları artırmaqla məhsul bolluğuna nail olmaq lazımdır.”
Kanal4.az
Emin Xuduyev.