Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir

2026-10-27 17:16:01 131 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin təşəbbüsləri İslam həmrəyliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə möhkəmlənir.
İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını tarixi hadisə kimi dəyərləndirməsi, eləcə də Cənubi Qafqazda sülh səylərinə dəstəyini ifadə etməsi ölkəmizin artan beynəlxalq rolunu bir daha gündəmə gətirir.
Mədəni irsin qorunması, islamofobiyaya qarşı mübarizə və sivilizasiyalararası dialoqun təşviqi də Azərbaycanın bu istiqamətdəki fəaliyyətinin mühüm tərkib hissəsidir.

Deputat Günay Ağamalı Musavat.com-a bildirib ki, cənab İlham Əliyevin İslam həmrəyliyi siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir: 

“Azərbaycanın İslam dünyasında artan nüfuzu və möhkəmlənən mövqeyi möhtərəm prezidentin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və uzaqgörən siyasətin nəticələrindəndir. Tarixi, dini və mədəni bağlılıqlara əsaslanan münasibətlər dövlət başçımızın siyasi təşəbbüsləri, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan addımlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş strateji yanaşma nəticəsində yeni mərhələyə yüksəlib. Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş, birliyin, qarşılıqlı dəstəyin və ortaq maraqların müdafiəsinin fəal təşəbbüskarlarından biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin istiqamətlərindən biri İslam ölkələri arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsidir. Ölkə rəhbərimiz dəfələrlə vurğulayıb ki, İslam dünyasının qarşılaşdığı çağırışların aradan qaldırılması üçün həmrəylik, birlik və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Sözügedən prinsip Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi siyasi mövqedə və irəli sürdüyü təşəbbüslərdə öz əksini tapır”.

Deputatın sözlərinə görə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir:

 “Ölkəmiz təşkilatın fəal üzvlərindən biri kimi İslam dövlətlərinin ortaq maraqlarının müdafiəsində, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasında, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində ardıcıl mövqe nümayiş etdirir. Təşkilatın Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasını tarixi hadisə kimi qiymətləndirməsi, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməsi ölkəmizin haqlı mövqeyinə göstərilən beynəlxalq siyasi dəstəyin ifadəsidir. Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşmiş, xalqımızın tarixi-mədəni irsi, dini abidələri və müqəddəs məkanları məqsədyönlü şəkildə dağıdılmış və təhqir olunmuşdur. İşğal dövründə məscidlərimizin dağıdılması, dini-mədəni abidələrimizin vandalizmə məruz qalması bütövlükdə İslam mədəni irsinin məruz qaldığı ağır itkilər idi.
Təəssüf ki, beynəlxalq ictimaiyyətin müəyyən dairələri bu vandalizm aktlarına uzun müddət adekvat münasibət bildirməmiş, beynəlxalq hüququn prinsiplərinin pozulmasına qarşı təsirli addımlar atmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib”.

Deputat bildirib ki, Azərbaycan birgəyaşayış mədəniyyətinin uğurlu nümunələrindəndir: 

“Cənab İlham Əliyevin təşəbbüsü ilə formalaşmış Bakı Prosesi, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və digər beynəlxalq tədbirlər Azərbaycanın müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir. Adıçəkilən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir, İslam dünyasının digər mədəniyyətlərlə konstruktiv dialoqunun inkişafına xidmət edir. İslamofobiyaya qarşı mübarizə Azərbaycanın beynəlxalq fəaliyyətinin prinsipial istiqamətlərindəndir".

G.Ağamalı sonda deyib ki, Azərbaycanın İslam dünyası ilə əməkdaşlığının genişlənməsi mühüm iqtisadi və geosiyasi perspektivlər açır: 

“Ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu, beynəlxalq tranzit imkanları və artan investisiya potensialı müsəlman dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın İslam dünyası ilə münasibətlərinə yeni strateji məzmun qazandırır. Bu baxımdan Azərbaycan həm İslam dünyası daxilində iqtisadi inteqrasiyanın güclənməsinə, həm də müsəlman ölkələri ilə Avropa və Asiya arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verən mühüm tərəfdaşdır.
Azərbaycanın İslam həmrəyliyinə əsaslanan siyasətinin mahiyyətində qarşılıqlı hörmət, bərabərhüquqluluq, sülh, humanizm və beynəlxalq əməkdaşlıq prinsipləri dayanır. Azərbaycan öz milli və dini dəyərlərini qorumaqla yanaşı, dünyəvi dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirir, müxtəlif mədəniyyətlər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verir. Dövlət rəhbərimizin liderliyi nəticəsində Azərbaycan İslam dünyasında ortaq maraqların müdafiəsinə, həmrəyliyin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verən nüfuzlu dövlət olaraq mövqeyini möhkəmləndirir. Ölkə başçımızın həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət ölkəmizin həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də digər beynəlxalq platformalarda siyasi çəkisinin artmasına geniş imkanlar yaradır. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət gələcəkdə də müsəlman dövlətləri arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və mədəni-humanitar əlaqələrin genişlənməsinə mühüm töhfələr verəcək”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01