Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir

2026-10-18 00:51:32 166 baxış
Xəbər şəkil

 

17 Oktyabr Füzuli Şəhəri Günü Azərbaycan xalqının şanlı Zəfər tarixində yer tutan, milli qürurumuzu və dövlətçilik iradəmizi təcəssüm etdirən əlamətdar gündür. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin mühüm hərbi-siyasi nailiyyətlərindən biri, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfərin mühüm mərhələsi idi. Füzuli azadlığın, qəhrəmanlığın, xalqımızın sarsılmaz iradəsinin və doğma torpaqlara qayıdışın parlaq rəmzinə çevrilib.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Qarabağın qədim yaşayış məskənlərindən olan Füzuli zəngin tarixi, mədəni irsi və strateji coğrafi mövqeyi ilə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm yer tutub:
"Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan, 1386 kvadratkilometr ərazini əhatə edən rayon tarixi abidələri, qədim yaşayış məskənləri və milli-mədəni dəyərləri ilə seçilib. XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, XIV əsrin Mirəli türbəsi və digər tarixi-memarlıq nümunələri Füzulinin çoxəsrlik mədəni irsinin qiymətli yadigarlarıdır.

1993-cü il avqustun 23-də Füzuli şəhərinin və rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşına ağır faciə kimi həkk olundu. İşğal nəticəsində yaşayış məntəqələri viran qoyuldu, tarixi-mədəni abidələr dağıdıldı, minlərlə insan doğma yurdlarından didərgin salındı. Rayonun 663 sakini şəhid oldu, yüzlərlə insan sağlamlığını itirdi, 181 nəfər əsir və itkin düşdü. Bu faciə sərvətlərimizin məhv edilməsi, xalqımızın tarixi yaddaşına, milli-mənəvi irsinə və fundamental insan hüquqlarına qarşı ağır cinayət idi.

Azərbaycan xalqı heç zaman işğalla barışmadı, doğma torpaqlarına qayıtmaq əzmindən dönmədi. 1994-cü ilin yanvarında Füzuli rayonunun 22 yaşayış məntəqəsinin azad edilməsi xalqımızın mübarizə iradəsinin mühüm ifadəsi oldu. Sonrakı illərdə dövlətimizin hərbi, siyasi və iqtisadi qüdrətinin ardıcıl şəkildə gücləndirilməsi tarixi ədalətin bərpası üçün möhkəm zəmin yaratdı.

 

Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının milli birlik və vətənpərvərlik ruhunun, Ordumuzun döyüş qüdrətinin və dövlətimizin iradəsinin bütün dünyaya nümayişi oldu. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlar müharibənin ən mürəkkəb və həlledici döyüşlərindən biri kimi tarixə düşdü. Ermənistan silahlı qüvvələrinin təxminən 30 il ərzində qurduğu çoxpilləli müdafiə istehkamlarının yarılması yüksək peşəkarlıq, hərbi məharət və böyük fədakarlıq tələb edirdi.

Azərbaycan Ordusu ən çətin döyüş şəraitində belə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirərək düşmənin müdafiə xətlərini darmadağın etdi. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri ilə birlikdə Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin azad olunması müharibənin gedişində mühüm dönüş yaratdı.

Füzuli istiqamətində qazanılan hərbi üstünlük sonrakı əməliyyatların uğurla davam etdirilməsinə, xüsusilə Şuşaya doğru irəliləyişə əlverişli şərait formalaşdırdı. Vətən müharibəsi ərzində rayonun ümumilikdə 62 yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının və sarsılmaz qələbə əzminin göstəricisi idi.

Füzuli uğrunda döyüşlərdə Azərbaycan əsgər və zabitlərinin nümayiş etdirdiyi qəhrəmanlıq xalqımızın hərb tarixində əbədi yaşayacaq. Möhtərəm Cənab Prezident İlham Əliyevin praqmatik siyasəti, Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı bahasına qazanılan adıçəkilən Zəfər dövlətimizin qüdrətini və xalqımızın milli birliyini göstəricilərindəndir.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalının təsis edilməsi, 25 min 325 hərbi qulluqçunun sözügedən medalla təltif olunması Vətən qarşısında göstərilən şücaətə görə dövlətimiz tərəfindən verilən yüksək dəyərdir".

Deputat bildirib ki, Füzulinin azad edilməsi ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addımlar atıldı, eyni zamanda, ədalətin, milli ləyaqətin və tarixi haqqımızın təntənəsi təmin olundu:

"Dövlət başçımız Cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabrın Füzuli Şəhəri Günü kimi təsis edilməsi tarixi Qələbənin əbədiləşdirilməsinə, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm qərardır.

Füzulinin simasında Azərbaycan dünyaya hərbi Zəfərin, güclü dövlətin quruculuq və inkişaf iradəsinin nümunəsini təqdim edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji inkişaf siyasətinin əsas istiqamətlərindəndir. Ermənistanın uzun illər ərzində xarabalığa çevirdiyi yaşayış məntəqələri müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur, dayanıqlı infrastruktur yaradılır, iqtisadi və sosial həyat bərpa olunur.

Nazirlər Kabineti tərəfindən 2023-cü il martın 18-də təsdiq edilmiş Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin gələcək inkişafının konseptual əsaslarını müəyyənləşdirir. Yeni yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin, sosial-mədəni obyektlərin, mühəndis-kommunikasiya sistemlərinin yaradılması Füzulinin müasir, təhlükəsiz və rahat yaşayış məkanına çevrilməsini təmin edir.

Füzulidə yaradılan nəqliyyat infrastrukturu xüsusi strateji əhəmiyyət daşıyır. Qısa müddətdə inşa edilərək 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. “Qarabağın hava qapısı” adlandırılan sözügedən hava limanı Azərbaycanın texniki, iqtisadi imkanlarının göstəricisidir. Zəfər yolu, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları azad edilmiş ərazilərin vahid nəqliyyat şəbəkəsinə inteqrasiyasını təmin etməklə regionun iqtisadi potensialının reallaşdırılmasına geniş imkanlar yaradır.

Enerji və su təsərrüfatı sahəsində görülən işlər Füzulinin yeni inkişaf mərhələsinin mühüm tərkib hissəsidir. “Füzuli” yarımstansiyasının, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin istifadəyə verilməsi, Köndələnçay su anbarları kompleksinin bərpası müasir infrastrukturun formalaşdırılması, kənd təsərrüfatının inkişafı və əhalinin kommunal təminatının yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bunlar Füzulidə dayanıqlı iqtisadi fəaliyyətin və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir.

İşğalın ağır nəticələrindən biri də Füzuli ərazisinin kütləvi şəkildə minalarla çirkləndirilməsidir. İlkin hesablamalara əsasən, rayon ərazisində 100 mindən çox minanın basdırılması uzun illər ərzində həyata keçirilmiş işğal siyasətinin ağır və faciəvi nəticələrindəndir.
Mina təhlükəsi insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla bərabər, bərpa işlərini və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirir. Ermənistanın işğal dövründə törətdiyi dağıntılara və beynəlxalq humanitar hüququn pozulması hallarına görə məsuliyyət məsələsinin beynəlxalq hüquqi müstəvidə gündəmdə saxlanılması olduqca əhəmiyyətlidir.

Füzulinin dirçəlişinin ən mühüm nəticəsi insanların doğma yurdlarına qayıdışıdır. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində 2023-cü il avqustun 18-də Füzuli şəhərinə ilk köç karvanının yola salınması tarixi hadisə idi. Uzun illər məcburi köçkün həyatı yaşamış soydaşlarımızın öz doğma torpaqlarına qovuşması dövlətimizin sosial siyasətinin, insan amilinə verdiyi yüksək dəyərin və tarixi ədalətin bərpasının ifadəsidir. 2026-cı il oktyabrın 1-dək Füzuli şəhərinə 827 ailənin, ümumilikdə 3153 nəfərin köçürülməsi adıçəkilən prosesin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini göstərir. Doğma torpaqlarına qayıdan ailələr, yenidən fəaliyyətə başlayan məktəblər və istifadəyə verilən yaşayış evləri Füzulidə həyatın dirçəlişini, quruculuq prosesinin geniş vüsət aldığını və rayonun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

Füzulidə uşaqların təhsil alması, ailələrin yeni mənzillərində məskunlaşması, sosial və ictimai həyatın canlanması azadlığın nəticəsidir. Füzulidə həyatın yenidən bərpası xalqımızın doğma yurduna bağlılığının, milli yaddaşının və mənəvi gücünün təcəssümüdür.

Füzulinin yenidən qurulmasında qardaş türk dövlətlərinin göstərdiyi dəstək də xüsusi diqqətə layiqdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Azərbaycan və Özbəkistan xalqları arasında sarsılmaz dostluğun, ortaq tarixi və mənəvi dəyərlərin parlaq nümunəsidir. Müasir tədris infrastrukturu ilə təchiz olunmuş məktəb gənc nəslin keyfiyyətli təhsil almasına, Füzulinin intellektual potensialının formalaşmasına mühüm töhfə verir.

Qazaxıstanın dəstəyi ilə inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi türk dünyasının həmrəyliyinin və qardaşlıq münasibətlərinin ifadəsidir. 2024-cü il martın 12-də Möhtərəm Cənab Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılışı keçirilən mərkəz uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafı, istedadlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm imkanlar yaradır.

Dost dövlətlərin yüksək səviyyəli nümayəndələrinin Füzuliyə səfərləri, həyata keçirilən birgə layihələr Azərbaycanın beynəlxalq münasibətlərində qarşılıqlı etimadın və dostluq əlaqələrinin möhkəm əsaslara söykəndiyini göstərir. Xüsusilə türk dövlətlərinin Qarabağın dirçəlişində iştirakı ortaq tarixi köklərə, mənəvi birliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin təcəssümüdür".

Günay Ağamalı vurğulayıb ki, ölkə rəhbərimiz cənab lham Əliyevin işğaldan azad edilmiş Füzuliyə mütəmadi səfərləri, yeni yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin təməlinin qoyulması, həyata keçirilən layihələrin icrasına birbaşa nəzarət edilməsi dövlət başçıməzın Qarabağın bərpasına verdiyi müstəsna əhəmiyyəti nümayiş etdirir:
"2020-ci ilin noyabrında Füzuli şəhərində üçrəngli, əzəmətli bayrağımızın ucaldılmasından başlayaraq sonrakı illərdə reallaşdırılan irimiqyaslı layihələrə qədər bütün proseslər vahid strateji məqsədə, azad edilmiş torpaqlarımızın yenidən çiçəklənməsinə, əhalinin rifahının yüksəldilməsinə və regionun davamlı inkişafına xidmət edir.

Füzulinin bərpası Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi siyasətin mahiyyətini aydın şəkildə ifadə edir. Dövlətimiz ərazi bütövlüyümüzü və suverenliyimizi qətiyyətlə qoruyur, azad edilmiş torpaqlarımızda müasir həyatın qurulmasına, iqtisadi potensialın bərpasına və gələcək nəsillər üçün dayanıqlı inkişaf imkanlarının yaradılmasına böyük sərmayələr yatırır. Bütün bunlar Azərbaycanın güclü dövlətçilik ənənələrinin, müstəqil iqtisadi imkanlarının və gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir.

17 Oktyabr Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməzliyinin, milli birliyinin, tarixi yaddaşının və quruculuq əzminin təntənəsidir. 17 Oktyabr şəhidlərimizin müqəddəs xatirəsi qarşısında mənəvi borcumuzun, dövlətçiliyimiz və gələcək nəsillər qarşısında məsuliyyətimizin günüdür.

Füzuli Böyük Qayıdışın uğurlu nümunəsi, Azərbaycanın gücünün və inkişaf potensialının rəmzidir. Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın birliyi və qəhrəman oğullarımızın şücaəti ilə azadlığına qovuşan Füzuli indi özünün yeni, şərəfli tarixini yaşıyır.





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01