Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycan–Kamboca tərəfdaşlığının təməli

2026-10-13 15:52:28 271 baxış
Xəbər şəkil

Cənub-Şərqi Asiya dövləti olan Kamboca da dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi Azərbaycanla siyasi əlaqələr formatında müxtəlif istiqamətlərdə münasibətlər qurub. 12 oktyabr 2026-cı il tarixində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən əsas məqamlardan biri siyasi əlaqələrin iqtisadi tərəfdaşlıqla tamamlanmasıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması münasibətlərin konkret nəticələrə istiqamətləndirildiyini nümayiş etdirir. Dövlət başçısının da vurğuladığı kimi, iki ölkə arasında məsafə müasir dövrdə ciddi maneə deyil. Əsas məsələ qarşılıqlı imkanlar barədə məlumatlılığın artırılmasıdır. Bu baxımdan Azərbaycan-Kamboca biznes forumunun keçirilməsi mühüm addımdır. 
Xüsusilə təhsil sahəsində tarixi təcrübənin mövcudluğu mühüm üstünlükdür. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında humanitar bağların formalaşmasına xidmət edib. Bu ənənənin bərpası yalnız təhsil mübadiləsinin genişlənməsi deyil, həm də xalqlar arasında qarşılıqlı tanıma və etimadın möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Turizm və nəqliyyat sahələri də Azərbaycan–Kamboca münasibətlərinin şaxələndirilməsi üçün mühüm istiqamətlər sırasındadır. Turizm əlaqələrinin inkişafı xalqlar arasında qarşılıqlı tanışlığı artırmaqla yanaşı, xidmət sektoru, sahibkarlıq və mədəni mübadilə üçün yeni imkanlar yarada bilər. Nəqliyyat sahəsində əməkdaşlıq isə logistika marşrutları, yükdaşımalar və beynəlxalq bazarlara çıxış imkanları baxımından qarşılıqlı maraq doğurur. Bu istiqamətlərdə əldə olunacaq nəticələr iki ölkənin iqtisadi münasibətlərinin daha geniş regional və qlobal əlaqələr sisteminə inteqrasiyasına töhfə verə bilər. 
Səfər zamanı müzakirə olunan məsələlər sırasında mina problemi xüsusi yer tutur. Azərbaycan və Kambocanın bu sahədə oxşar humanitar çağırışlarla üzləşməsi təcrübə mübadiləsini və praktiki əməkdaşlığı zəruri edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır. Bu rəqəm mina təhlükəsinin ölkəmiz üçün nə qədər ciddi və uzunmüddətli problem olduğunu göstərir. Minalar yalnız insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmır, həm də azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətinə, iqtisadi fəaliyyətin genişləndirilməsinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına təsir göstərir. Buna görə də minatəmizləmə fəaliyyəti Azərbaycanın postmünaqişə dövründə qarşısında duran əsas humanitar və inkişaf prioritetlərindən biridir. Kambocanın mina təhlükəsi ilə mübarizə sahəsində topladığı təcrübə ilə Azərbaycanın praktiki biliklərinin qarşılıqlı paylaşılması, mütəxəssislərin hazırlanması, texniki imkanların öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkili əməkdaşlığın konkret nəticələr verə biləcəyi istiqamətlərdəndir.
 Prezident cənab İlham Əliyevin bəyanatında sülh və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılması Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərini bir daha ön plana çıxarır. Dövlət başçısının vurğuladığı kimi, dayanıqlı sülh beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Bu yanaşma dövlətlərin müstəqilliyinə hörmətin, sərhədlərin toxunulmazlığının və beynəlxalq münasibətlərdə hüquqi məsuliyyətin qorunmasının vacibliyini ifadə edir. Azərbaycanın təcrübəsi göstərir ki, sülhün davamlılığı yalnız hərbi-siyasi nəticələrlə deyil, həm də hüquqi prinsiplərə hörmət, təhlükəsizliyin təmin olunması və münaqişədən zərər çəkmiş ərazilərin bərpası ilə ölçülür. Bu baxımdan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyəti Azərbaycan–Kamboca dialoqunda ortaq yanaşmaların formalaşmasına imkan verir.
Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində əldə olunmuş razılaşmalar iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır. Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, təhsil və turizm sahələrində tərəfdaşlığın inkişafı, rəqəmsal idarəetmə təcrübəsinin paylaşılması və mina təhlükəsinə qarşı birgə səylərin gücləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
 Prezident cənab İlham Əliyevin bəyanatı Azərbaycan–Kamboca münasibətlərinin mövcud potensialını, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini və siyasi dialoqun konkret nəticələrlə möhkəmləndirilməsinin strateji əhəmiyyətini ortaya qoyur.

Ülviyyə Təhməzova,
Salyan rayon Dayıkənd kənd tam orta ümumtəhsil məktəbin direktoru

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01