Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycan və Kamboca arasında yeni dialoq platforması

2026-10-13 15:51:17 291 baxış
Xəbər şəkil

Müasir dünyada coğrafi məsafələrin strateji tərəfdaşlığa maneə olmadığı bir dövrdə, Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Son dövrlər yüksək səviyyəli rəsmi təmaslar, Kamboca Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri , Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları, imzalanmış sənədlərin mübadiləsi, birbaşa hava əlaqəsi perspektivlərinin müzakirəsi və Azərbaycan işgüzar nümayəndə heyətinin Kambocaya dəvəti göstərir ki, iki tərəf ənənəvi diplomatik əlaqələrdən kənara çıxıb daha məzmunlu qarşılıqlı əlaqəyə keçmək niyyətindədir. Və bütün bunlar isə səfərin əsas əhəmiyyəti ilə yanaşı,  ikitərəfli münasibətlərə konkret iqtisadi və siyasi məzmun qatır.
Azərbaycan və Kamboca coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə, suverenliyə hörmətə, dövlətlərin ərazi bütövlüyü prinsipinə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlıq üçün ortaq mövqelərə malikdirlər. Cənab Prezidentin bəyanatında Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində formalaşmış siyasi münasibətlərə xüsusi diqqət yetirilməsi bu əməkdaşlığın institusional əsaslarının möhkəmliyini göstərir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dayanıqlılığı yalnız coğrafi yaxınlıq və ənənəvi siyasi təmaslarla müəyyən olunmur. Ortaq maraqlar, beynəlxalq hüquqa münasibət, çoxtərəfli diplomatiyada qarşılıqlı dəstək və yeni əməkdaşlıq imkanlarından səmərəli istifadə də mühüm rol oynayır. Bu baxımdan Azərbaycan–Kamboca münasibətləri müxtəlif regionları təmsil edən dövlətlər arasında qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişafı üçün əlverişli imkanlar yaradır.
 Prezident cənab İlham Əliyevin bəyanatında ikitərəfli əlaqələrin intensivləşdirilməsinə dair razılaşmanın vurğulanması siyasi dialoqun praktik nəticələrlə tamamlanmasının vacibliyini ortaya qoyur. Diplomatik münasibətlərin inkişafı yalnız yüksək səviyyəli görüşlərlə məhdudlaşmamalı, müntəzəm məsləhətləşmələr, sahəvi əməkdaşlıq mexanizmləri və konkret layihələrlə möhkəmləndirilməlidir.  Bu mənada Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha sistemli və nəticəyönümlü əsasda inkişaf etdirilməsi üçün əhəmiyyətli siyasi zəmin formalaşdırır. İkitərəfli münasibətlərin iqtisadi ölçüsü xüsusi diqqətə layiqdir. 
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Kamboca arasında ticarət dövriyyəsinin mövcud səviyyəsi potensial imkanları tam əks etdirmir. Lakin bu vəziyyət eyni zamanda yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün geniş imkanların mövcudluğundan xəbər verir. Əsas məsələ siyasi iradəni konkret iqtisadi təşəbbüslərə çevirmək, biznes dairələri arasında əlaqələri genişləndirmək və qarşılıqlı investisiyalar üçün əlverişli mühit yaratmaqdır. Bu məqsədlə birgə işçi qrupunun yaradılması mühüm praktik addımdır. Belə mexanizmlər ticarət və investisiya sahələrində mövcud maneələrin müəyyənləşdirilməsinə, sahibkarların ehtiyaclarının öyrənilməsinə və prioritet layihələrin hazırlanmasına şərait yaradır.
 Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarının müzakirə edilməsi də əməkdaşlığın uzunmüddətli iqtisadi əsaslarının formalaşdırılması baxımından perspektivlidir. İkitərəfli əlaqələrin yalnız hazır məhsul ticarəti ilə məhdudlaşmaması, istehsal, texnologiya, təcrübə və bilik mübadiləsini əhatə etməsi tərəfdaşlığın əlavə dəyərini artırar. Bunun üçün konkret sahələr üzrə iqtisadi təhlillərin aparılması, bazar tələbatının qiymətləndirilməsi və sahibkarların təşəbbüslərinin institusional səviyyədə dəstəklənməsi vacibdir.
İki ölkə arasında humanitar sahənin inkişafına xüsusi önəmin verilməsi imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev mətbuata bəyanatında Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu çağırışı etdi ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.
Azərbaycanda son illərdə yaradılan bir xidmət sahəsi – “ASAN xidmət” – vətəndaşların istər vaxtına qənaət baxımından, istərsə də əlavə psixoloji gərginlik yaranmaması baxımından olduqca təqdirəlayiq yenilik kimi tarixləşdi. Azərbaycanın “ASAN” dövlət xidmətləri sisteminin Kambocada maraq doğurması isə ölkəmizin öz uğurlu idarəçilik təcrübəsini beynəlxalq səviyyədə paylaşdığını göstərir. Azərbaycan təcrübəsinin dost ölkələrdə tətbiq olunması dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə yanaşı, ölkəmizin institusional potensialının beynəlxalq aləmdə tanınmasına da töhfə verir.
Parlamentlərarası əlaqələrin inkişafı da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi ölkəmizin Cənub-Şərqi Asiya ilə əlaqələrə strateji əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Bu fakt Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin xüsusi yer tutduğunu və ölkəmizin müxtəlif regional platformalarda iştirak imkanlarını genişləndirməyə çalışdığını nümayiş etdirir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi, beynəlxalq nəqliyyat və logistika layihələrində iştirakı, eləcə də çoxtərəfli diplomatiyaya verdiyi önəm Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafını daha da aktuallaşdırır. Parlamentlərarası münasibətlərin dərinləşdirilməsi bu çərçivədə xüsusi əhəmiyyət kəsb edir. Dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlər və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq iki ölkənin mövqelərinin daha yaxından anlaşılmasına imkan verir. Bu əlaqələr siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, humanitar və institusional əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi üçün əlavə platforma rolunu oynaya bilər.
Nəticə olaraq demək olar ki, Azərbaycan və Kamboca rəhbərliyinin nümayiş etdirdiyi güclü siyasi iradə, yaxın gələcəkdə siyasi, iqtisadi və humanitar sferalarda hər iki xalqın rifahına xidmət edəcək böyük uğurların qazanılacağından xəbər verir.
Elmar Əbilov,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və  idman sektorunun müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01