Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Cəbrayılın qürur səhifəsi

2026-10-02 09:34:23 118 baxış
Xəbər şəkil

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Cəbrayıl zəngin tarixi, özünəməxsus mədəni irsi, təbii sərvətləri və əməksevər insanları ilə seçilən rayonlarımızdandır. Qarabağın cənubunda yerləşən bu diyar əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanıldığı, elm, təhsil, mədəniyyət və təsərrüfat həyatının inkişaf etdiyi ərazilərdən biri olub. Cəbrayılın hər bir kəndi, hər bir tarixi abidəsi, hər qarış torpağı xalqımızın keçmişini, həyat tərzini və Vətənə bağlılığını özündə yaşadır.
Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti Cəbrayılın da taleyinə ağır zərbə vurdu. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun sakinləri doğma yurdlarından didərgin salındı, yüzilliklər ərzində formalaşmış yaşayış mühiti dağıdıldı, maddi və mədəni sərvətlərimiz talan edildi. Bu tarix Cəbrayılın həyatında yalnız ərazi itkisi deyil, minlərlə insanın taleyini dəyişən, ailələri doğma ocaqlarından ayıran ağır bir mərhələnin başlanğıcı oldu.
İşğal ərəfəsində Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kvadratkilometr ərazini əhatə edən, 52 min nəfər əhalisi olan rayon Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında mühüm yer tuturdu. İşğal nəticəsində Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində maddi ziyan dəydiyi bildirilir. Rayonun yaşayış məntəqələri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları, tarixi abidələri dağıdılaraq yararsız vəziyyətə salındı. Bu dağıntılar təkcə tikililərin məhv edilməsi ilə məhdudlaşmır, bütöv bir bölgənin tarixi yaddaşına və sosial həyatına vurulan zərbəni ifadə edirdi.
Cəbrayıl işğaldan əvvəl iqtisadi potensialı ilə də seçilirdi. Rayonun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin idi. Burada dəmir filizi, eləcə də neft yataqlarının mövcudluğu barədə məlumatlar vardı. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur, kənd təsərrüfatı rayonun iqtisadi həyatında mühüm yer tuturdu. Sənaye və kənd təsərrüfatının paralel inkişafı Cəbrayılın təsərrüfat imkanlarını genişləndirir, əhalinin məşğulluğunu və sosial rifahını təmin edirdi.
Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırdabuynuzlu mal-qaranın kökəltmə birliyi və quşçuluq fabriki fəaliyyət göstərirdi. Təhsil, səhiyyə və mədəniyyət sahələrində yaradılmış infrastruktur isə rayonun inkişaf səviyyəsini aydın göstərirdi. 510 çarpayılıq xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi çalışırdı. 72 ümumtəhsil məktəbində 1660 nəfərdən çox müəllim gələcək nəsillərin yetişməsinə töhfə verirdi. Üç musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və bir muzey rayonun zəngin mədəni həyatını formalaşdırırdı. Tarix-diyarşünaslıq muzeyində qorunan 20 mindən artıq eksponat isə Cəbrayılın qədim keçmişinin və milli-mədəni irsinin mühüm göstəricisi idi.
İşğal nəticəsində bu inkişaf mühiti dağıdıldı. Ermənistanın törətdiyi vandalizm aktları Cəbrayılın tarixi-mədəni irsinə də ağır zərbə vurdu. Dağtumas kəndi yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə və Mərmər nənə məqbərələri kimi arxeoloji abidələr dağıntılara məruz qaldı. Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli dairəvi türbələr və digər tarixi tikililər də işğal dövründə zərər gördü. Bu abidələrin hər biri xalqımızın tarixini, memarlıq ənənələrini və mədəni kimliyini yaşadan nümunələr idi. Onların dağıdılması ilə yalnız daş və tikililər deyil, nəsillərdən-nəsillərə ötürülən tarixi yaddaşın mühüm izləri də hədəfə alınmışdı. Cəbrayılın mədəni irsinə vurulan zərər xalqımızın milli sərvətlərinə qarşı yönəlmiş vandalizmin bariz təzahürü kimi yadda qaldı.
İşğalın ən ağır nəticələrindən biri isə rayon əhalisinin doğma torpaqlarından məcburi köçkün düşməsi oldu. Cəbrayıllı ailələr respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmağa məcbur qaldılar. Onların bir qismi qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda yaşadı. İnsanlar uzun illər doğma evlərinə qayıtmaq ümidi ilə yaşadılar. Cəbrayılın kəndlərindən, küçələrindən, məktəblərindən və el-obasından uzaqda keçən illər bütöv bir nəslin həyatında dərin iz buraxdı.
Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid oldu, 191 nəfər əlillik qazandı. Rayonun altı sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq Cəbrayılın qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir. Şəhidlərin xatirəsi, qazilərin xidmətləri və doğma torpağa bağlılıq hissi cəbrayıllıların yaddaşında daim yaşadı.
Cəbrayılın azadlıq yolunda ilk mühüm addımlardan biri 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi oldu. Lakin kəndin təhlükəsizliyini tam təmin etmək üçün ətraf strateji yüksəkliklərə nəzarətin bərpası vacib idi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi azad edildi. Bununla da Cocuq Mərcanlıda təhlükəsiz yaşayışın bərpası üçün mühüm şərait yarandı.
Cocuq Mərcanlının yenidən qurulması və sakinlərin doğma kəndlərinə qayıdışı Böyük Qayıdış prosesinin ilk mühüm mərhələlərindən biri kimi tarixə düşdü. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi işğalın nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımların real ifadəsi idi. Bu qayıdış həm də Cəbrayılın gələcək dirçəlişinə, digər işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasına inamı gücləndirdi.
Beləliklə, Cocuq Mərcanlının işğaldan azad edilməsi və Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi digər torpaqlarımızın da tezliklə düşmən işğalından qurtulacağına olan ümidləri daha da artırdı. Bu hadisələr Azərbaycan xalqının doğma yurdlarına qayıdış arzusunun gerçəkləşəcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına olan inamını möhkəmləndirdi. Nəhayət, bu inam 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə öz təsdiqini tapdı. Beləliklə, Cəbrayılın azadlığına aparan yol bütün Qarabağın düşmən tapdağından qurtuluşu ilə nəticələnən böyük Zəfər salnaməsinin mühüm səhifəsinə çevrildi.

Elçin Sadıqov,
Salyan rayon Kərimbəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01