Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycan Sənayesində Yeni Mərhələ

2026-09-24 09:30:51 82 baxış
Xəbər şəkil

Qeyri-neft sektorunun inkişafı dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas amillərdən biridir.22 sentyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə  dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və regionların iqtisadi potensialının artırılması baxımından mühüm istiqamətləri müəyyənləşdirir.
Müşavirə də Prezident İlham Əliyev  qarşıdakı dövr üçün icrası  nəzərdə tutulan “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın Azərbaycana vəd edəcəyi nailiyyətlərdən də geniş bəhs etdi. Dövlət Proqramının əsas mahiyyəti yalnız filiz yataqlarının istismarından ibarət deyil. Burada hasilatdan emala, zənginləşdirmədən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma ölkədə yeni və müasir sənaye istiqamətinin yaradılmasına imkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bununla yanaşı, yeni müəssisələrin fəaliyyəti vergi daxilolmalarının artmasına, ixrac imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun iqtisadi çəkisinin yüksəlməsinə şərait yaradacaqdır.
Dövlət Proqramının mühüm cəhətlərindən biri təbii ehtiyatların yalnız xammal kimi deyil, yüksək əlavə dəyər yaradan istehsal prosesinin tərkib hissəsi kimi qiymətləndirilməsidir. Filiz hasilatı ilə kifayətlənməyərək zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması istehsal zəncirinin daha geniş qurulmasına imkan verəcək. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Parkın əsas istiqamətlərindən biri “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək layihələrin sənaye infrastrukturu ilə təmin edilməsidir. Beləliklə, regionda hasilatla yanaşı emal müəssisələrinin fəaliyyət göstərməsi yeni iqtisadi imkanlar yaradacaq, yerli resursların ölkə daxilində daha yüksək əlavə dəyərə çevrilməsinə şərait formalaşdıracaqdır.
Azərbaycanın son illərdə sənaye parkları və aqroparklar vasitəsilə formalaşdırdığı iqtisadi model bu baxımdan mühüm baza yaradır. Müxtəlif bölgələrdə yaradılan sənaye infrastrukturu istehsalın ərazi üzrə genişlənməsinə, yeni müəssisələrin fəaliyyətə başlamasına və ixrac potensialının artmasına imkan verib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da həmin regional iqtisadi siyasətin yeni istiqamətlərindən biri kimi çıxış edir. 
Dövlət Proqramının 2027–2030-cu illərdə icrası regionların sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyətlidir. Sənaye layihələrinin genişləndirilməsi məşğulluq imkanlarının artmasına, xidmət sahələrinin canlanmasına və yeni infrastrukturun formalaşmasına təkan verə bilər. Bu proses işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılmasına, iqtisadi fəallığın genişlənməsinə əlavə imkanlar yaradacaq. Beləliklə, sənaye layihələri yalnız konkret müəssisələrin fəaliyyətini deyil, daha geniş regional iqtisadi ekosistemin formalaşmasını şərtləndirə bilər.
Sahənin maliyyə tutumlu olması böyük həcmli investisiyaları zəruri edir. Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirilməsi dövlətin bu istiqamətdə əsas investisiya yükünü üzərinə götürdüyünün göstəricisidir. Eyni zamanda, yerli və xarici investorların prosesə qoşulması üçün imkanların açıq saxlanılması əlavə maliyyə və texnoloji imkanların cəlb edilməsinə şərait yarada bilər. Lakin dağ-mədən sənayesinin inkişafında iqtisadi səmərəliliklə ekoloji təhlükəsizliyin paralel təmin olunması əsas şərtlərdən biridir. Prezident İlham Əliyevin çıxışında təbiətin qorunmasına xüsusi diqqət yetirməsi də məhz bu yanaşmanı ifadə edir. Filiz yataqlarının istismarı, daşınması və emalı zamanı ekoloji standartların yüksək səviyyədə qorunması sənayeləşmə prosesinin ayrılmaz hissəsi olmalıdır. Bu baxımdan dövlət şirkəti “AzerGold”un fəaliyyəti ilə yanaşı, prosesə cəlb olunacaq bütün yerli və xarici tərəfdaşların da müəyyən edilmiş ekoloji tələblərə ciddi əməl etməsi vacibdir. Sənaye istehsalının genişləndirilməsi təbii ehtiyatlardan istifadənin artması ilə yanaşı, təbiətin mühafizəsinə dair məsuliyyətin də yüksəlməsini tələb edir.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni mərhələnin formalaşmasına xidmət edə bilər. Filiz yataqlarının istismarından başlayaraq son məhsula qədər uzanan istehsal zəncirinin qurulması, Qərb Sənaye Parkının imkanlarının genişləndirilməsi, regionlarda məşğulluğun artırılması, ixracın şaxələndirilməsi və ekoloji standartların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Qarşıdakı dörd il ərzində proqramın ardıcıl icrası dağ-mədən sənayesi də ölkə iqtisadiyyatının inkişafında öz sözünü deyəcək və qeyri-neft sektorunun yeni artım mənbələrindən birinə çevriləcək.

Asif Əliyev 
"Salyan Aqroparkı"nın təsərrüfat rəhbəri

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01