Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Qarabağda yenidənqurma həqiqətləri və İrəvanın dözümsüzlük nümayişi

2026-09-17 01:46:36 232 baxış
Xəbər şəkil

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin 44 günlük müharibə ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri hazırda gedən bərpa, yenidənqurma və quruculuq işlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin açıq göstəricisidir. Lakin Ermənistan ictimaiyyətinin və cəmiyyətinin revanşist düşüncəsindən əl çəkməməsi bunu bir daha göstərir ki, Ermənistan məğlubiyyəti həzm edə bilmir. Unutmamaq lazımdır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Verilən reaksiya onu göstərir ki, Ermənistanın Azərbaycanın suverenliyini tanıması ilə hazırkı vəziyyət ziddiyyətlidir. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı Ermənistan cəmiyyəti tərəfindən onların linçlənməsi bizi tarixə yenidən nəzər salmağa vadar edir. Tarix boyu barbar və revanşist düşüncələrindən dönməyən ermənilər, bilindiyi kimi, türk düşməni olaraq yaddaşlarda qalıblar. Gerçəkləri nə qədər gizlətməyə çalışsalar da, bunu bacara bilməyəcəklər. Məlum olduğu kimi, diplomatik korpusun nümayəndələrinin təmsil etdiyi ölkələr Azərbaycanın suverenliyini tam şəkildə tanıyır və dəstəkləyir. Ermənistanın Azərbaycan xalqının tarixi-mədəni irsini inkar etməsi, Azərbaycanla bağlı abidələrin və tarixi izlərin mənsubiyyətini mübahisələndirməsi, eyni zamanda abidələri yalnız erməni irsi kimi təqdim etməsi tarixin saxtalaşdırılması və rasist yanaşmadır. Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsinin nümunələri kimi təqdim edir, lakin eyni zamanda öz ərazisində Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin, abidələrin və tarixi izlərin mövcudluğunu inkar edir? Bir tərəfdən müəyyən abidələri öz milli irsi kimi təqdim etmək, digər tərəfdən isə başqa xalqların həmin coğrafiyadakı tarixi-mədəni izlərini qəbul etməmək tarixə yanaşmada açıq-aşkar ziddiyyət yaradır. Ermənistanın Qafqaz Albaniyasının tarixi və mədəni irsinə münasibəti də ciddi suallar doğurur və bu yanaşma irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcudluğu və bu sivilizasiyanın bölgənin tarixində qoyduğu izlər dünya tarixşünaslığına məlum olan faktlardır. Buna baxmayaraq, Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun zəngin mədəni irsinin inkar edilməsi tarixi həqiqətlərə qarşı dözümsüz münasibətin göstəricisidir. Ermənistan həqiqətlə üzləşmək əvəzinə, bu tarixi irsi qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün tarixi və mədəni abidələr isə Azərbaycan xalqının və dövlətinin milli-mədəni irsinin tərkib hissəsidir və onların qorunması Azərbaycan dövləti tərəfindən həyata keçirilir. Bütün bu baş verən hadisələr göstərir ki, Ermənistan daxilində revanşist qüvvələr var və bunlar ölkə daxilində dəstəklənir. Bu qüvvələr yalnız müxalifət tərəfindən idarə olunmur. Araşdırmalar onu göstərir ki, bu yanaşma birbaşa hakim partiya tərəfindən də dəstəklənir. Belə ki, bir çox yazı və ictimaiyyətdə gedən paylaşımlar hakim partiyaya yaxın resurslar tərəfindən edilib. Mövzu ilə bağlı Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın açıqlaması qəbuledilməz olmaqla yanaşı, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyır. Digər tərəfdən, 14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci il 12–13 sentyabr tarixlərində baş vermiş sərhəd döyüşlərində həlak olan hərbçilərin bir dəqiqəlik sükutla yad edilməsi də diqqət çəkən məqamdır. Unutmamaq lazımdır ki, həmin hadisələr Ermənistanın hərbi təxribatları nəticəsində baş vermiş və Azərbaycan öz təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə məcbur olmuşdur. Belə addımların Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyənin güclənməsinə və keçmiş qarşıdurmaların siyasi gündəmdə yenidən ön plana çıxarılmasına xidmət etdiyi qənaəti yaradır. Bu cür yanaşma regionda sülhün və qarşılıqlı etimadın möhkəmləndirilməsinə deyil, qarşıdurma ruhunun və revanşizm meyillərinin qorunub saxlanılmasına xidmət edir. Son dövrlərdə Ermənistan tərəfindən səsləndirilən bəyanatlar rəsmi İrəvanın sülh prosesinə yanaşmasının səmimiliyi ilə bağlı ciddi suallar yaradır. Ermənistanın müharibədəki məğlubiyyətindən sonra sülh danışıqlarına yönəlməsi, xüsusilə 2023-cü ildən etibarən, Paşinyan hökumətinin qarşısında alternativ siyasi yolun əhəmiyyətli dərəcədə daralması ilə əlaqələndirilir. Bununla yanaşı, Ermənistan hakimiyyətinin mövqeyi ilə səsləşən son açıqlamalar və sosial media paylaşımlarının ardıcıl şəkildə yayılması məqsədyönlü kampaniya təəssüratı yaradır. Bu yanaşma Ermənistanın sülh prosesinə konstruktiv töhfə vermək əvəzinə, prosesin gedişinə mənfi təsir göstərə biləcək addımlar atdığı barədə qənaəti gücləndirir. Ermənistan Azərbaycan xalqının əsrlər boyu indiki Ermənistan ərazisində yaşadığını və burada zəngin tarixi-mədəni irs formalaşdırdığını müxtəlif yollarla inkar etməyə çalışır. Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi izlərin, mühüm hissəsinin qədim yaşayış məskənlərinin, məscidlərin, qəbiristanlıqların və digər mədəni abidələrin dağıdılması həmin ərazilərin tarixi-mədəni yaddaşının dəyişdirilməsinə yönəlmiş siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Bu cür yanaşma bölgənin çoxəsrlik tarixinin təhrif olunmasına və Azərbaycan xalqının həmin ərazilərdəki mədəni izlərinin silinməsinə xidmət edir və dözümsüzlük, eləcə də irqçilik nümunəsi kimi xarakterizə olunur. Azərbaycan mədəni irsinə aid abidələrin məqsədli şəkildə məhv edilməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi-mədəni izlərinin aradan qaldırılması beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Belə əməllər, xüsusilə mədəni sərvətlərin müharibə və münaqişələr zamanı qorunmasını nəzərdə tutan 1954-cü il Haaqa Konvensiyasının, eləcə də UNESCO çərçivəsində qəbul edilmiş müvafiq prinsiplərin pozulması kimi qiymətləndirilə bilər.

Ömər Hüseynli
Ana Vətən Partiyasının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01