ALDP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ödədi
ALDP Skype vasitəsilə Sədr Aparatının online iclasını keçirib.
Baxar.az xəbər verir ki, bu barədə ALDP sədri Fuad Əliyev məlumat verib.
F.Əliyev bildirib ki, Online iclasda respublikada koronavirusla bağlı yaranan vəziyyət müzakirə olunub.
“Bir daha qeyd etdik ki, vətəndaşlar özlərini qorumalı və #“Evdə qal” kampaniyanın qaydalarına, Qərargahın tövsiyələrinə ciddi riayət etməlidirlər. “Karantin tətbiq edilməsi bəzi vətəndaşlar tərəfindən qeyri-ciddi qəbul olunur. Onlar özünütədric etmək əvəzinə ailə üzvləri ilə birlikdə şəhəri gəzməyə çıxırlar. Bu hərəkətlə həm ailə üzvlərini, həm də digər vətəndaşları virusa yoluxma təhlükəsinə atırlar.”- Fuad Əliyev qeyd edib.
Daha sonra Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməklə bu nəcib təşəbbüsə qoşulmaq təklif olunub.
Ləman
Baxar.az