Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycan–Özbəkistan əlaqələrinin mənəvi dayaqları: ortaq tarix və mədəni bağlar

2026-08-26 10:54:04 6343 baxış
Xəbər şəkil

Xalqlar arasında münasibətlərin möhkəmliyi yalnız siyasi və iqtisadi əlaqələrlə ölçülmür. Bu münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri də ortaq tarixi yaddaş, mədəni yaxınlıq, mənəvi dəyərlər və insanlar arasında birbaşa təmasların mövcudluğudur. Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış bu yaxınlıq müasir dövrdə mədəniyyət, təhsil, elm, media, turizm və digər humanitar sahələrdə geniş əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradıb.
Bu gün Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar gündəliyi kifayət qədər genişdir. Mədəniyyət günlərinin keçirilməsi, təhsil mübadilələri, ortaq layihələr, qardaşlaşmış şəhərlər arasında əlaqələr, media və QHT əməkdaşlığı xalqlarımızın bir-birini daha yaxından tanımasına və mövcud mənəvi bağların yeni nəsillərə ötürülməsinə xidmət edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu istiqamətlərin hər birinə xüsusi diqqət yetirməsi də humanitar əlaqələrin Azərbaycan–Özbəkistan münasibətlərində mühüm yer tutduğunu göstərir.
2023-cü və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi mədəni əlaqələrin genişliyini göstərir. Xivə şəhərində təşkil olunan “Şuşa Günləri” də Azərbaycanın zəngin mədəni irsinin qardaş ölkədə təqdim olunması baxımından diqqətəlayiq hadisədir. Türk dünyasının ortaq mədəni yaddaşının mühüm simalarından olan Nizami Gəncəvinin adının Özbəkistan Milli Pedaqoji Universitetinə verilməsi isə iki xalq arasındakı ədəbi və mənəvi yaxınlığın dərinliyini ifadə edən xüsusi nümunədir.
Mədəni əlaqələrin institusional və rəmzi ifadələrindən biri də Bakıda yaradılan “Özbəkistan” parkıdır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən təməli qoyulan 5 hektarlıq park gələcəkdə iki qardaş xalqın dostluğunu simvolizə edən məkanlardan birinə çevriləcək. Heydər Əliyev Fondunun həyata keçirdiyi təşəbbüslər və layihələr də Azərbaycan–Özbəkistan arasında humanitar əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.
Təhsil sahəsində əməkdaşlıq gələcək nəsillər arasında əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması qarşılıqlı akademik əlaqələrin inkişaf etdiyini göstərir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb bu əməkdaşlığın ən parlaq nümunələrindəndir. Məktəb yalnız təhsil ocağı deyil, həm də Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə mənəvi və praktiki dəstəyinin ifadəsidir. Bu təşəbbüs iki ölkə arasında humanitar əlaqələrin konkret nəticələrə çevrildiyini nümayiş etdirir.
Media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq da son illərdə yeni mərhələyə keçib. Daşkənddə və Bakıda keçirilən Azərbaycan–Özbəkistan Media Forumları jurnalistlər və media qurumları arasında təcrübə və fikir mübadiləsi üçün mühüm platforma yaradıb. QHT-lər arasında keçirilən forumların nəticəsi olaraq 2026-cı ildə iki ölkə tərəfindən ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi isə vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın praktik məzmun aldığını göstərir.
Xalqlar arasında təmasların artmasında turizm və şəhərlərarası əməkdaşlıq da mühüm rol oynayır. Özbəkistandan Azərbaycana gələn turistlərin sayının 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min nəfərə çatması, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşının ölkəmizi ziyarət etməsi qarşılıqlı marağın artdığını göstərir.
Bakı ilə Daşkənd, İsmayıllı ilə Riştan, Şuşa ilə Xivə, Lənkəran ilə Buxara, Şəki ilə Kokənd, Biləsuvar ilə Termez, Mingəçevir ilə Namanqan, Füzuli ilə Gülüstan, Quba ilə Cizak, Beyləqan ilə Şəhrisəbz arasında qurulan qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri bu yaxınlığın yerli səviyyədə də möhkəmləndiyini göstərir. Naxçıvan və Ürgənc arasında belə münasibətlərin yaradılmasının planlaşdırılması isə prosesin genişlənəcəyinə işarədir.
Azərbaycan–Özbəkistan münasibətlərinin daha geniş müstəvidə mühüm istiqamətlərindən biri Türk dünyasının inteqrasiyasıdır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslər Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə və ortaq maraqlar əsasında əməkdaşlığın genişlənməsinə xidmət edir. Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi də bu baxımdan əlamətdar hadisədir. Zəngin tarixi irsə malik Özbəkistanın Fondun fəaliyyətinə qoşulması Türk dünyasının ortaq mədəni irsinin qorunması, araşdırılması və gələcək nəsillərə çatdırılması istiqamətində yeni imkanlar açır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin genişlənməsi də Türk dünyasında və regionlararası əməkdaşlıqda ölkəmizin rolunu artırır. Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələrin inkişafı üçün yeni platformalar formalaşıb. Bu prosesdə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri xüsusi əhəmiyyət daşıyır. Ötən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi mühüm siyasi hadisədir. Bununla Azərbaycan əvvəllər “C5” formatında olan regional əməkdaşlıq çərçivəsinin tamhüquqlu iştirakçısına çevrilərək “C6” formatının formalaşmasına töhfə verib. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyətin mühüm göstəricisidir.
Azərbaycanın bu platformada iştirakı region ölkələri ilə qarşılıqlı etimadın gücləndirilməsi, birgə təşəbbüslərin müzakirəsi və regionlararası əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda Azərbaycan və Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda əməkdaşlıq etməsi iki ölkənin çoxtərəfli diplomatiyada da yaxın mövqelərə malik olduğunu göstərir.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar və regional ölçüsü iki xalq arasındakı qardaşlığın yalnız tarixi yaddaşla məhdudlaşmadığını, müasir layihələr, təhsil və mədəniyyət proqramları, media və QHT əməkdaşlığı, turizm, şəhərlərarası əlaqələr və Türk dünyasının inteqrasiyası vasitəsilə daim yeniləndiyini göstərir. Bu münasibətlər ortaq irsin qorunmasına, xalqlar arasında təmasların genişlənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edən uzunmüddətli bir prosesdir. 

Ülviyyə Ağalarova, 
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01