Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Komitə sədri: ” Naxçıvanda komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır”

2026-08-14 16:11:52 1639 baxış
Xəbər şəkil

Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri təkcə işgüzar xarakter daşımır, eyni zanamda Naxçıvanın gələcək inkişafının əsas istiqamətlərini müəyyən edən strateji əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.

Bu sözləri Milli Məclisin deputatı, Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Tan.az-a müsahibəsində deyib.

“Səfər zamanı həyata keçirilən tədbirlər və verilən mesajlar göstərir ki, Naxçıvan Azərbaycanın vahid iqtisadi, siyasi, sosial və təhlükəsizlik sistemində daha mühüm mövqeyə hazırlanır. Bu səfərin ən mühüm istiqamətlərindən biri Naxçıvanın Azərbaycanın iqtisadi sisteminə daha sıx inteqrasiyası və onun regional logistika mərkəzinə çevrilməsi ilə bağlıdır. Beynəlxalq səviyyəli infrastruktur layihələrinin həyata keçirilməsi Naxçıvan üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu baxımdan Naxçıvanın yalnız coğrafi baxımdan Azərbaycanın ayrılmaz hissəsi olması deyil, həm də ölkənin iqtisadi və nəqliyyat strategiyasında  xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın gələcək inkişafında nəqliyyat-kommunikasiya layihələri xüsusi yer tutur. Şimal–Cənub və Orta Dəhliz layihələrinin inkişafı, Zəngəzur dəhlizinin açılması perspektivi Naxçıvanın regional və beynəlxalq logistika sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın blokada vəziyyətindən çıxmasına, Azərbaycanın əsas hissəsi ilə daha geniş nəqliyyat əlaqələrinin yaranmasına və Türk dünyası ilə birbaşa quru bağlantısının güclənməsinə imkan verəcək. Bu isə Naxçıvanın regional iqtisadi mərkəzə çevrilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Səfərin digər mühüm istiqaməti idarəetmə məsələsidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan və öz səmərəliliyini göstərən idarəetmə modelinin Naxçıvanda da tətbiqi regionun inkişafına yeni dinamika verə bilər. İdarəetmədə şəffaflığın artırılması, dövlət büdcəsinin səmərəli istifadəsi Naxçıvanın sosial-iqtisadi inkişafı üçün mühüm amillərdir. Naxçıvanın enerji potensialının artırılması da strateji əhəmiyyət daşıyır. Günəş elektrik stansiyalarının yaradılması və yaşıl enerji layihələrinin həyata keçirilməsi Muxtar Respublikanın gələcək enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, onu bərpaolunan enerji sahəsində mühüm regional mərkəzlərdən birinə çevirə bilər. Bu istiqamətdə atılan addımlar Azərbaycanın yaşıl enerji siyasətinin Naxçıvanda da ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Səfər zamanı sosial və şəhərsalma məsələlərinə diqqət yetirilməsi də xüsusi əhəmiyyət daşıyır. Şəhərsalmanın 2040-cı ilə qədər inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, sosial mənzil layihələrinin həyata keçirilməsi və 518 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlinin qoyulması Naxçıvanda əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardır”.

Təhlükəsizlik məsələlərinə toxunan komitə sədri əlavə edib ki, Naxçıvanın təhlükəsizliyi də səfərin strateji istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır. Çünki iqtisadi inkişaf, nəqliyyat və enerji layihələrinin uzunmüddətli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün ilk növbədə sabitlik və etibarlı təhlükəsizlik sistemi təmin edilməlidir. Səfərin mədəni və turizm aspekti də diqqətdən kənarda qalmamalıdır. Möminə Xatun türbəsi kimi Azərbaycanın tarixi-mədəni irs nümunələrinin bərpası Naxçıvanın yalnız iqtisadi və strateji əhəmiyyətini deyil, həm də onun zəngin tarixi-mədəni potensialını ön plana çıxarır. Tarixi abidələrin qorunması və bərpası gələcəkdə Naxçıvanın beynəlxalq turizm marşrutlarında daha geniş yer tutmasına imkan yarada bilər.

Sonda Arzu Nağıyev bildirib ki, Cənab Prezident İlham Əliyevin Naxçıvan səfərini Muxtar Respublikanın gələcəyinə hesablanmış strateji sərmayə kimi qiymətləndirmək olar. Səfərin əsas mahiyyəti yalnız bu günün problemlərinin həlli deyil, Naxçıvanın sabahını müəyyənləşdirməkdir. Bu strategiyanın mərkəzində isə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Naxçıvanda insanların rifahının yüksəldilməsi və regionun davamlı inkişafının təmin edilməsi dayanır.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01