Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Naxçıvan Muxtar Respublikası Yeni İslahatlar və İnkişaf Mərhələsində

2026-08-14 13:56:15 1378 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin gələcək inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Möhtərəm Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Bu faktın özü Naxçıvanın dövlət siyasətindəki xüsusi yerini aydın şəkildə nümayiş etdirir.
Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə isə Naxçıvanın qarşıdakı illərdə hansı strateji xətt üzrə inkişaf edəcəyinə geniş aydınlıq gətirdi.
Son illərdə Muxtar Respublikada həyata keçirilən struktur və kadr islahatları idarəetmə sahəsində ciddi dəyişikliklərə səbəb olub. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinin yaradılması dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsinə və mərkəzi dövlət qurumları ilə yerli strukturlar arasında əlaqələrin daha sistemli qurulmasına şərait yaradıb. İdarəetmədə yeni yanaşmalar tətbiq olunur, elektron xidmətlərin və müasir inzibati mexanizmlərin əhatə dairəsi genişlənir. Naxçıvanın inkişafı artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və regional inkişaf prosesləri ilə daha sıx əlaqələndirilir. Bu yanaşma dövlət proqramlarının daha əlaqəli şəkildə həyata keçirilməsinə, mövcud resurslardan səmərəli istifadə olunmasına və sosial xidmətlərin keyfiyyətinin artırılmasına imkan verir. DOST xidmətlərinin Naxçıvanda tətbiqi də bu istiqamətdə mühüm addımlardan biridir. Regional DOST Mərkəzinin yaradılması və gələcəkdə xidmət şəbəkəsinin genişləndirilməsi vətəndaşların sosial xidmətlərə daha rahat çıxışını təmin etməyə yönəlib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak etdilər. Burada vətəndaşlara 164 sosial xidmətin “bir pəncərə” prinsipi əsasında göstərilməsi nəzərdə tutulur. Mərkəzdə 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək, gündəlik orta hesabla 500-600 vətəndaşın qəbulu mümkün olacaq.
Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması və şəhər daxili nəqliyyatın modernləşdirilməsi məqsədilə elektrik mühərrikli yeni avtobusların gətirilməsi muxtar respublikada sosial dövlət siyasətinin ən yüksək səviyyədə tətbiq olunduğunu təsdiqləyir.
Əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya vasitələri ilə təminatı və digər sosial xidmətlərin də burada həyata keçirilməsi dövlətin sosial siyasətinin Naxçıvanda da müasir standartlar əsasında davam etdirildiyini göstərir.
Prezidentin müsahibəsində də vurğuladığı kimi, Naxçıvanın inkişafının əsas məqsədi yalnız yolların, binaların və sənaye müəssisələrinin tikilməsi deyil. Bütün bu layihələrin mərkəzində insan, onun rifahı və rahatlığı dayanır.
Səfərin mühüm sosial layihələrindən biri də 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması oldu. Təxminən 5 hektar ərazidə inşa ediləcək kompleksdə 16 yaşayış binasının tikintisi nəzərdə tutulur. Binalar 6 və 7 mərtəbəli olacaq. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı mənzil yerləşəcək. Burada uşaq bağçası, iaşə obyektləri, yollar, səkilər və digər zəruri infrastruktur yaradılacaq.
Səfərin ən mühüm iqtisadi hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. 2024-cü ildə Prezidentin imzaladığı Fərmanla yaradılan sənaye parkı Naxçıvanın iqtisadi həyatında yeni səhifə açmağa hesablanıb. Parkın ümumi ərazisi 310 hektar olacaq. Burada elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat və digər zəruri infrastruktur yaradılacaq.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu layihəyə xüsusi önəm verdi. Onun sözlərinə görə, Naxçıvan Sənaye Parkı regionda yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın artırılmasına ciddi töhfə verəcək. Bu park həm də Naxçıvanın yalnız istehlak edən deyil, istehsal edən və məhsul ixrac edən iqtisadi mərkəzə çevrilməsi baxımından əhəmiyyətlidir.
Müsahibədə toxunulan ən mühüm məqamlardan biri də "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" və sosial layihələr oldu. Prezident şəhərin ərazisinin genişlənməsi, əhalinin artım proqnozları və müasir urbanizasiya tələblərinə cavab verən sosial evlər kompleksinin, həmçinin yeni "Naxçıvan" mehmanxana kompleksinin təməlinin qoyulmasını müasir intibahın bariz nümunəsi adlandırdı.
 Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır.Verilən mesajlardan da aydın görünür ki, qarşıdakı dövrdə Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə artacaq. Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, bu gün həmin mövqe böyük strateji üstünlüyə çevrilməkdədir.

Cavid Əmənov,
Şirvan-Salyan Regional Məşğulluq filialının Salyan rayon xidmət şöbəsinin müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01