Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Naxçıvan Azərbaycanın enerji strategiyasında yeni imkanlar yaradır

2026-08-14 12:51:05 1372 baxış
Xəbər şəkil

Enerji təhlükəsizliyi hər bir ölkənin davamlı inkişafının və iqtisadi müstəqilliyinin əsas şərtlərindən biridir. Azərbaycan son illərdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, özünü regional enerji layihələrinin fəal iştirakçısı və etibarlı tərəfdaşı kimi təsdiqləyib. Bu strategiyada Naxçıvanın enerji potensialının inkişaf etdirilməsi də mühüm istiqamətlərdən birini təşkil edir.
Naxçıvanın zəngin Günəş və su ehtiyatları burada müasir və dayanıqlı enerji sisteminin formalaşdırılması üçün geniş imkanlar yaradır. Son illər ərzində muxtar respublikada enerji infrastrukturunun yenilənməsi, müxtəlif elektrik stansiyalarının yaradılması və qazlaşmanın 100 faizə çatdırılması istiqamətində mühüm işlər görülüb. Bu tədbirlər Naxçıvanın enerji təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı enerji sahəsində yeni layihələrin təqdim olunması və Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu istiqamətdə mühüm fikirlərin səsləndirilməsi Naxçıvanın enerji siyasətinin qarşıdakı mərhələsinə də aydınlıq gətirdi. Dövlət başçısının qeyd etdiyi kimi, əsas məqsəd Naxçıvanın davamlı və dayanıqlı enerji təminatını daha da möhkəmləndirməklə yanaşı, gələcəkdə burada istehsal olunan enerjinin ixrac imkanlarını genişləndirməkdir.
Bu baxımdan Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası mühüm əhəmiyyət daşıyır. Hazırda muxtar respublikanın təqribən 200 meqavat generasiya gücü olduğu halda, yeni stansiya bu göstəricini əhəmiyyətli dərəcədə artıracaq. Layihə həm Naxçıvanın artan enerji tələbatının qarşılanmasına, həm də gələcəkdə artıq enerjinin ixracına imkan yaradacaq.
Naxçıvanın enerji strategiyasında bərpaolunan enerji xüsusi yer tutur. Günəş və su enerjisindən istifadə imkanlarının genişləndirilməsi istiqamətində artıq konkret layihələr həyata keçirilir. 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının yaradılması ilə yanaşı, daha böyük həcmli Günəş elektrik stansiyalarının inşası üçün 600 hektardan artıq ərazinin müəyyənləşdirilməsi Naxçıvanın yaşıl enerji potensialının miqyasını göstərir.
Eyni zamanda, Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan artıq gücə malik su elektrik stansiyasının layihəsinin davam etdirilməsi Naxçıvanın enerji imkanlarından kompleks istifadə olunmasının nümunəsidir. Günəş və su enerjisinin inkişaf etdirilməsi, gələcəkdə enerji saxlanc qurğularının yaradılması Naxçıvanın daha çevik və dayanıqlı enerji sisteminə keçidini sürətləndirəcək.
Naxçıvanın üstünlüklərindən biri də onun regional enerji bağlantıları baxımından əlverişli mövqeyidir. Mövcud elektrik xətləri vasitəsilə Türkiyə və İranla enerji mübadiləsi imkanlarının olması gələcəkdə Naxçıvanda istehsal olunan enerjinin ixracı üçün mühüm baza yaradır. Ötürücü infrastrukturun genişləndirilməsi ilə bu imkanların daha da artırılması nəzərdə tutulur.
Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Ölkəmiz bərpaolunan enerji potensialını geniş şəkildə reallaşdıraraq elektrik enerjisi və yaşıl enerji ixracında da yeni imkanlar formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi bu strategiyanın mühüm tərkib hissəsidir.
Bu istiqamətdə enerji saxlanc texnologiyalarının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması ilə bağlı planlar bərpaolunan enerjinin daha səmərəli idarə edilməsinə və enerji sisteminin dayanıqlığının artırılmasına imkan verəcək.
Nəticə etibarilə, Naxçıvanda həyata keçirilən enerji layihələri yalnız mövcud tələbatın ödənilməsinə deyil, gələcək inkişafın enerji təminatının formalaşdırılmasına hesablanıb. Yeni generasiya güclərinin yaradılması, Günəş və su enerjisindən geniş istifadə, enerji saxlanc imkanlarının artırılması və ixrac infrastrukturunun inkişaf etdirilməsi Naxçıvanı perspektivdə enerji istehsalçısı və ixracatçısı kimi daha güclü mövqeyə gətirəcək. Bu proses eyni zamanda Azərbaycanın regional enerji liderliyini möhkəmləndirəcək və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri daha da genişləndirəcək.

Əjdər Mikayılov,
Salyan Elektrik Şəbəkəsinin mühəndisi, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01