Hökumət Ümid Partiyasının təkliflərini həyata keçirir
Tamilla Qulami: “Məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılıb və...”
“Ümid Partiyasının ölkədəki xüsusi vəziyyətlə bağlı penitensiar sahədə hökumətə təqdim etdiyi təkliflər həyata keçirilir”
Baxar.az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədr müavini Tamella Qulami məlumat verib. Ədliyyə Nazirliyinin verdiyi məlumata istinad edən partiya yetkilisi 2 gün ərzində ardıcıl olaraq 220 məhkumun azadlığa buraxıldığını qeyd edib.
“Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Eyni zamanda, məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub”-deyə T.Qulami bildirib.
Ləman
Baxar.az